Xəbərlər

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-Feb-12 11:31.
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günü – "İnternational Safer İnternet Day" Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında - "İnternet və uşaqlar", "Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən müdafiə", "İnternet adi bir oyun vasitəsi deyil", "İnternet bizim həyatımızdır" və s. qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan "İNSAFE" (European Safer İnternet Network - Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.


Aran Qarabağ simsiz CDMA texnologiyası ilə əhatə olunur

06-Feb-12 12:27.
Aran Qarabağ simsiz CDMA texnologiyası ilə əhatə olunur

“Aztelekom”İB-nin Aran Qarabağda həyata keçirdiyi ən böyük regional layihələrdən biri bölgənin simsiz CDMA texnologiyası ilə əhatə olunmasıdır. Birlikdən verilən məlumata görə, hazırda Ağdamın bütün yaşayış məntəqələri bu texnologiya əsasında fəaliyyət göstərən rabitə ilə əhatələnib.

Azərbaycan Gəncləri günü qeyd olundu

03-Feb-12 09:54.
"Aztelekom" İstehsalat Birliyində Gənclər günü qeyd olundu

Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də qeyd olundu. Bu münasibətlə fevralın 2-də Birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə  "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.

Regionlarda yeni stansiyalar istifadəyə verilib

01-Feb-12 10:28.

Regionlarda yeni stansiyalar istifadəyə verilib.

«Aztelekom» İB tərəfindən regionlarda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə hazırlanan geniş tədbirlər planına uyğun olaraq yeni elektron ATS-lər tikilərək istifadəyə verilib.


Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir

31-Jan-12 15:24.
Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir

Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev və AzTU-nun rektoru, professor Havar Məmmədovun "Azərbaycan" qəzetində dərc olunan yazısı. 

Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Yüksək texnologiya dedikdə, yüksək elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar (standart üzrə 8 faizdən çox) başa düşülür.

Nazir Əli Abbasov Davosda İKT sektoru haqqında danışıb

30-Jan-12 12:17.

Nazir Əli Abbasov Davosda İKT sektoru haqqında danışıb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Davosda Azərbaycana həsr olunan interaktiv sessiya çərçivəsində respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf perspektivləri barədə danışıb.
Nazir çıxışında deyib:  

Görülən 373 - 378 qədər, 394 xəbərdən