Xəbərlər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb
19-Apr-12 10:31.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan və Hindistan arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var
18-Apr-12 12:20.
Azərbaycan və Hindistan arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var
Azərbaycan ilə Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia ilə görüşdə deyib.
BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
17-Apr-12 09:55.
BTİ baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş müraciəti
“İKT-də qadınlar və qızlar”
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.
RİTN-də rəqəmli TV yayımının tətbiqi üzrə müzakirələr aparılıb
16-Apr-12 13:02.
RİTN-də rəqəmli TV yayımının tətbiqi üzrə müzakirələr aparılıb
Aprelin 14-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıb.
RİTN-də genişzolaqlı internet xidmətlərinə dair müzakirələr aparılıb
13-Apr-12 09:57.
RİTN-də genişzolaqlı internet xidmətlərinə dair müzakirələr aparılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr keçirilib.
12 aprel Ümumdünya Kosmos Günüdür
12-Apr-12 11:46.
12 aprel Ümumdünya Kosmos Günüdür
Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə, yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula diqqət artmaqda davam edir. Ümumiyyətlə, gələcəkdə ölkəmizdə kosmik sənayeyə olan marağın, xüsusilə də mütəxəssislər və yüksək təhsilli kadrlar üçün tələbatın çoxalacağı gözlənilir. Görülən 325 - 330 qədər, 394 xəbərdən |