Xəbərlər

“HTC” LTE-smartfonlar bazarında üstünlüyünü tamamilə itirib

27-Aug-13 14:50.
“LTE” yüksəksürətli mobil rabitə texnologiyasını dəstəkləyən qurğuları hamıdan birinci təqdim edən Tayvanın “HTC” şirkəti bu seqmentdə tam olaraq üstünlükdən məhrum olub.

Belə ki, “Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, Tayvanın smartfon istehsalçısı “Samsung Electronics”, “Apple”, “Sony Mobile Communications” və “LG Electronics” kimi rəqib şirkətlərdən çox geridə qalıb.

Məhz bu 4 şirkət aparıcı LTE-smartfonlar reytinqində ilk yerləri tutur. 2013-cü ilin ikinci rübündə istehsalçıların bazar payı bu şəkildə bölünüb: “Samsung”- 47 faiz, “Apple” - 23,5 faiz, “Sony” - 6,2 faiz, “LG” - 4 faiz.

“ICANN”-ın Azərbaycandakı özək serveri “AzNET” şəbəkəsinin dayanıqlığını təmin edir

26-Aug-13 13:23.
“ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının Azərbaycanda özək “DNS” serverinin (L-root) yerləşməsi ölkənin internet seqmentinin təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Bu barədə “ICANN”-ın Rusiya, MDB və Şərqi Avropa üzrə vitse-prezidenti Veni Markovski deyib.

V.Markovskinin sözlərinə görə, coğrafi baxımdan paylanmış serverlərin yaradılması ideyası bir neçə il bundan əvvəl cinayətkarlar tərəfindən “ICANN”-ın bütün özək serverlərinə edilən mütəşəkkil hücumdan sonra yaranıb. Bunun nəticəsində isə 7 özək sıradan çıxarılıb.

“Biz belə serverlərin nüsxələrinin yaradılması üzərində kifayət qədər ciddi fikirləşmişik. Bu gün “ICANN”-ın serverində faktiki olaraq mövcud olanların 100 faizi Azərbaycanda yerləşən serverdə də saxlanılır.

Avropa dövlət elektron xidmətlərini maliyyələşdirəcək

23-Aug-13 13:57.
Avropa Komissiyasının “e-SENS” (Electronic Simple European Networked Services) adlandırılan yeni investisiya layihəsi Avropa İttifaqı (Aİ) ölkələri arasında biznesin aparılmasına imkan verən dövlət orqanlarında elektron xidmətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. “e-SENS” xidmətləri Avropa ölkələrinin sahibkarlarına Aİ-nin digər ölkələrində öz nümayəndəliklərini qeydiyyatdan keçirməyə, həmin ölkələrin qanunlarına uyğun olaraq sövdələşmələri savadlı rəsmiləşdirməyə, eləcə də qonşu dövlətlərin hökumətləri tərəfindən keçirilən açıq tenderlərdə iştirak etməyə kömək edir.

Belə ki, Avropa vətəndaşları və şirkətlər tezliklə ölkələrində olduğu kimi asanlıqla hüquqi dəstək ala biləcəklər. “e-CODEX” dövlət hüquqi xidmətlər servisi layihəsi istifadəçilərə Aİ üzrə bütün məhkəmə instansiyalarına müraciət etməyə imkan verməklə yanaşı, həm də instansiyalar arasında əlaqə yaratmaqla onlara birlikdə iş aparmağa şərait yaradır.

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-Aug-13 11:33.

Bakıda avqustun 23-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın milli “*.az” domeninin 20 illiyinə həsr edilmiş konfrans keçiriləcək. Tədbirdə “ICANN”-ın (Internet Corporation for Assigned Names and Numbers) və həmçinin Ukrayna və Rusiya milli domen inzibatçılarının rəhbərlərinin və nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. Ötən dövr ərzində Azərbaycanın milli “*.az” domeninin inzibatçısı “İntrans” şirkəti 5 yerli və 7 xarici qeydiyyatçı şirkət ilə əməkdaşlıq qurub.




“LTE-Advanced 900/1800 MHs” kommersiya şəbəkəsində dünyanın ilk zəngi edilib

21-Aug-13 09:54.

İsveçin “Ericsson” istehsalçısı Avstraliyanın aparıcı telekommunikasiya xidmətləri tədarükçüsü “Telstra” şirkəti ilə birlikdə 900/1800 MHs diapazonunda “LTE Advanced” (LTE-A) kommersiya şəbəkəsində tezlik daşıyıcılarının birləşməsi texnologiyasının uğurla həyata keçirilməsini elan edib. Avstraliya operatoru dünyada ilk dəfə olaraq “LTE-A” standartlı şəbəkə ilə məlumatları ötürüb. Bu barədə “Ericsson” şirkətinin mətbuat xidməti məlumat verib.




“Azərkosmos” bütün kanalları peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir

20-Aug-13 15:13.

“Azərkosmos” ASC Azərbaycanın bütün yerli və regional kanallarının milli peyk üzərindən yayımını təşkil etmək üçün texniki olaraq tam hazırdır. Hazırda “Azerspace-1” peyki üzərindən AzTV, İTV, CBC, “Xəzər” TV, ANS TV, “Mədəniyyət” TV, “İdman Azərbaycan”, “Azad Azərbaycan” TV kanalları yayım həyata keçirir. “Azərkosmos” ASC digər kanalları da peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir.





İnformasiya Texnologiyaları Universitetinə qeydiyyat başlayır

19-Aug-13 12:52.

İnformasiya Texnologiyaları Universitetinə qəbul olanlar 20 avqustdan etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər. Bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.





Rabitə və informasiya texnologiyaları naziri Şabranda vətəndaşları qəbul etmişdir

19-Aug-13 10:34.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. AzərTAc xəbər verir ki, avqustun 17-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şabranda bu rayondan, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir...





Cənab nazir sabah Şabranda vətəndaşlarla görüşəcək

16-Aug-13 10:01.

“Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.





Nazir növbəti dəfə vətəndaşlarla görüşəcək

15-Aug-13 10:15.

“Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.





Rolan Kobia Azərbaycanın İKT sahəsində təcrübəsini Avropa İttifaqı ilə bölüşməsini xahiş edib

15-Aug-13 10:10.

Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia ilə görüşüb. Görüş çərçivəsində ölkədə dördillik missiyasını başa çatdıran R. Kobia qeyd edib ki, o, Azərbaycanda fəaliyyəti müddətində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda genişmiqyaslı işlər görüldüyü və müsbət nəticələr əldə edildiyinin şahidi olub.





ÜDM-nin 7 faizi rabitə və informasiya xidmətlərinin payına düşüb

14-Aug-13 13:39.

Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı üzrə hesabatını təqdim edib. Belə ki, 2013-cü ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal edilib.







“ICANN” yüksəksəviyyəli domenləri internetin təhlükəsizliyi üçün ciddi təhdid hesab edir

07-Aug-13 14:07.

“ICANN” korporasiyası (İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) yeni yüksəksəviyyəli domenlərin internetin toxunulmazlığına və təhlükəsizliyinə göstərə biləcək mümkün təsirinə dair hesabat dərc edib. Korporasiyanın məlumatına görə, “.home” və “.corp” domenlərinin fəaliyyətinə icazə verilməsinə ehtiyac duyulmur, internetdə digər yeni domenlərin yaranması isə 6 aydan 1 ilədək təxirə salına bilər.

“Interisle Consulting” təşkilatı tərəfindən hazırlanan müstəqil hesabatda qeyd edilib ki, yüksəksəviyyəli yeni domenlər istifadəçilərin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Söhbət internetə ev qurğularından və korporativ şəbəkələrdən göndərilən sorğulardan gedir. Bu cür sorğuların əksəriyyəti “Google Chrome” brauzerindən və internetə çıxış üçün ev qurğularından istifadə zamanı yaranır.

“Google” şirkəti “Device Manager” proqram təminatını nümayiş etdirib

06-Aug-13 10:40.
“Google” şirkəti itirilmiş və ya oğurlanmış qurğuların uzaqdan izlənməsi, olduğu məkanın müəyyənləşdirilməsi və məlumatların silinməsi üçün nəzərdə tutulan əlavəni nümayiş etdirib. Şirkət nümayəndələri bildiriblər ki, “Android Device Manager” həlli populyar mobil əməliyyat sistemini qanuni qurğu sahibinə itirilmiş və ya oğurlanmış qurğularla nə etməyin lazım olduğunu həll etməyə imkan verən təhlükəsizlik tələbləri ilə təmin edir.

Yeni proqram təminatının köməyi ilə istifadəçilər mobil qurğularını izləməklə və uzaq məsafədən informasiyanı silməklə yanaşı, evdə itmiş aparatı tapmaq üçün zəng səslərini də aktivləşdirə bilərlər. “Google Android” məhsulları üzrə menecer Bencamin Poeş qeyd edib ki, “Device Manager”in məqsədi kommersiya proqram təminatından istifadə etməyən istifadəçilərə baza izləmə funksiyalarını təqdim etməkdən ibarətdir.


Cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması planlaşdırılır

05-Aug-13 13:48.
“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı”nda əsas bəndlərdən biri də ölkədə elektron təhsil həllərinin tətbiqinin genişləndirilməsidir.

Bu sahədə aparılan işlərin bir istiqaməti kimi cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur. Məktəblərin İKT ilə təminatı üzrə mövcud vəziyyətə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda kompüteri olan məktəblərin sayı 3897, o cümlədən şəhər üzrə 1108, kənd üzrə 2789 olub.

Kompüteri olan məktəblərin bütün məktəblərdə payı 87.2 faiz, o cümlədən şəhər üzrə 96.2 faiz, kənd üzrə 84.1 faiz təşkil edib. Orta hesabla bir kompüterə düşən şagirdlərin sayı ötən ildə ölkə üzrə 28, o cümlədən şəhər üzrə 26, kənd üzrə 31 nəfər olub.

Görülən 271 - 285 qədər, 770 xəbərdən