Xəbərlər

Milli Məclis bəzi qanunlara dəyişikliklər edib

01-May-13 14:17.
Aprelin 30-da Milli Məclisin növbəti iclası keçirilib.
AzərTac-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Həmin müraciətə Milli Məclisin mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasında baxılacaq.
Sonra cari məsələlərə baxılıb. O.Əsədov Avropa Parlamentinin bir qrup deputatının, o cümlədən Fransadan, Kiprdən və digər ölkələrdən olan deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərini qətiyyətlə pisləyib.

Mayın 1-dən mobil cihazların qeydiyyat sistemi işə salınacaq

30-Apr-13 14:07.
1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə salınacaq.
Sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.
Xatırladaq ki, 2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.

Azərkosmos COPUOS-un tədbirində iştirak edib

29-Apr-13 14:53.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC Vyanada (Avstriya) keçirilmiş BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) nəzdindəki Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən Azərkosmos-un hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat verib, müəssisə tərəfindən bu istiqamətdə aparılan işlərə diqqət çəkib.
Sahə üzrə müxtəlif qurum və təşkilatlardan, habelə 54 üzv ölkədən nümayəndələrin qatıldığı iclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiqi vəziyyəti...

Bakıda mobil texnologiyalar üzrə gənclər forumu keçiriləcək

29-Apr-13 14:12.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) və “Xəzər” İnvestisiya Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 29-30-da Bakıda mobil texnologiyalar üzrə beynəlxalq gənclər forumu keçiriləcək.
AzərTac-ın məlumatına görə, forumun keçirilməsində məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil əlavələrin hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır.
Forumda 20 ölkədən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan 30 ekspertin iştirakı nəzərdə tutulub.

Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib

26-Apr-13 14:09.
Latviya Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıları İlham Əliyev və Andris Berzinşin iştirakı ilə aprelin 24-də Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib, AzərTac yazır.
Forumda çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir.” Gələn illər ərzində biz informasiya-kommunikasiya texnologiyaları, xidmətlər, turizm və sənaye kimi sektorların inkişafına daha çox diqqət yetirəcəyik. Çox güman ki, bizim sənaye zonalarının yaradılması ilə bağlı xüsusi planlarımız haqqında qonaqlara məlumat verilmişdir. Bu planlar həyata keçirilmək üzrədir. Bunun nəticəsində biz ağır sənaye sahəsində çox üstünlükləri olan qaydalar, güzəştli vergi rejimi ilə yeni ixrac imkanları yaradacağıq.

Azərbaycan və Belarus İKT sahəsində sənədlər imzalayıblar

25-Apr-13 15:08.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın nümayəndəsi Belarus Respublikasının Minsk şəhərində TİBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edirlər.
Açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin, informasiyalaşdırma və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, eləcə də digər rəsmi şəxslər çıxış ediblər.

Minskdə İKT üzrə Belarus-Azərbaycan forumu keçirilir

24-Apr-13 14:07.
Aprelin 24-də Minskdə (Belarus) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə Belarus-Azərbaycan biznes forumu keçirilir.
Forumun keçirilməsində məqsəd ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafı, iki ölkənin rabitə və İKT sahəsindəki dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, onların İT potensialının nümayiş olunması, eləcə də məhsul və xidmətlərin ixracı üçün imkan və şəraitin yaradılması, işgüzar görüş və danışıqların aparılması, təcrübə mübadiləsi və tərəfdaşlıq əlaqələrinin qurulmasıdır.
Forum iştirakçıları İKT, kosmik və nanotexnologiyalar sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edəcək, elmi-texniki işləmələrin bazara çıxarılması, elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Azərbaycan Belarusda TİBO-2013 sərgisində təmsil olunur

23-Apr-13 14:19.
Azərbaycan nümayəndə heyəti aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.
Təşkilatçısı qismində Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyinin çıxış etdiyi TİBO-nun məqsədi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaqdır.
Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur.
İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlaması

22-Apr-13 14:09.
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (http://www.mincom.gov.az/) 1,5 GB –lıq müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.
Müvafiq qurumlar tərəfindən aparılan ilkin araşdırmalardan məlum olmuşdur ki, müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc olunan məktub və sənədlər tam saxta və qərəzlidir. Belə ki, dərc olunmuş məlumatlarda adları yer alan müvafiq qurumlar nazirliyə məktub ünvanlayaraq, məlumatların tam yalan olduğunu təsdiqləyir, o cümlədən Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu Uluslararası İlişkiler Dairesi Başkanlığının rəsmiləri məsələyə yazılı şəkildə etirazlarını bildirərək, onlarda bu məzmunda və qeydiyyatda sənəd olmadığını vurğulayıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

Bu gün Gəncədə nazirlə canlı görüş keçirilir

19-Apr-13 12:04.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar respublika ərazisində bu sahədə aparılan işlər daha da intensivləşib.

Bu gün nazir Gəncədə vətəndaşları qəbul edəcək

19-Apr-13 10:49.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu keçirilir. Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

“Rabitə” yenə çempion oldu və rekorda imza atdı

18-Apr-13 14:06.
Təbrik edirik! “Rabitə” yenə çempion oldu və rekorda imza atdı
“Rabitə” ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub. Marçello Abbondanzanın baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını yarışın sonuna 3 tur qalmış rəsmiləşdirib.
Komandamız buna çempionatın XXV turun “İqtisadçı” ilə oyununda nail olub. Hələ davam edən görüşdə artıq 2:1 hesabı ilə öndə olan “Rabitə” özü üçün ən azı 1 xalı təmin edib. Bu 1 xal isə komandaya 6-cı, italiyalı mütəxəssisə isə ilk dəfə Azərbaycan çempionluğunu gətirib.
Belə ki, “Rabitə”dən əvvəl meydana çıxıb qələbə qazanmaqla liderlə xal fərqini 9-a endirən “Azərreyl” üçün çempionluq əlçatmaz olub.

RİTN-in kollegiya iclası keçirilib

17-Apr-13 14:34.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur

17-Apr-13 14:14.
Prezident İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur.
Dövlətimizin başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verdi ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanmışdır. Sahəsi 6 min kvadratmetr olan Mərkəzdə ən müasir standartlar tətbiq edilmişdir.
Prezident İlham Əliyev Mərkəzin akt zalı ilə tanış oldu. Geniş və işıqlı akt zalı 570 nəfərlikdir. Mərkəzdə dövlət atributları haqqında xüsusi guşə yaradılmışdır.

“İKT ili” Azərbaycanda uğurla başlayır – ölkə Prezidenti

16-Apr-13 10:07.

“İKT ili” Azərbaycanda uğurla başlayır – ölkə Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır. “Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. “Azərspace-1” peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır”, - dövlət başçısı bildirib.



Görülən 376 - 390 qədər, 770 xəbərdən