Xəbərlər

Nazir Sabirabadda vətəndaşlarla görüşəcək

01-Mar-16 12:48.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  4 mart 2016-cı il tarixində saat 12:00-da Sabirabad şəhərində  Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Süni intellekt şəklin çəkildiyi yeri müəyyənləşdirir

29-Feb-16 15:18.

“Google” korporasiyası tərəfindən hazırlanan yeni “PlaNet” neyron şəbəkəsi istənilən fotoşəklin çəkildiyi yeri müəyyənləşdirmək qabiliyyətinə malik olacaq. Süni intellekt hələ ki şəklin çəkildiyi yeri müəyyənləşdirmək üçün geoteqlərdən istifadə edir, amma gələcəkdə buna ehtiyac olmayacaq.

Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib

26-Feb-16 14:08.

İyirmi dörd il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqımı qurbanları anılıb

26-Feb-16 09:09.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqımının 24 illiyi ilə əlaqədar rabitəçi xocalılarla görüş keçirilib.  

 

Xocalı faciəsinin anıldığı tədbirdə bu unudulmaz tarixi günlərdə vətənin və xocalıların müdafiəsi uğrunda rabitəçilərin qəhrəmanlığıdan söz açılıb. Qeyd olunub ki, onların bu fədakarlığı unudulmur və hər bir rabitəçi üçün böyük bir örnəkdir.  

Görülən 29 - 32 qədər, 1086 xəbərdən