Xəbərlər

İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

27-Mar-12 12:55.
İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

Həm qazananlar, həm də xərcləyənlər üçün "qızıl qaydalar" mövcuddur
 
İnternet yalnız əyləncə, maraqların bölüşməsi, yeni ünsiyyətlər üçün əsrarəngiz məkan deyil, bu gün o, həm də insanlara qazanc gətirə bilən əsas vasitələrdən sayılır. "Bəs internetdə necə pul qazanmaq olar" sualı üzərində düşünüb "baş sındıranlar" arasında xeyrə aparan yolu tapanlar da olub, qeyri-məchulluqlar labirintində dolaşığa düşüb bu "sevda"dan vaz keçənlər də.

Bayram günlərində fasiləsiz rabitə xidmətləri göstəriləcək

19-Mar-12 10:30.

Bayram günlərində fasiləsiz rabitə xidmətləri göstəriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Novruz bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.
Bayram günlərində məsul növbətçilik təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimlənməsinə dair tənzimləyici qrafikin yerinə yetirilməsi, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin...

"Aztelekom" İstehsalat Birliyində qanvermə aksiyası

16-Mar-12 16:29.

"Aztelekom" İstehsalat Birliyində qanvermə aksiyası

"Aztelekom" İstehsalat Birliyində Talasemiya və Hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirildi. Aksiya "Aztelekom" İstehsalat Birliyində çalışan gənc rabitəçilər – Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Tbilisi prospekti, 3166-cı məhəllə ("Aztelekom") ilk təşkilatının gənc üzvlərinin  təşəbbüsü ilə təşkil olunmuşdu.




Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb

16-Mar-12 10:36.
Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.

Hindistan və Azərbaycan İT sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar

15-Mar-12 13:11.
Hindistan və Azərbaycan İT sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar

Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin insan resurslarının inkişafı, kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibal ilə görüşüb.

AzərTac-ın məlumatına görə, görüşdə diplomat Azərbaycanın Hindistan ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, o cümlədən qeyri-enerji sahəsindəki nailiyyətləri diqqətə çatdırıb.  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Twitter” və “Youtube” ünvanları yaradılıb

14-Mar-12 10:16.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Twitter” və “Youtube” ünvanları yaradılıb

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Twitter" və "Youtube" ünvanları yaradılıb. Hər iki ünvan "MCITAzerbaijan" adı ilə qeydiyyatdan keçirilib və nazirliyin fəaliyyəti (keçirilən konfranslar, mətbuat xidmətinin məlumatları və s.), Azərbaycanın İKT sahəsində reallaşdırdığı beynəlxalq layihələr (Transmilli Avrasiya Super İnformasiya Magistralı...


Görülən 343 - 348 qədər, 394 xəbərdən