Xəbərlər

Cenevrədə WSIS Forumunun açılışı olub

14-May-13 14:00.
Mayın 13-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forumun açılış mərasimi olub.

Mərasimdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir İKT-cəmiyyətinin ən iri illik forumudur. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunur.

Cenevrədə genişzolaqlı rabitənin üstünlükləri müzakirə ediləcək

13-May-13 14:01.
Mayın 14-16-da Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə Beşinci Telekommunikasiya/İKT Siyasəti Beynəlxalq Forumu işinə başlayacaq.
Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edəcək.
Ənənəyə uyğun olaraq forumun açılışa bir gün qalmış – mayın 13-də “Gələcək üçün genişzolaqlı rabitənin əsaslarını yaradaraq” mövzusunda strateji dialoqa həsr edilən sessiya keçiriləcək.
Ənənəyə uyğun olaraq forumun açılışa bir gün qalmış – mayın 13-də “Gələcək üçün genişzolaqlı rabitənin əsaslarını yaradaraq” mövzusunda strateji dialoqa həsr edilən sessiya keçiriləcək.

“Aztelekom” İB-də tədbir keçirildi

10-May-13 16:54.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin kollektivi “Fəxri Xiyaban”a gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü.

“Aztelekom” İB-nin kollektivi Fəxri Xiyabanı ziyarət etdilər

10-May-13 14:25.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin kollektivi “Fəxri Xiyaban”a gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü.

Bu dəqiqələrdə isə Birliyin inzibati binasında bayram tədbiri keçirilir.

Xalqa bağışlanan ömür- 90

10-May-13 10:04.
Bu gün bəşər tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən biri,dünya siyasi arenasında öz yeri olan Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd olunur.

Tarixi gerçəkliklər sübut edir ki,siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəlliflərinə çevrilirlər. Hər bir xalqın milli özünətəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur.



Şuşanın işğalından 21 il ötür

08-May-13 14:17.
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib.

Bu gün Bərdədə nazirlə canlı görüş keçirilir

08-May-13 14:13.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar respublika ərazisində bu sahədə aparılan işlər daha da intensivləşib.
Belə ki, regionlarda bütün vətəndaşların informasiya -kommunikasiya texnologiyalarına əlçatanlılığını təmin etmək üçün zəruri addımların atılması başlıca məqsədlərdəndir. Bu məqsədlə cənab nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyyəti vətəndaşlarla görüşmək üçün regionlara səfəri başlayıb.

Uğurlar "Aztelekom"!

07-May-13 12:54.
“Yeni Azərbaycan”, ”Səs”, “İki sahil” qəzetləri və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş voleybol yarışlarına yekun vuruldu. Mayın 6-da keçirilən final matçlarında əvvəlcə yeniyetmə qızlar arasında yarışların final oyunu, daha sonra isə media nümayəndələri və Yeni Azərbaycan Partiyası Bakı şəhəri rayon təşkilatlarının komandaları arasında final görüşü baş tutub. Qeyd edək ki, media nümayəndələri və Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları arasında yarışlara 24 komanda qatılıb. YAP Yasamal rayon təşkilatının komandası və YAP Nərimanov rayon təşkilatının komandası bütün rəqiblərini məğlub edərək finalda üz-üzə gəlmək haqqı qazanıblar.

Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib

06-May-13 15:06.
Mayın 6-da "Hilton" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə "Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində yubiley tədbiri keçirilib.

Konfransda ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunu əks etdirən videoçarxa baxışdan sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməli istiqamətində acdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən söz açıb.
Ulu öndərin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını deyən nazir məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən rabitə sektorunun gələcək inkişafında dönüş...

Facebook il ərzində ABŞ-da 11 milyon istifadəçi itirib

06-May-13 14:22.
Facebook sosial şəbəkəsi il ərzində ABŞ-da qismən kompüter auditoriyası itkisi ilə üzləşib.
Belə ki, Nielsen tədqiqat şirkətinin hesabatına görə, Facebook-a ABŞ-dan daxil olan unikal istifadəçilərin sayı 11 milyon – 2012-2013-cü ilin martında 153 milyondan 142 milyon nəfərədək azalıb. Lakin Nielsen sosial şəbəkənin mobil auditoriyasının necə dəyişməsi barədə məlumat vermir.
Nielsen-in Facebook-dan istifadə ilə bağlı oxşar məlumatları digər müstəqil servis SocialBakers də qeyd edir. Şirkətin məlumatına görə, son il yarımda Facebook-un ABŞ-da aylıq auditoriyası 9 milyon, Böyük Britaniyada iki milyon istifadəçi azalıb.

Nazir Bərdədə vətəndaşları qəbul edəcək

06-May-13 14:03.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən may ayının 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Qəbula yazılmaq istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

RİTN əməkdaşlarının bir qrupuna sertifikatlar təqdim edilib

03-May-13 16:12.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) VII İnternet İdarəçilik Forumunda (İİF) nazirliyin aidiyyəti qurumlarını təmsil etmiş bir qrup əməkdaşla görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə ötən ilin 6-9 noyabr tarixlərində ölkəmizdə keçirilmiş foruma həm daxili, həm də beynəlxalq səviyyədə marağın böyük olduğunu xatırladaraq, tədbirə gözləniləndən də artıq könüllülərin cəlb olunduğunu vurğulayıb.


4 ay ərzində 206 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

03-May-13 14:14.
2013-cü ilin ilk 4 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 240 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 206 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Bakıda müasir məlumat mərkəzlərinin yaradılması müzakirə olunacaq

02-May-13 14:18.
Mayın 2-də Bakıda “İnnovasiyalı və effektiv məlumat mərkəzlərinin yaradılması” mövzusunda seminar keçiriləcək. Seminarın təşkilatçısı qismində Cisco, NetApp və Softline şirkətləri çıxış edir.
Tədbir məlumat mərkəzlərinin (data center) səmərəli təşkili imkanlarından istifadəyə, İT-infrastrukturun optimallaşdırılması üçün düzgün strategiyanın və əsas elementlərin seçilməsinə həsr edilib.
Seminar çərçivəsində məlumat mərkəzlərinin vahid şəklə salınmış Cisco serverləri əsasında yaradılması, ehtiyat surətçıxarma, çox əhəmiyyətli məlumatların onlayn və bulud texnologiyaları ilə saxlanılması, eləcə də onların virtual və bulud mühitində çoxsəviyyəli saxlama mexanizmləri, deduplikasiya və dəqiq ayrılmalar üzrə müasir texnologiyalar təqdim ediləcək.

Nazir Bərdədə vətəndaşları qəbul edəcək

01-May-13 16:46.

Vətəndaşların NƏZƏRİNƏ!
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun may ayının 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər,Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Görülən 361 - 375 qədər, 770 xəbərdən