Xəbərlər

RYTN-də “İnternet, yüksək texnologiyalar və insan hüquqları” mövzusunda “dəyirmi masa” keçirilib

05-Jun-14 12:55.

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “İnternet, yüksək texnologiyalar və insan hüquqları” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə nazirliyin birlik və müəssisələrinin nümayəndələri iştirak edib.

“Dəyirmi masa”da RYTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, informasiya texnologiyalarının inkişafı insan hüquqları istiqamətində də yeni mühit formalaşdırır.

“Sony Xperia T3” smartfonu təqdim olunub

04-Jun-14 12:33.

Yaponiyanın “Sony” şirkəti 5,3 düym diaqonallı dünyanın ən nazik smartfonu kimi qələmə verilən “Xperia T3” modelini təqdim edib. Model orta texniki xarakteristikalara malik olsa da, polad dizaynda hazırlanıb və arxa qapağı donuq materialdandır.   

Qurğu “Full HD” (1280х720 ) formatlı 5,3 düym displey, 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessor, çəkilişin “HDR” rejimində və seriyalı çəkiliş (iki saniyədə 31 kadradək) imkanı ilə 8 meqapikselli kamera ilə təchiz edilib. “Xperia T3” “Android” əməliyyat sisteminin 4.4 (KitKat) versiyası ilə işləyir. 

Nazir AMEA İdarəetmə Sistemləri İnstitutunda olub

03-Jun-14 12:50.

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda olub.

İnstitutun direktoru, akademik Telman Əliyev institutda yerinə yetirilən elmi tədqiqat işləri, institut əməkdaşlarının əldə etdikləri nailiyyətlər, patentlər, çap etdirdikləri monoqrafiyalar, xaricdə nüfuzlu jurnallarda dərc olunmuş məqalələr, institutun təklif etdiyi layihələr, hazırlanmış cihazlar, qurğular və başqa materiallar haqqında ətraflı məlumat verib.

Çin istehsalçısı “Ultra HD” televizorlar bazarında ikinci yerə yüksəlib

02-Jun-14 13:07.

Çinin “Hisense” şirkəti dünya “Ultra HD” formatlı (4K) televizorlar bazarında satış həcmini genişləndirərək 2014-cü ilin birinci rübündə ikinci yerə yüksəlib. Bu barədə “DisplaySearch” analitik şirkətinin hesabatında deyilir. Birinci yeri 16 faizlik bazar payı ilə Cənubi Koreyanın “Samsung” şirkəti tutur.

Bakı bulvarı pulsuz “Wi-Fi” çıxışı ilə təmin edilib

30-May-14 12:24.

Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən restoran və kafelər “Wi-Fi” şəbəkəsinə ödənişsiz çıxışla təmin olunublar. Bu barədə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.

Söhbət hər kəsin internet şəbəkəsinə ödənişsiz girişdən istifadə edə biləcəyi ayrı-ayrı giriş nöqtələrindən gedir. Parkın bütün ərazisində simsiz “Wi-Fi” açılması layihəsinə gəldikdə, hazırda bu, reallaşma mərhələsindədir. Layihə çərçivəsində ilkin sınaqdan keçmiş zəruri avadanlıqlar quraşdırılıb.

Kaliforniyada Lütfi Zadənin irsinə həsr olunmuş 4-cü beynəlxalq konfrans keçirilib

29-May-14 11:58.

Kaliforniyanın Berkli şəhərinin "Double Tree by Hilton" mehmanxanasında Soft Kompyutinq üzrə 4-cü beynəlxalq konfrans keçirilib.Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş konfrans 2011-ci ildən keçirilir və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir.

Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Meksika, Macarıstan, Kanada, ABŞ, Səudiyyə Ərəbistan, Hindistan, İran, Almaniya, Polşa və İspaniyadan olan alimlər 78 elmi məqalə ilə çıxış edib.

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans oktyabrda keçiriləcək

27-May-14 11:27.

Cari ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans (AICT-2014) keçiriləcək.

Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.

Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir.

İtaliyada beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi keçiriləcək

26-May-14 12:39.

Texas Universitetinin tədqiqatçıları tərəfindən dünyanın ən kiçik və sürətli nanomühərriki layihələşdirilib. Perspektivdə belə mühərriklərdən insan orqanizmində ayrı-ayrı hüceyrələrə dərman preparatlarının çatdırılması üçün nəzərdə tutulan mikroskopik robotlarda istifadə oluna bilər.  

Nanomühərrik üç əsas komponentdən – nanonaqil, nanomaqnit və mikroskopik elektroddan ibarətdir. Bütün oxlar üzrə ölçü bir mikrometr təşkil edir. Bu zaman qurğu dəqiqədə 18 min sürətlə dövr edir, fasiləsiz işin vaxtı isə 15 saata çatır.

Dünyanın ən kiçik və ən sürətli nanomühərriki yaradılıb

23-May-14 12:20.

Texas Universitetinin tədqiqatçıları tərəfindən dünyanın ən kiçik və sürətli nanomühərriki layihələşdirilib. Perspektivdə belə mühərriklərdən insan orqanizmində ayrı-ayrı hüceyrələrə dərman preparatlarının çatdırılması üçün nəzərdə tutulan mikroskopik robotlarda istifadə oluna bilər.  

Nanomühərrik üç əsas komponentdən – nanonaqil, nanomaqnit və mikroskopik elektroddan ibarətdir.

Maliyyə direktorlarının 75 faizi “bulud” texnologiyalarına etibar edir

22-May-14 12:28.

“Oracle”, “Accenture” və "Longitude Research” şirkətləri məqsədi müasir müəssisələrin maliyyə departamentlərinin əsas fəaliyyətinin qiymətləndirilməsindən ibarət olan araşdırmanın nəticələrini təqdim ediblər.  

Respondentlərin 70 faizi maliyyə direktorunun müasir texnologiyaların tətbiqinin aktiv tərəfdarı olduğunu bildirib, eyni zamanda maliyyə direktorlarının 75 faizi “bulud” hesablamaları, mobil texnologiyalar və sosial medianın müəssisənin maliyyə xidmətinin işinin təşkili prinsipini dəyişəcəyi fikrindədir.

Nazir Siyəzən rayonunda vətəndaşlarla görüşəcək

21-May-14 10:19.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mayın  24-ü saat 10:00-da Siyəzən rayonunda (Siyəzən, Şabran, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.


Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin “EuraCA”-ya cəlb olunması qərara alınıb

20-May-14 18:54.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 20-ci konfransında iştirak edib.

Körfəz ölkələrinin İKT sahəsində fəaliyyət göstərən dövlət rəsmiləri, o cümlədən beynəlxalq təşkilat və elmi tədqiqat təsisatları nümayəndələrinin qatıldığı konfrans e-hökumət, e-xidmətlər və digər müasir İKT həllərinin mübadiləsi, mövcud təcrübənin bölüşdürülməsi, əməkdaşlıqda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Azərbaycanda bu ilin əvvəlindən 469 milyon manatlıq rabitə xidməti göstərilib

19-May-14 11:38.

Azərbaycan Dövlət Statistika Komitəsinin statistik hesabatına əsasən, ölkədə bu ilin yanvar-aprel aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 468,9 milyon manat təşkil edib.

Komitədən verilən məlumata əsasən, bu ilin dörd ayı ərzində ölkədə müəssisə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb.

YAP Yasamal rayon Gənclər Birliyinin rəhbərliyi ilə görüş

16-May-14 17:35.

Bu gün "Aztelekom" İstehsalat Birliyinin akt zalında YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinin rəhbərliyi ilə "Aztelekom"çu gənclərin görüşü keçirildi. Tədbiri giriş sözü ilə "Aztelekom"İB YAP Gənclər Birliyinin sədri Emil Rzayev açaraq, İB-də çalışan gənclər haqqında məlıumat verdi. O bildirdi ki, həm texniki sahədə, həm də, ölkənin ictimai həyatında "Aztelekom"çu gənclər fəal mövqe tutublar və bu şəraiti sözsüz olaraq gənclərə cənab Baş direktor Məhəmməd Məmmədov yaradıb.

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16-May-14 13:15.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulan səlahiyyətli orqanı hər bir texnologiyalar parkına münasibətdə Azərbaycan Respublikasının Prezidenti ayrıca müəyyən edir.
3. Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Görülən 31 - 45 qədər, 770 xəbərdən