Xəbərlər
Nazir Əli Abbasovun Şəkidə vətəndaşlarla görüşü keçirilir
19-Jun-13 14:18.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır.2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar respublika ərazisində bu sahədə aparılan işlər daha da intensivləşib. Belə ki, regionlarda bütün vətəndaşların informasiya -kommunikasiya texnologiyalarına əlçatanlılığını təmin etmək üçün zəruri addımların atılması başlıca məqsədlərdəndir. Bu məqsədlə cənab nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyyəti vətəndaşlarla görüşmək üçün regionlara səfəri başlayıb.Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) sakinlərlə görüşür. Sabah nazir Şəkidə vətəndaşlarla görüşəcək
18-Jun-13 14:20.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən iyun ayının 19-da Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.
Görüşdə iştirak etmək istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Azərbaycanın BMT ilə əməkdaşlığı genişlənir
18-Jun-13 14:16.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin Azərbaycana səfəri çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovla görüşüb.Görüşdə 2013-cü ilin Azərbaycanda “İKT ili” elan edildiyini diqqətə çatdıran nazir ölkədə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən söz açaraq, İKT sahəsində həyata keçirilən milli və regional layihələrdən danışıb. Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan Europe Persia Express Gateway (EPEG) layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu da vurğulayan nazir Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-in artıq ixrac xidmətlərinə başladığını... 5 giqahers tezlikli prosessor təqdim edilib
14-Jun-13 14:05.
AMD şirkəti fərdi kompüterlər üçün nəzərdə tutulmuş dünyanın ilk 5 giqahers takt tezliyində işləyə bilən AMD FX-9590 prosessor modelini təqdim edib.Vishera kod adlı AMD FX-9590 Bulldozer-in varisi Piledriver mikroprosessor arxitekturasının bazasında işləyir. Prosessor 8 nüvəyə malikdir və 32 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Şirkət nümayəndələri prosessorun enerji sərfiyyatı daxil olmaqla onun texniki xarakteristikalarını açıqlamayıblar, lakin söhbət Turbo Core texnologiyasının aktivləşmə rejimində tezliyindən – takt tezliyinin artırılması rejimindən gedir. Baza tezliyinin təxmini göstəricisi 4,5 giqahers təşkil edir, Cnews yazır. “Mən Azərbaycanlıyam” yarışmasının ilk qaliblərinə hədiyyələr təqdim edilib
13-Jun-13 14:24.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 01 iyun 2013-cü il tarixindən internet məkanda “Mən Azərbaycanlıyam” online bilik yarışması təşkil olunub.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və Facebookdakı səhifəsi vasitəsilə qoşulmaq mümkündür. İyun ayının ilk ongünlüyündə yarışmaya 5000-dək iştirakçı qoşulmuşdur. Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olaraq netbuk tipli kompüterlər qazanıblar.15 iyun Milli Qurtuluş Günüdür
12-Jun-13 15:47.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. İstehsalçıların Windows Phone-a marağı azalır
12-Jun-13 14:55.
Tezliklə bazarda Windows Phone əməliyyat sistemin idarəetməsi ilə işləyən yalnız bir smartfon istehsalçısı – Nokia şirkətinin qalacağı istisna edilmir. Belə ki, Tayvan tədarükçülərinin bildirdiyinə görə, digər şirkətlərin Microsoft korporasiyasına məxsus platformaya marağı azalır, Onliner yazır. Çünki bir tərəfdən onları Windows Phone 8-in bazardakı kiçik payı, digər tərəfdən əməliyyat sisteminin sahib çıxdığı yerlərin də Nokia-nın nəzarəti altında olması narahat edir. Windows Phone 8 bazarda planlaşdırılan 10 faiz əvəzinə 3 faizə sahib çıxa bilib və bütün WP-qurğuların satış həcminin 70 faizindən çoxu Lumia istehsal xəttindən olan smartfonların payına düşüb. Apple iOS 7-ni təqdim edib
11-Jun-13 14:43.
Apple şirkəti bazar ertəsi – iyunun 10-da WWDC konfransında öz istehsalı olan mobil qurğular üçün iOS 7 yeni əməliyyat sistemini təqdim edib.Lenta-nın məlumatına görə, şirkət əməliyyat sisteminin interfeysini dəyişib və əlavələrin təsvirlərini rəngləməklə onları daha hamar şəklə salıb, ƏS-də yeni şrift tətbiq edib, eləcə də “Hava” (burada animasiyalar yaradılıb), “Təqvim”, “Bildirişlər”, “Poçt”, “Foto” (filtrlər əlavə olunub) və “Oyun mərkəzi” kimi ştat proqramlarını yenidən işləyib. ƏS-in əsas ekranı indi aparatın əyilməsinə reaksiya verə və müvafiq animasiyanı göstərə bilir. Sistemə daha çox populyar funksiyalara çıxışa və fənəri yandırıb-söndürməyə imkan verən “İdarəetmə mərkəzi” (Control Center) daxildir. Microsoft elektrik enerjisinə qənaət üçün IE-dən istifadəni təklif edir
10-Jun-13 14:52.
Microsoft korporasiyası Chrome və Firefox brauzerlərinin istifadəçilərinə elektrik enerjisinə qənaət etmək məqsədilə Internet Explorer (IE) brauzerinə keçməyi təklif edib. Korporasiya çağırışını ABŞ-ın Fraunqofer adına Dayanıqlı Enerji Sistemləri Mərkəzinin araşdırmaları ilə əsaslandırıb.
Microsoft-un sifarişi ilə aparılan və “İnternet brauzerlərin kompüterlərin elektrik enerjisi sərfiyyatına təsiri” adlandırılan tədqiqatlar göstərib ki, internetdə iş zamanı IE ilə işləyən kompüterlər Chrome və Firefox brauzerləri ilə işləyən kompüterlərlə müqayisədə iki dəfə az elektrik enerjisi sərf edirlər. “Elektron hökumət” bülleteninin altıncı sayı işıq üzü görüb
07-Jun-13 14:29.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış aylıq “Elektron Hökumət” bülleteninin altıncı sayı işıq üzü görüb.Bu sayda da həmişə olduğu kimi, xidmət təminatçıları tərəfindən portala inteqrasiya olunmanın hazırkı vəziyyəti, təqdim olunan xidmətlərin sayı, ən çox istifadə olunan ilk onluğa düşən elektron xidmətlərin siyahısı, ümumiyyətlə hər bir xidmət təminatçısı tərəfindən təqdim olunan xidmətlərə müraciətlərin ümumi sayı verilib. Bülletendə ay ərzində baş vermiş mühüm "elektron hökumət" hadisələri əksini tapıb, verilmiş elektron imzaların sayı, vətəndaşlar, hüquqi şəxslər və dövlət orqanlarında çalışanlar tərəfindən e-imza xidmətlərindən istifadə qrafikləri təqdim olunub. Nəşrdə həmçinin dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin cari vəziyyəti əks olunub. Nazir Şəkidə vətəndaşları qəbul edəcək
06-Jun-13 14:23.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən iyun ayının 19-da Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır. Görüşdə iştirak etmək istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Yeni nəsil Intel prosessorları təqdim edilib
05-Jun-13 14:15.
Intel şirkəti iyunun 4-də Taybeydə açılan Computex 2013 sərgisində Haswell kod adı ilə Intel Core prosessorlarının yeni - dördüncü nəslini rəsmən təqdim edib.Lenta-nın istehsalçıya istinadən verdiyi məlumatına görə, yeni prosessorlar məhsuldarlığına görə əvvəlki nəsil çipləri (Ivy Bridge) 15 faiz, qurğudan batareyasız istifadə vaxtına görə 50 faiz üstələyir. Haswell əsasında işləyən kompüterlər Ivy Bridge kompüterləri ilə müqayisədə üç dəfə artıq gözləmə rejimində qala bilirlər. Bu isə o deməkdir ki, yeni prosessorlu qurğu fəal şəkildə istifadə edildikdə 9 saatadək, gözləmə rejimində olduqda 13 günədək işləyəcək. Haswell prosessorları masaüstü kompüter, noutbuk və ultrabuklar üçün nəzərdə tutulsa da, Intel onların əsas tətbiq ediləcək sahələrdən biri kimi noutbuka çevirlə bilən planşet kompüterləri qeyd edir. Nazir Əli Abbasov: “Azərbaycanın Dünya İqtisadi Forumunun hesabatında tutduğu mövqe internetin inkişaf göstəricisidir”
04-Jun-13 14:20.
Azərbaycan internetin əlçatımlığına görə Dünya İqtisadi Forumunun (WEF) İnformasiya texnologiyalarının inkişafı üzrə hesabatında 20-ci yerdə qərarlaşıb. Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun jurnalistlərə verdiyi məlumata əsasən, qeyd edilən hesabatda ölkə MDB məkanında aparıcı mövqeyini qoruyub saxlayıb.
"Azərbaycanın "WEF" hesabatında 20-ci yeri tutması ölkədə internetin inkişafının göstəricisidir. Bu göstərici iki indikatorla müəyyən edilir, internetin qiyməti və keyfiyyəti göstəriciləri üzrə",- deyə nazir bildirib. Qeyd edək ki, hazırda ölkədə genişzolaqlı internetin orta qiyməti 10-20 manat təşkil edir və bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən "Genişzolaqlı internetin inkişafı" layihəsinin reallaşdırılması nəticəsində internetin sürətinin və keyfiyyətinin yaxın üç il ərzində daha da yaxşılaşdırılması və inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması gözlənilir.Çində ən güclü superkompüter yaradılıb
04-Jun-13 13:58.
Çin dünyanın ən güclü superkompüterini yaradıb. 2010-cu ilin noyabrında nümayiş etdirilən Tianhe-1A maşınını əvəz edəcək Tianhe-2 superkompüteri rekord 54,9 petaflop/saniyəlik gücə malik olmaqla hazırda Top500 reytinqinə başçılıq edən ABŞ superkompüterinin gücünü iki dəfədən çox üstələyir, ITexpert http://itexpert.org.ua/ saytı yazır.Çin istehsalı olan maşının qiyməti 290 milyon dolları ötür. Yeni superkompüter təxminən 32 min çoxnüvəli Intel Xeon Ivy Bridge prosessoruna və Intel Many Integrated Core arxitekturası əsasında işləyən 48 min Xeon Phi çipinə malikdir. Hər Phi çipi bir teraflopdan çox məhsuldarlıq hasil edir. Çin yeni superkompüter istehsal etməklə yenidən dünyanın ən güclü maşınlar siyahısına başçılıq etmək iddiasında olacaq. Bu siyahının yeni redaksiyasının isə iyunda dərc ediləcəyi gözlənilir. Bakı Gələcək Forumu keçirilir
03-Jun-13 14:19.
Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və Minilliyin layihəsinin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Bakı Gələcək Forumu keçirilir. Tədbirdə NASA, ABŞ Milli Elmi Fondu, Google şirkəti, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertləri iştirak edir. 30-a yaxın ölkənin nümayəndələrinin qatıldığı foruma dəstəyi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti verir.
Görülən 331 - 345 qədər, 770 xəbərdən |