Xəbərlər

Fərdi kompüterlər bazarında tələbat artacaq

02-Aug-13 14:48.
“Strategy Analytics” analitik agentliyi tərəfindən aparılan növbəti araşdırma fərdi kompüter istehsalçılarına və proqram təminatı tərtibatçılarına kompüter bazarının bərpa ediləcəyinə ümid etməyə əsas verir.

Belə ki, ekspertlər ABŞ və Avropa istehlakçısı (15-74 yaş arasında 2062 ABŞ sakini və 4118 Avropa respondenti) arasında keçirilən sorğudan sonra belə qənaətə gəliblər ki, istehlakçıların təxminən 23 faizi növbəti 12 ayda fərdi kompüter almaqda qərarlıdır, halbuki ötən ilin sonunda bu göstərici 17 faizdən aşağı olub. 2013-cü ilin iyununda keçirilən sorğunun nəticələri 2012-ci ilin dördüncü rübündə baş tutan analoji tədqiqatın nəticələri ilə müqayisə edilib.

ABŞ-da müsbət tendensiya daha çox hiss olunur. Fərdi kompüter almaq istəyənlərin sayı Fransa, Almaniya və Böyük Britaniyada da artıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

02-Aug-13 14:45.
İnformasiya cəmiyyəti (İC), informasiya texnologiyaları əsrində İC qurucusu olmaq istəyən abituriyentlər üçün yeni imkanlar açılır. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış gəncləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir.

İT Universitetini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan üstünlüklərə də malik olacaqlar. Daha ətraflı burdan tanış ola bilərsiniz.



Yeni milli standartın hazırlanması üzrə işlər aparılır

01-Aug-13 13:43.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə tədbirlərin icrasını davam etdirir.

Tədbirlər Planında yer alan əsas istiqamətlərdən biri də “Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması”dır. Hazırda beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsullarının hazırlanması üzrə 2, terminoloji üzrə 2 olmaqla, ümumilikdə 13 milli standart üzrə işlər aparılır.

Qeyd edək ki, Tədbirlər Planı üzrə tədbirin icraçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir.

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZRLİYİ ABİTURİYENTLƏRİ İNFORMASİYA TEXNOLOGİYALARI UNİVERSİTETİNƏ DƏVƏT EDİR!

31-Jul-13 14:07.

XXI əsr informasiya texnologiyaları, informasiya cəmiyyəti əsridir. Əgər Siz bu cəmiyyətin qurucusu olmaq istəyirsinizsə, İnformasiya Texnologiyaları Universitetini seçiniz.

İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış və 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcəkdir...



“BakuTel-2013”çərçivəsində “Beynəlxalq kibertəhlükəsizlik” konfransı keçiriləcək

30-Jul-13 15:28.
Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi və birgə onlayn forumun keçirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Qeyri-Dövlət Qurumları ilə İş Şöbəsi tərəfindən dünya Azərbaycanlılarının 1-ci virtual konfransının “BakuTel-2013” beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilməsi üzrə işlər aparılır.

Artıq sərgiyə hazırlıq işləri bir qədər də intensivləşdirilib. “BakuTel-2013”-ün keçiriləcəyi “Baku Ekspo Mərkəzi”ndə bütün zallar, o cümlədən birinci zal 4 min kv.metr, ikinci zal 5 min kv.metr, üçüncü zal 3 min kv.metr, 5 min kv.metr olan foye hissəsi üzrə sərgiyə yararlı 3 min kv. metr, koridor 2 min kv. metr olmaqla, ümumilikdə 19 min kv. metr ərazi sərgi üçün istifadə ediləcək.

Hazırda “İteca Caspian” şirkəti ilə aparılan intensiv işlər nəticəsində birinci zal tamamilə iştirakçı şirkətlər tərəfindən müqavilə əsasında götürülüb.

“Milli genişzolaqlı internetin inkişafı” layihəsi üzrə sənədlər müvafiq qurumlar ilə razılaşdırılır

29-Jul-13 14:29.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə internet istifadəçilərinin sayının daha da artırılması üzrə tədbirləri davam etdirir. Bu məqsədlə 2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsidir.

Hazırlanan layihə telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi “Booz&Co” şirkəti cəlb edilməklə qiymətləndirilib. Artıq layihənin icrasına başlanılması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət olunub. Layihə sənədləri hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

RİTN-də 6 ayın yekunlarına dair kollegiya iclası keçirilib

26-Jul-13 15:57.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 6 ayının yekunlarına dair kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin ilk yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da bildirən nazir Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatında Azərbaycanın 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci...

Bazardakı hər ikinci smartfon “NFC”-ni dəstəkləyəcək və əl hərəkətlərini anlayacaq

26-Jul-13 14:09.
“ABI Research” analitik şirkətinin ekspertləri 2013-cü ildə aparıcı istehsalçıların diqqətini yönəldəcək smartfonların funksional xüsusiyyətlərinin siyahısını dərc ediblər. Siyahıda akselerometr, vizual əl hərəkətlərinin tanınması, giroskop və “NFC” texnologiyası yer alıb.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə bazara çıxarılan smartfonların təxminən 12 faizi vizual əl hərəkətlərini başa düşəcək. Lakin “Apple” şirkətinin bu texnologiyadan yeni nəsil “iPhone” modelində istifadə edəcəyi hələ ki məlum deyil.

Əvvəllər ilk növbədə mobil ödənişlər üçün alət hesab edilən “NFC” texnologiyasına gəlincə, hazırda müqavilə əsasında istehsalla məşğul olan şirkətlər texnologiyanın fotoşəkil, smartfon sahibinin hansı yerdə olması barədə məlumatın və digər informasiyaların mübadiləsi kimi başqa sahələrdə də tətbiqinin mümkünlüyünü müəyyən ediblər.

Dünya Bankı Azərbaycanda İKT sahəsi ilə bağlı 3 istiqamət üzrə tövsiyələrini verib

25-Jul-13 14:24.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycanın Diversifikasiya Tədqiqatı” üzrə əldə edilən nəticələri təqdim etmək məqsədilə Azərbaycana səfər edən Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad və DB-nın Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko ilə görüşüb.

Görüşdə Dünya Bankı ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq münasibətlərindən söz açan nazir ölkəmizdə bazar iqtisadiyyatının qurulması, modern infrastrukturun yaradılması, maliyyə sektorunun inkişafı sahəsində görülən işlərə DB-nın aktiv dəstək verdiyini vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin DB ilə əlaqələrindən, xüsusən bankın dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı layihəsi”ndən də danışan nazir “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə...

Dünya Bankının nümayəndəsi: “Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı digər region ölkələrindən üstündür”

24-Jul-13 14:43.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad ilə görüş keçirilib.

Görüşdə əvvəlcə M.Prasadın Dünya Bankının Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr və gözləntilərlə bağlı dversifikasiya hesabatı dinlənilib.

Ölkəmizdə İKT sektorunun region ölkələri ilə müqayisədə sürətlə inkişaf etdiyini vurğulayan M.Prasad neft gəlirlərinin bu sahənin inkişafına yönləndirilməsini müsbət hal kimi qiymətləndirib.

“Kanada və Norveç də neft ixrac edən ölkələrdir. Lakin onlar artıq dünyanın inkişaf etmiş ölkələrinə çevriliblər. Çünki neft gəlirləri ilə qeyri-neft sektorunu inkişaf etdirə biliblər. Lakin dünyada bəzi neft ixrac edən dövlətlər var ki, onlar çoxgəlirli ölkəyə çevrilə bilməyiblər. Biz görürük ki, Azərbaycan da sürətli inkişaf istiqamətini hədəf seçib və prioritet istiqamətlər sırasında qeyri-neft sektoru əsas üstünlüyə malikdir. Qeyri-neft sektoru üzrə ən inkişaf edən sahələrdən biri isə informasiya-kommunikasiya texnologiyaları sektorudur: “Genişzolaqlı internet istifadəçilərinin sayının artdığını müşahidə edirik”.

Dünyada internetə çıxış sürəti 4 faiz artıb

24-Jul-13 14:09.
Veb-məzmunun tədarük şəbəkəsi “Akamai Technologies” dünyanın müxtəlif ölkələrində internetə çıxış sürəti haqqında hesabat dərc edib. 2013-cü ilin birinci rübündə keçirilmiş tədqiqatın yekununa əsasən məlum olub ki, “Ümumdünya hörümçək toru”na orta çıxış sürəti 3,1 Mbit/s olub. Bu göstərici 2012-ci ilin dördüncü rübünün sonuna olan vəziyyətlə müqayisədə 4% daha çoxdur. İllik göstərici üzrə planetdə internetin sürəti 17% artıb.

Sözügedən tədqiqat 123 ölkəni əhatə edir. Onların arasında internetə qoşulma sürəti üzrə ən aşağı artım Oman (+1.4%), ən çox artım isə İraqda (+122%) qeydə alınıb,- “DailyComm” yazır.

Cənubi Koreya əvvəlki kimi internetləşdirilmə üzrə liderdir: ölkə əhalisinin 50%-i internetə sürətli çıxış imkanına malikdir, internetə orta qoşulma təxminən 14,2 Mbit/s təşkil edir. Bununla belə, ölkə ərazisində internetə çıxış sürəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.

İnformasiya Texnologiyaları Universiteti üzrə imtahan nəticələri yaxın günlərdə elan ediləcək

23-Jul-13 15:02.
Azərbaycanda yeni yaradılan İnformasiya Texnologiyaları Universitetinə (İTU) ilk qəbul imtahanları artıq iyulun 21-də başa çatıb. İTU-nun da daxil olduğu I ixtisas qrupu üzrə nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Hazırda isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. İnformasiya Texnologiyaları Universitetinə qəbul yerlərinə gəlincə, 2013–2014-cü tədris ilində İTU-ya tələbə qəbulu üçün 60 plan yeri ayrılıb.

Belə ki, “İnformasiya təhlükəsizliyi” üzrə 15 yer, “Kompüter elmləri” üzrə 15 yer, “Kompüter mühəndisliyi” üzrə 15 yer, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə 15 yer nəzərdə tutulub.

Nazir Əli Abbasov bu gün İsmayıllıda vətəndaşlarla görüşəcək

23-Jul-13 09:47.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu gün İsmayıllı rayonunda 

(İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) 

əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin 

keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran

məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır

Nazir Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik etdi

22-Jul-13 13:58.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsi ilə 22 İyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib. Təbrikdə deyilir:

" Əziz jurnalistlər,

Azərbaycan Milli Mətbuatının 138 illiyi münasibəti hər birinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Heç şübhəsiz ki, jurnalistlərin peşə fəaliyyəti bilavasitə müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır.

Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

22-Jul-13 11:13.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.




Görülən 286 - 300 qədər, 770 xəbərdən