Xəbərlər
50-dən çox nüvəyə malik Intel prosessoru artıq bu il işıq üzü görəcək
20-Jun-12 11:57.
50-dən çox nüvəyə malik Intel prosessoru artıq bu il işıq üzü görəcək
Intel korporasiyası çoxnüvəli Many Integrated Core (MIC) arxitekturasına əsaslanan ilk məhsulunu təqdim edib.
Şirkət nümayəndələrinin Intel Xeon Phi adlandırdıqları həmprosessor “50-dən çox nüvəyə” və 8 giqabaytdan çox GDDR5 operativ yaddaşa malik PCIe form-faktorlu moduldur.
Modulun əsasını üçüncü nəsil Intel Core prosessorlarında (Ivy Bridge) olduğu kimi 22 nanometrlik texnoloji proses və 3D Tri-Gate tranzistor texnologiyaları təşkil edir.
“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları
19-Jun-12 17:43.
“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları
Bu gün Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirib. O, modernləşmənin səbəblərini göstərərək qeyd edib ki, səbəblərdən birincisi Azərbaycan iqtisadiyyatının keyfiyyəftcə yeni inkişaf mərhələsinə çatmasıdır ki, bu mərhələnin sonrakı inkişafı yeni struktur dəyişiklərinin həyata keçirilməsini tələb edir. RİTN-də Əfqanıstan nümayəndə heyəti ilə görüş olub
18-Jun-12 12:31.
RİTN-də Əfqanıstan nümayəndə heyəti ilə görüş olub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda rabitə sistemi yenidən qurulub. Bakıda informasiya təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirilir
14-Jun-12 14:57.
Bakıda informasiya təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda IDC beynəlxalq analitik şirkətinin “İnformasiya təhlükəsizliyi və verilənlərin emalı mərkəzlərinin transformasiyası” (IT Security and Datacenters Transformation Roadshow 2012) mövzusunda ilk illik beynəlxalq konfransı işə başlayıb.
Tədbir IDC-nin qlobal proqramının tərkib hissəsidir və İT-infrastrukturun effektivliyinin artırılmasına yönəlib.
Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi konfransın strateji tərəfdaşı qismində çıxış edir.
RİTN-də elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub
13-Jun-12 14:15.
RİTN-də elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub
İyunun 12-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.
İnformasiya texnologiyalarına dair yeni standartlar təsdiq edilib
12-Jun-12 11:19.
İnformasiya texnologiyalarına dair yeni standartlar təsdiq edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən hazırlanmış AZS İSO/İEC 27000-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük", AZS İSO/İEC 27003-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları.
Görülən 277 - 282 qədər, 394 xəbərdən |