Xəbərlər
Bakıda internet-biznes mövzusunda konfrans keçirilib
04-Jul-13 14:06.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Startup Azərbaycan” layihəsi çərçivəsində “Azərbaycanda İnternet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə gələcək iqtisadi hədəflərin iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulduğunu, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şəraitin yaradılacağını bildirib. Qarşıdakı 8-10 il ərzində ölkədə rəqabətqabiliyyətli, ixrac potensiallı innovativ xidmət və məhsulların istehsalının genişləndirilməsinə diqqət çəkən nazir Azərbaycan bazarının əslində kiçik ölçülü olduğunu, buna rəğmən bazarın çəkisinin artmasında innovativ inkişafın əsaslı rol oynayacağını vurğulayıb. “Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır
03-Jul-13 14:22.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edir.
Müsabiqə 3 nominasiya üzrə təşkil olunur:
“Elektron hökumət” yazı müsabiqəsi elan edilib
03-Jul-13 11:31.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi elan edir. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və maraqlı şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.e-gov.az portalında qeydiyyatdan keçməli və məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2013-cü il avqustun 28-dək aparılacaq. Müsabiqə 2 mərhələdə keçiriləcək. Birinci mərhələ 15 iyul-31 avqust, ikinci mərhələ 1-20 sentyabr tarixlərini əhatə edəcək. Birinci mərhələdə iştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, dərc olunmuş qəzet, jurnal səhifəsinin skan edilmiş surəti və ya məqalənin internet ünvanını Təşkilat Komitəsinə göndərməlidir.“Aztelekom” İB-dən distant təhsil
02-Jul-13 14:28.
“Aztelekom”İB «Distant təhsil» layihəsini uğurla tətbiq edir. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Belə ki, hazırlanmış xüsusi sistemin köməkliyi ilə “online” rejimində rayonlardan “Aztelekom” İB-in Bakıda yerləşən Tədris Mərkəzində təşkil olunan mühazirələri dinləmək mümkündür.
Bu sistemin əsas üstün cəhəti bölgələrdə müəyyən xüsusi auditoriyaların (VİRTUAL tədris auditoriyası) yaradılmasından ibarətdir. Məhz bu auditoriyaların köməkliyi ilə təkcə «Aztelekom» İB-in bölgələrdəki mütəxəssisləri deyil, həmçinin hər kəs mühazirələri dinləmək imkanı qazanacaq. Sistemin vasitəsilə “online” rejimində test imtahanlarını keçirmək mümkündür. Qeyd edək ki, sistemdən bütün nazirliklər, idarə, müəssisə və birliklər bəhrələnə bilər. Onlar birliyin imkanlarından bəhrələnərək tabe müəssisələrin əməkdaşları məsafədən olaraq bilik və bacarıqlarının artırılmasını təmin edə bilər.Analitiklər kompüter bazarında azalma proqnozlaşdırırlar
02-Jul-13 14:13.
Böyük Britaniyanın Barclays Plc. bank qrupunun ekspertləri noutbukların dünya üzrə tədarük həcmində gözlənildiyindən daha zəif artım tempi müşahidə ediləcəyini proqnozlaşdırırlar. Ekspertlərin qiymətləndirməsinə əsasən, 2013-cü ilin iyul-sentyabr aylarında noutbukların tədarükü ikinci rübdən 8 faiz çox olacaq. Bununla yanaşı o da qeyd edilir ki, əvvəlki illərin üçüncü rübündə nəzərəçarpacaq artım xarakterik olub. Belə ki, noutbukların tədarükündə orta hesabla 11 faiz artım qeydə alınıb.
DailyComm-un məlumatına görə, mütəxəssislər tempin aşağı düşməsini istehlakçılar tərəfindən yeni noutbuk və fərdi kompüterlərin alınmasının Windows 8.1 əməliyyat sisteminin və ucuz Haswell prosessor nəslinin buraxılışınadək təxirə salmaları ilə izah edirlər. Bununla əlaqədar olaraq üçüncü rübdə kompüter bazarında vəziyyət mürəkkəb olaraq qalır və yeni tədris ili ərəfəsində ənənəvi satış artımı bu dəfə baş verməyə bilər. Tələbələrə internet jurnalistikası ilə bağlı seminarlar keçirilir
01-Jul-13 14:23.
Azərbaycanda internet istifadəçilərinin sayının artması, əhali tərəfindən informasiyaların, məlumatların məhz beynəlxalq şəbəkədən alınmasına üstünlük verilməsi xəbər portallarının da artmasına, genişlənməsinə rəvac verib.
Ölkə üçün yeni olan internet jurnalistikası inkişaf etməyə başlayıb. Sözsüz ki, hər yaranan yeni sahə özünün üstünlükləri ilə yanaşı, çatışmayan məqamlarını da ortaya qoyub. Ona görə də sözügedən məsələlərin həlli istiqamətində bir sıra addımlar atılır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda ölkədə "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihəsi həyata keçirilir və bu proqram çərçivəsində mühüm işlər görülüb. Birləşmiş Millətlər Təşkilatının və Gənclər və İdman Nazirliyinin birgə dəstəyilə həyata keçirilən layihənin tərkib hissəsi olaraq "İnternet jurnalistika" mövzusunda təlim düzənlənib. Azərbaycan-Macarıstan biznes forumunda İKT sahəsi diqqət mərkəzində olub
28-Jun-13 14:11.
İyunun 27-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini bildirib. RİTN nümayəndələri hərbçiləri bayram münasibətilə təbrik ediblər
27-Jun-13 14:38.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Aparatının nümayəndələri, müəssisə və birlik rəhbərləri Müdafiə Nazirliyinin “N” saylı Rabitə Alayının zabit və əsgər heyəti ilə görüşüblər. Görüş 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunub.
Nazirliyin Aparat rəhbərinin müavini İlham Mərdanov alayın şəxsi heyəti qarşısında çıxış edərək nazir Əli Abbasovun təbriklərini çatdırıb. Azərbaycan hərbçilərinin qorxmaz, cəsur, intizamlılığı ilə hər zaman seçildiyini deyən İlham Mərdanov hərbçi peşəsinin çətin, lakin olduqca şərəfli olduğunu söyləyib. Ordumuzun günü-gündən inkişaf etdiyini, gücləndiyini vurğulayan natiq ölkə ictimaiyyətində Azərbaycan ordusuna, onun şəxsi heyətinə böyük inamın olduğunu qeyd edib.AZTELEKOM.NET-dən tələbələrə YAY SEVİNCİ
27-Jun-13 14:27.
MINIMUM ÖDƏ, MAKSIMUM ISTIFADƏ ET!
Yalnız 3ay !!! İyulun 1-dən oktyabrın 1-dək Tələbə biletinizi təqdim edin, ENDİRİM paketi ilə YAY SEVİNCİNİ bizimlə yaşayın! Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə marka çap edilib
25-Jun-13 14:30.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti iyunun 26-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” suvenir poçt blokunu dövriyyəyə buraxacaq.
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunub. RİTN-in saytında mətnin səsləndirilməsi funksiyası tətbiq edilib
25-Jun-13 14:22.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytında www.mincom.gov.az mətnlərin səsləndirilməsi funksiyası istifadəyə verilib.
Nazirliyin Dilmanc layihəsi çərçivəsində yaradılan sistem saytda Azərbaycan dilində yerləşdirilən məlumatların səsli versiyasını dinləməyə imkan verir. Mətnlərin səsləndirilməsi saytın səhifələrində yer alan "Səsləndir" düyməsi vasitəsilə həyata keçirilir. Mətnləri həmçinin mp3 faylı kimi yükləmək də mümkündür. Yeni Wi-Fi standartı təsdiq edilib
24-Jun-13 14:10.
Wi-Fi Alliance konsorsiumu məhsulların Wi-Fi 802.11ac simsiz rabitə standartına uyğun sertifikatlaşdırılmasına başlanıldığını elan edib. Bu isə o deməkdir ki, yeni standart tam təsdiqlənib və kommersiya bazarına çıxışa hazırdır.
Yeni standart Wi-Fi texnologiyasının məntiqi davamdır və məlumatların simsiz ötürülməsinə artmaqda olan tələbata cavab verməlidir. Wi-Fi 802.11ac yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 giqabit/saniyə sürəti ilə ötürməyə imkan verir ki, bu da Wi-Fi 802.11n standartı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu, HD formatlı filmləri 4 saniyədən də az vaxtda ötürməyə şərait yaradacaq. Həmçinin yeni standartda 80 MHz və 160 MHz kanallarından 5 QHz diapazonunda istifadə etmək təklif edilib. 802.11ac qurğularının əksəriyyətinin 802.11n standartının istifadə etdiyi 2,4 QHz dəstəkləyən ikidiapazonlu olacağı gözlənilir. Ön cəbhədə əsgərlərlə görüş
24-Jun-13 14:04.
Yap Yasamal rayon təşkilatı cəbhə bölgəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə böyük tədbir keçirilib.
Yeni Azərbaycan partiyasının Yasamal rayon təşkilatı Yasamal rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ön cəbhədə qulluq edən əsgər və zabitlər üçün 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü – ordumuzun qurulmasının 95 illiyi münasibətilə tədbir və konsert proqramı keçirdi. Bakı metropolitenini rəisi Tağı Əhmədov torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğuladı : “Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Samsung yeni məhsullar təqdim edib
21-Jun-13 14:24.
Cənubi Koreyanın Samsung şirkəti Londonda bir neçə yeni məhsul təqdim edib, İTAR-TASS yazır.
Yeni məhsullar arasında Samsung Galaxy NX rəqəmli güzgüsüz kamerası da yer alıb. Kameranın Android 4.2.2 əməliyyat sistemli olması və simsiz rabitə modulları ilə təchiz edilməsi onu digərlərindən fərqləndirir. 20,3 meqapikselli kamera 4,8 düymlü ekran, ksenon işıqlandırma və 64 giqabaytadək genişləndirilmə imkanına malik 2 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Galaxy NX-in daxilində 1,6 giqahers takt tezlikli dördnüvəli prosessor yer alıb. Bundan başqa ATIV ailəsinin iki yeni planşet kompüter modeli təqdim olunub. Onlardan biri ATIV Q Windows və Android əməliyyat sistemləri ilə işləyə bilir, ATIV Tab 3 planşet modeli isə yalnız Windows-u dəstəkləyir. Azərbaycan manatının simvolu Unicode-a əlavə olunub
20-Jun-13 14:26.
2006-cı ildə Azərbaycanda milli valyutanın 5000:1-ə nisbətdə denominasiyası keçirilib. Avstriyalı qrafik və dizayner Robert Kalina yeni banknotlarla yanaşı Azərbaycan manatı üçün yeni simvol da hazırlayıb. InfoCity www.infocity.az saytının məlumatına görə, 2008-2011-ci illərdə manat simvolunun valyuta nişanları cədvəlinə əlavə edilməsi üçün çoxlu səylər göstərilsə də, təəssüf ki, bununla bağlı edilən bütün müraciətlər simvolun demək olar istifadə olunmaması səbəbindən rədd edilib. 2012-ci il manat simvolunun tarixində əlamətdar olub. Belə ki, JIS kimi dizayn-studiya və reklam agentlikləri sayəsində simvol reklam və qiymət cədvəllərində geniş istifadə olunmağa başlayıb. Görülən 316 - 330 qədər, 770 xəbərdən |