Xəbərlər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daha bir elektron xidmətini təqdim etdi
19-Jul-13 14:18.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron hökumət” portalında istifadəçilər üçün növbəti xidmətini təqdim edib.“Klassifikator üzrə idarələrin axtarışı” adlanan bu xidmət vasitəsilə portal istifadəçiləri ölkədə fəaliyyət göstərən dövlət orqanları, o cümlədən bir sıra xidmət, ictimai-iaşə, tibb, elm, mədəniyyət, təhsil, ümumiyyətlə, bütün fəaliyyət sahələri üzrə idarə və təşkilatların, həmçinin digər obyektlərin adı, ünvanı, telefon nömrəsi, bank hesab nömrəsi, VÖEN-i haqqında məlumat əldə edə biləcəklər. RİTN-də Koreya şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
18-Jul-13 14:18.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İnin rəhbərlik etdiyi “KT” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə əvvəlcə koreyalı şirkətin İKT sahəsində icra etdiyi müxtəlif layihələrinin təqdimatı keçirilib. Təqdimatdan sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illər Azərbaycanda uğurla həyata keçirilən layihələr haqda məlumat verərək, hazırda bu sahənin növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Ölkə başçısının hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi ilə bağlı müəyyən etdiyi hədəflərdən də söz açan nazir müavini bu istiqamətdə “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsinin hazırlandığını qeyd edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sorğu keçirir
17-Jul-13 13:18.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına (İKT) tələbatının öyrənilməsi və İKT-nin kütləviləşdirilməsi məqsədilə sorğu keçirir.
“Dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən hansı xidmətləri siz elektron xidmətlər şəklində görmək istərdiniz” kimi yalnız bir sual üzərində qurulan sorğu “www.iktili.az” saytında yerləşdirilib. Sorğu iştirakçıları özləri haqda müvafiq məlumatları yazdıqdan sonra təklifin məzmununu daxil etməlidirlər. Sorğuya daxil olmaq üçün “http://www.iktili.az/az/form1/” linkindən istifadə etmək lazımdır. Son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb
17-Jul-13 11:47.
2012-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65-dən 70-ə yüksəlib. Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb.
Ölkədə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir. Ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir. Bu gündən etibarən “Azərkosmos” ASC tam kommersiya fəaliyyətinə başlayır
16-Jul-13 14:11.
Azərbaycanın ilk telekommunikasiya peyki - “Azerspace-1” bu gündən etibarən tam kommersiya fəaliyyətinə keçir. Belə ki, bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından sonra həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılır. Eyni zamanda, müştərilərin marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə "Azərspace-1" peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması, coğrafiyasının genişləndirilməsi, janr və dil fərqliliyinin daha da çoxaldılması istiqamətində də davamlı olaraq işlər aparılır. İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində olmaqla 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.Bu gün həmçinin “Azərkosmos” ASC və ANS Müstəqil Yayım və Media Şirkəti arasında “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi” haqqında müqavilənin imzalanması mərasimi olub. Nizami Kino Mərkəzində “Ata yolu” filminin ilk təqdimatı olmuşdur
16-Jul-13 10:11.
Nizami Kino Mərkəzində “Ata yolu” filminin ilk təqdimatı olmuşdur Kollektivimiz bu tədbirdə iştirak etmişdir İyulun 15-də Nizami Kino Mərkəzində tanınmış kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ata yolu” filminin ilk təqdimatı keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş filmin təqdimat mərasimində dövlət və hökumət, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri, "Aztelekom"İstehsalat Birliyinin rəhbərliyi və kollektivi iştirak etmişlər. Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusunun nəticələrinə görə Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçirilmişdir
15-Jul-13 12:47.
Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının iyulun 13-də İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilmişdir.
Rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilmişdir. “Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan edilmişlər. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılmışlar. "Aztelekom" İB rəhbərliyindən gənclərə növbəti töhvə
12-Jul-13 14:09.
Bu gün "Aztelekom" İB-də ingilis dili və kompüter proqramlarının ən asan yolla öyrənilməsi yollarını işləyib hazırlayan VES Group training Productionun nümayəndələri ilə görüş keçirildi. Birliyin baş direktoru Məhəmməd Məmmədov bildirdi ki, müasir dünyanın ən böyük tələblərindən olan ingilis dili və informasiya texnologiyalarını bilmədən heç bir müvəfəqiyyətə çatmaq, indiki zamanı bunlarsız təsəvvür eləmək belə çətindir. Odur ki,gənclik maksimum dərəcədə çalışmalıdır ki,bu məsələlərdə maksimum biliklərə yiyələnsinlər ki, ölkəmiz üçün daha layiqli işlər görsünlər.
Şirkətin nümayəndəsi Emin Quliyev yaratdıqları və istehsal etdikləri vəsaitlərlə iştirakçıları tanış etdi. Qeyd etdi ki, Tədris və təlim sahəsində istehsal etdikləri video və multimediya diskləri gənclərə yeni tədris metodlarını tez vaxt itirmədən öyrətməkdə ən vacib üsuldur. Qubada marketinq üzrə zona təlimi keçirilir
11-Jul-13 14:05.
Regionlarda Marketinq sahəsi üzrə biliklərin artırılması məqsədilə “Marketinq – kommunikasiya sistemi kimi” mövzusunda təlimlər davam edir. Quba TKQ-də keçirilən təlimdə Qusar , Xaçmaz, Şabran,Siyəzən,Xızı TKQ-lərin marketinq qruplarının işçiləri iştirak edirlər.Təlimdə Marketinq və xidmətlərin satışı departamentinin əməkdaşı Mədinə Əliyeva marketinq və satış üzrə təlim,marketinq strategiyası,analizlər, müştəri ilə davranış,marketinq tədqiqatları prosesi və s. mövzuda təlim aparır. Təlim 12 iyula kimi davam edəcək. Hər bir iştirakçıya uğurlar arzulayırıq. Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək
11-Jul-13 14:01.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.
Görüşdə iştirak etmək istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. "Aztelekom"İB-nin kollektivi və müəllimlər "Azərkosmos" ASC-ni ziyarət etdilər
10-Jul-13 10:02.
"Aztelekom"İB-nin rəhbərliyi,İdarə Aparatı, Gənclər Təşkilatının nümayəndələri və Azərbaycan Texniki Universitetinin "Çoxkanallı rabitə sistemləri" kafedrasının müəllim heyyəti "Azərkosmos" ASC-ni ziyarət etdilər. "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qonaqları qarşılayaraq, fəaliyyətləri barədə məlumat verdi,hamını inzibati və texnoloji binalarla tanış olmağa dəvət etdi.Tanışlıq zamanı ASC-nin əldə etdiyi yüksək nailiyyətlər görüş iştirakçılarının nəzərinə çatdırıldı,peykin izlənmə prosesi,peykin imkanları nümayiş olundu. Bildirildi ki, 2010-cu il 3 may tarixində təsis edilən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Qafqazda əsas peyk operatorudur.
Əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilən müəssisə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinın yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır. Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək
09-Jul-13 09:34.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.
Görüşdə iştirak etmək istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 40 ölkəni təmsil edən tələbələr İlham Əliyevi seçdi
09-Jul-13 09:21.
Prezident İlham Əliyev “İlin dövlət başçısı” seçilmişdir.Azərbaycan Prezidentinin bu ada namizədliyi dünyanın 50 universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə qalib gəlmişdirDialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən AzərTAc-a verilən məlumata görə, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilmişdir. Bu barədə qərar iyulun 6-da DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdir. “Mənim Azərbaycanım” fotomüsabiqəsi başlayır
08-Jul-13 14:08.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edir.
Müsabiqə 3 nominasiya üzrə təşkil olunur:
ICANN yeni domen zonalarının qeydiyyat qaydalarını təsdiqləyib
05-Jul-13 14:03.
ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) internet korporasiyasının Rəhbərlər Şurası dünyanın domen qeydiyyatçıları ilə new gTLDs proqramı üzrə sazişi rəsmən təsdiq edib. Saziş çərçivəsində mindən artıq yeni başlanğıc domen zonasının yaradılması planlaşdırılır. Qeydiyyatçılarla imzalanan yeni sazişə özündə ticarət markaları haqqında məlumatları saxlayan sistemlə iş daxildir. Burada ticarət markası sahibləri onların hüquqlarını pozan yeni domen zonalarına iddialı olan namizədlərdən şikayət edə bilərlər.
Cybersecurity-nin məlumatına görə, korporasiya bəyan edir ki, yeni gTLDs proqramı artıq cari ilin sonunadək işə salınmalıdır, lakin bu yalnız bir neçə yeni zonaya şamil ediləcək, əsas domen kütləsi isə 2014-cü ildə fəaliyyətə başlayacaq. Görülən 301 - 315 qədər, 770 xəbərdən |