Xəbərlər

Cenevrədə IGF 2012 forumunun keçirilməsi müzakirə olunur

15-Feb-12 10:03.
Cenevrədə IGF 2012 forumunun keçirilməsi müzakirə olunur

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir.  
Cenevrədə baş tutan budəfəki görüş IGF 2012-in planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək Forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur.

Bu gün dünyada telefonun icad olunduğu gündür

14-Feb-12 13:02.
Bu gün dünyada telefonun icad olunduğu gündür

Biz hamımız müxtəlif şəhər, ölkə və hətta planetin müxtəlif hissələrində olduqda bir-birimiz ilə ünsiyyət saxlamağa alışmışıq. Bu işdə bizə əlaqə vasitəsi kimi telefon kömək edir. İnsanların nə vaxtsa belə imkanının olmadığını təsəvvür etmək çox  çətindir. Axı ilk telefon yalnız 136 il əvvəl 14 fevral tarixində ixtira edilib.

Belə ki,  ilk telefon 1875-ci ildə Bostonda ixtira edilib. Alimlər - Aleksandr Qrem Bell və Tomas Uoston bir neçə membran tətbiq etməyə qərar verir.


Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

14-Feb-12 09:56.

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları  (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə "İCTnews" elektron xəbər xidmətinin suallarını Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov cavablandırmışdır.

Rabitə xidmətlərindən oğurluq istifadə edənlərə qarşı mübarizə gücləndirilib

13-Feb-12 12:36.

Rabitə xidmətlərindən oğurluq istifadə edənlərə qarşı mübarizə gücləndirilib

“Aztelekom” İB-nin apardığı texniki siyasətə uyğun olaraq birliyin  xidmət ərazisində şəbəkənin genişləndirilməsi və yenidən qurulması nəticəsində ənənəvi naqilli telefon rabitəsi ilə yanaşı, CDMA, peyk və s. rabitə növlərindən də istifadə edilərək bütün yaşayış məntəqələri telefon rabitəsi ilə tam təmin edilib.

Nəticədə respublikanın ərazisində hal-hazırda telefonlaşmamış yaşayış məntəqəsi qalmayıb.
Şəbəkədə müasir tipli elektron ATS-dən və transmissiya avadanlıqlarından istifadə edilməsi digər sahələrin, - sevis, internet xidmətləri, kanal və portların icarəsində geniş istifadəyə tam sərait yaradıb.

“Rabitə” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

10-Feb-12 10:49.
“Rabitə” Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol klubu Çempionlar Liqasının 1/4 finalına çıxıb.
Fevralın 9-da keçirilən cavab oyununda rabitəçilər Polşanın “Atom” klubuna qalib gələ biliblər.


ABŞ-da TASIM layihəsi müzakirə olunub

09-Feb-12 13:49.

ABŞ-da TASIM layihəsi müzakirə olunub

Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan fevralın 3-dək Nyu-Yorka səfəri çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini müzakirə edib.


Görülən 367 - 372 qədər, 394 xəbərdən