Xəbərlər

Son il ərzində “SMS” spamın həcmi 45 faiz artıb

07-May-12 12:41.

Son il ərzində “SMS” spamın həcmi 45 faiz artıb

Analitiklərin fikrincə, 2011-ci il ərzində ABŞ-da mətn spamının həcmi 2010-cu illə müqayisədə 45 faiz artıb və təxminən 4,5 milyard mesaj təşkil edib. Mətn mesajlarını göndərənlər qənaət üçün əksər hallarda limitsiz tarif planlarından istifadə edirlər.




Rabitə və informasiya texnologiyaları naziri Fransa səfiri ilə görüşüb

04-May-12 12:25.

Rabitə və informasiya texnologiyaları naziri Fransa səfiri ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşüb.
Səlahiyyət müddəti başa çatmış və ölkəmizdə missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.

Rabitə və informasiya texnologiyaları naziri ADA-da olub

03-May-12 12:12.

Rabitə və informasiya texnologiyaları naziri ADA-da olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. 
ADA-nın rektoru Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühəndislik və  informasiya texnologiyaları  sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb. 

“Elektron Təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

02-May-12 12:31.

“Elektron Təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb.
Müsabiqə iki istiqamət – “Təhsildə internet texnologiyaları” və “Elektron təhsil resursları” üzrə keçirilir.  
Müsabiqənin əsas məqsədi elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını müəyyən etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.  

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

01-May-12 11:02.

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

2012-ci il 29 aprel tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.
Xatırladaq ki, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak etmişdir. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanmışdır.

RİTN-nin kollegiya iclası keçirilib

30-Apr-12 09:59.

RİTN-nin kollegiya iclası keçirilib

Aprelin 28-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikada aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

Görülən 313 - 318 qədər, 394 xəbərdən