Xəbərlər
Nazir İordaniyada İKT sahəsində əldə olunan uğurlardan danışıb
31-May-13 15:00.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mayın 25-26-da Dünya İqtisadi Forumunun İordaniya Haşimilər Krallığında keçirilən Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak edib.İordaniya Kralı II Abdullah, ABŞ-ın dövlət katibi Con Kerri, Fələstinin lideri Mahmud Abbas, həmçinin bir sıra ölkələrin sabiq hökumət başçıları, siyasi xadimlər, iqtisadçı ekspertlər, 1000-ə yaxın iştirakçı, 50-dən çox ölkənin parlament, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə nazir Əli Abbasov Azərbaycanda respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunda həyata keçirilən islahatlar, regionun inkişafında xüsusi çəkisi olacaq TASİM və "Eurasian Connectivity Alliance" (EuraCA) layihələrindən, eyni zamanda vətəndaşların, ümumilikdə istehlakçıların elektron xidmətlərdən istifadəsi istiqamətində ölkəmizdə əldə olunan uğurlu nəticələrdən söz açıb. İKT və innovasiyalar iqtisadiyyatımızın şaxələndirilməsində çox mühüm rol oynayıb
30-May-13 14:13.
Mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı olub.Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həmçinin iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın azaldılması, ölkənin sabit inkişafının təmin edilməsi üzrə göstərilən səyləri qeyd edib. Dövlət başçısı deyib ki, təbii resurslar - neft və qaz Azərbaycana hələ bir 100 il kifayət edəcəkdir. “Amma buna baxmayaraq, biz bu “qara qızıl”ı insan kapitalına çevirməyə çalışırıq”, - Prezident İlham Əliyev əlavə edib. “Biz artıq bu işlərə başlamışıq. Biz aparıcı mütərəqqi texnologiyalara sərmayə qoyuruq, qeyri-neft sektoruna sərmayələr yatırırıq. Bu ilin ilk dörd ayında bizim qeyri-neft sektorunun artımı 11 faiz təşkil etmişdir. Bu, onun göstəricisidir ki, biz ümumilikdə öz məqsədlərimizə nail oluruq və artıq iqtisadiyyatımızı şaxələndirməyə müvəffəq olmuşuq”, - dövlət başçısı vurğulayıb. Riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək
29-May-13 14:29.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə may 29-31-də Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Riyaziyyat və İnformatikanın Aktual Problemləri beynəlxalq konfransı keçiriləcək.2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili ” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın açılışı “Kempinski Hotel Badamdar”da mayın 29-da saat 11:00-da baş tutacaq. Konfransın işi “Riyaziyyat” və “İnformatika” bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında “Riyaziyyat” üzrə “Funksional analiz”, “Operatorların spektral nəzəriyyəsi”, “Approksimasiya nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Harmonik analiz və funksiyalar nəzəriyyəsi”, “Qeyri-səlis nəzəriyyə”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “İdarəetmə nəzəriyyəsi” müzakirə ediləcək. “Mən Azərbaycanlıyam” yarışması internetdə təşkil olunur
29-May-13 14:25.
İyunun 1-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ilk dəfə olaraq “Mən Azərbaycanlıyam” milli bilik yarışması internet məkanında təşkil olunacaq.
Yarışmanın məqsədi milli-mədəni irsimizin tanıdılması və təbliğidir. Yarışma iştirakçıları oyunun www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə yarışmaya qoşulma imkanı əldə edəcəklər. Bu gündən - mayın 27-dən artıq yarışmada iştirak üçün veb-saytda qeydiyyatdan keçmək mümkün olacaq. Nazir İordaniyada Ümumdünya İqtisadi Forumunun iclasında iştirak edib
27-May-13 14:44.
Mayın 24-26-da İordaniyada Yaxın Şərq və Şimali Afrika regionu üzrə Ümumdünya İqtisadi Forumunun növbəti iclası keçirilib.Forumda İordaniya Kralı II Abdullah, ABŞ-ın dövlət katibi Con Kerri, Fələstinin lideri Mahmud Abbas, Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Cju Min, dünyanın bir sıra ölkələrinin sabiq hökumət başçıları, siyasi, ictimai xadimlər, iqtisadçı ekspertlər, 50-dən çox ölkənin parlament üzvləri, habelə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Bu mötəbər tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov təmsil edib. Üçrəngli elektron kağız təqdim olunub
24-May-13 14:29.
E Ink şirkəti üç rəngi canlandıra bilən elektron kağızdan ibarət ekranlar təqdim edib. Ənənəvi ağ və qara rənglərlə yanaşı, displey qırmızı rəngi də göstərə bilir (istəyə uyğun digər rənglə əvəz etmək olar).
Ekranın yaradıldığı texnologiya Spectra adlanır. Oxu qurğularının displeyləri kimi ekran maye ilə dolu mikrokapsullardan ibarətdir, lakin onlarda üç rəngin piqmentləri yerləşdirilib, Lenta yazır. Spectra ekranında çatışmazlıq onun çalarları - məsələn, boz və ya çəhrayı rəngi göstərə bilməməsindədir. Müqayisə üçün qeyd edək ki, E Ink-in Kindle oxu qurğusunda istifadə olunan Pearl kimi digər displeyləri boz rəngin 16 çalarını verir. Riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək
23-May-13 14:09.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə may 29-31-də Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Riyaziyyat və İnformatikanın Aktual Problemləri beynəlxalq konfransı keçiriləcək.2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili ” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın açılışı “Kempinski Hotel Badamdar”da mayın 29-da saat 11:00-da baş tutacaq. Konfransın işi “Riyaziyyat” və “İnformatika” bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında “Riyaziyyat” üzrə “Funksional analiz”, “Operatorların spektral nəzəriyyəsi”, “Approksimasiya nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Harmonik analiz və funksiyalar nəzəriyyəsi”, “Qeyri-səlis nəzəriyyə”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “İdarəetmə nəzəriyyəsi” müzakirə ediləcək. Bakıda telekommunikasiya kabellərinin istehsalı müzakirə olunur
22-May-13 13:59.
21-24 may tarixlərində Bakıda “İnterkabel” Beynəlxalq Assosiasiyasının 45-ci ümumi iclası keçirilir.İclas çərçivəsində “Telekommunikasiya təyinatlı kabellər gələcəyin inkişaf perspektivləri” mövzusunda simpozium olub. AzərTac-ın məlumatına görə, tədbirin açılışında çıxış edən “İnterkabel” Beynəlxalq Assosiasiyanın prezidenti İzyaslav Peşkov bildirib ki, iclasda 21 ölkədən 91 şirkətin nümayəndəsi iştirak edir. Natiq Azərbaycanın qeyri-neft sahəsinin potensialını yüksək qiymətləndirərək deyib ki, hazırda respublikada müasir avadanlıqlarla təchiz olunan iri və güclü zavodlar fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının fəaliyyəti ilə tanış olduğunu qeyd edən qonaq vurğulayıb ki, bu texnologiyalar parkı Avropanın ən iri parklarından hesab olunur. İlin əvvəlindən e-hökumət portalından 200 mindən çox istifadəçi yararlanıb
21-May-13 14:21.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin statistikasına əsasən, ilin əvvəlindən hazırkı vaxtadək Elektron hökumət portalına – www.e-gov.az müraciət etmiş istifadəçilərin sayı 202 586 nəfər təşkil edib.Bu dövr ərzində təxminən 192 min nəfər resursa kompüter və noutbuklarla, 10 mindən artıq insan mobil qurğular - planşet və smartfonlarla daxil olub. Qeyd etmək lazımdır ki, mobil qurğular arasında Apple şirkətinin iPad planşet kompüteri və iPhone smartfonu liderlik edir. Bundan başqa, mərkəz mütəxəssisləri internet-resursdan brauzerlər üzrə istifadə statistikasını da açıqlayıblar. İnformatika üzrə Olimpiadanın qalibləri mükafatlandırılıb
20-May-13 14:53.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəblər arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hər il ənənəvi olaraq keçirilən bu olimpiada yerli və səriştəli kadrların yetişməsinə müsbət təsir göstərir. Olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını vurğulayan nazir müavininin sözlərinə görə, bu tendensiya tələbələr arasında sözügedən sahəyə böyük önəm verilməsinin göstəricilərindən biridir...YouTube-a dəqiqədə 100 saat video yüklənir
20-May-13 14:22.
YouTube-un səkkiz yaşının tamam olması münasibətilə Google şirkəti videohostinq servisinin əldə etdiyi uğurları bölüşüb. Şirkət nümayəndələri bildiriblər ki, hazırda istifadəçilər YouTube-a dəqiqədə 100 saatdan çox videomaterial yükləyirlər. Bir il əvvəl analoji göstərici 72 saat, 2011-ci ildə 48 saat təşkil edib.
Servisdən mütəmadi olaraq bir milyarddan çox istifadəçi yararlanır ki, bu da bütün internet auditoriyanın təxminən yarısı deməkdir. Qeyd edək ki, YouTube servisi 2005-ci ilin sonunda yaradılıb. Servis əvvəlcə bir neçə videoçarxın yerləşdirildiyi sayt şəklində olub.17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
17-May-13 14:14.
17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. BMT Baş Assambleyası 27 mart 2006-cı ildə 17 may tarixini “Beynəlxalq İnformasiya Günü” elan edib. BMT baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
17-May-13 14:10.
Mən çox şadam ki, builki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub.Hər il yol qəzalarında 1,3 milyonadək insan həlak olur, milyonlarla insan xəsarət alır və ya ömürlük əlil olur. Bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi nəticələrə də səbəb olur. 2011-2020-ci illəri əhatə edən “Yol təhlükəsizliyi üzrə fəaliyyət onilliyi” bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub. İnformasiya-kommunikasiya texnologiyaları bu baxımdan geniş imkanlar açır. Google musiqi servisini nümayiş etdirib
16-May-13 14:19.
Google internet şirkəti Google Play Music All Access onlayn musiqi servisini nümayiş etdirib. Servis Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinə ödənişli abunə sistemi əsasında milyonlarla mahnını dinləməyə imkan verəcək.İstifadəçi musiqi redaktorları tərəfindən tərtib olunan mahnılar siyahılarını, ayrı-ayrı albomları dinləyə, özünün seçdiyi musiqiləri tərtib və redaktə edə, eləcə də şəxsi xarakterli tövsiyələr ala bilər. Servisdən ilk öncə yalnız aylıq abunə haqqının 9,99 dollar təşkil etdiyi ABŞ istifadəçiləri yararlana biləcək. Şirkət servisi tədricən digər ölkələrdə də işə salmağı planlaşdırır. Beynəlxalq Telekommunikasiya İttifaqı baş katibinin müraciəti
15-May-13 14:15.
2013-cü il üçün 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması”dır.
İKT cəmiyyətin bütün təbəqələrində insanlar üçün imkanların yaradılmasında katalizator rolunu oynayır. Bu gün avtomobillə küçəyə çıxarkən biz bütün dünya ilə əlaqə qura, intensiv hərəkət şəraitində yol aça, tanış olmayan yerdə yolu tapa bilərik və bunların hamısını əl altında olan alətlərin köməyi ilə etmək mümkündür. Həmçinin ixtiyarımızda musiqi, radio, televiziya və sosial şəbəkələr kimi çoxsaylı əyləncə imkanları var.
Qeyd olunan texnologiyalar getdikcə hər yerdə təşəkkül tapır, buna görə biz onlardan istifadə edərkən məsuliyyətli olmalı və xüsusilə qəza və xəsarətlərə yol verməmək üçün avtomobili ehtiyatla idarə etməliyik. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi əhalinin sağlamlığı və xəsarətlər barədə xəbərdarlığın edilməsi olan dünya miqyaslı vəzifədir.Görülən 346 - 360 qədər, 770 xəbərdən |