Xəbərlər
Eurovision 2012-nin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub
25-May-12 10:53.
Eurovision 2012-nin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub
Eurovision 2012 mahnı müsabiqəsinin finalında çıxış edəcək ölkələrin ardıcıllığı bəlli olub.
Eurovision 2012 müsabiqəsinin II yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 ölkənin təmsilçisi mətbuat konfransı keçirib.
Onlar finalda çıxış etməkdən qürurlandıqlarını bildiriblər. Mətbuat konfransında Eurovision mahnı müsabiqəsinin ilk qalibi Lis Assia da iştirak edib. Bakıda Distant Təhsil Mərkəzi açılıb
24-May-12 12:02.
Bakıda Distant Təhsil Mərkəzi açılıb
Bu gün Bakıda Distant Təhsil mərkəzi açılıb. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron təlimləndirən sistemlər” layihəsinin əsas komponentlərindən biri olan mərkəz xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Bugünkü tədbir çərçivəsində “Məsafədən məktəb” internet portalının da təqdimatı keçirilib.
Eurovision-2012-nin ilk yarımfinalı möhtəşəm şou ilə yadda qalıb
23-May-12 10:21.
Eurovision-2012-nin ilk yarımfinalı möhtəşəm şou ilə yadda qalıb
Bu gecə Bakıda Baku Crystal Hall-da Eurovision-2012 mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatıb.
Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar.
Çıxışlar başa çatdıqdan sonra səhnəyə “Natiq” ritm qrupu çıxıb. Qədim qavaldaşda qrupun bədii rəhbəri Natiq Şirinovun ifası və Azərbaycan Dövlət rəqs ansamblının çıxışı yaddaşlara həkk olunub.
RİTN-də Meksika Kosmik Agentliyinin nümayəndə heyəti ilə görüş olub
22-May-12 09:48.
RİTN-də Meksika Kosmik Agentliyinin nümayəndə heyəti ilə görüş olub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə nazir Əli Abbasov respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan yüksək nəticələrdən, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar barədə danışıb.
“Kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa imkan verir”
21-May-12 12:10.
“Kütləvi kompyuterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa imkan verir”
Ölkəmizdə həyata keçirilən İKT siyasəti internetin inkişafına müsbət təsir edib. İndi Azərbaycanda əhalinin 65 faizi internet istifadəçisidir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən 1,5-2 dəfə yüksəkdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.
Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal etməsindən 20 il ötür
18-May-12 13:06.
Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal etməsindən 20 il ötür
Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. Görülən 295 - 300 qədər, 394 xəbərdən |