Xəbərlər

Yahoo! və Facebook patent mübahisələrini həll ediblər

09-Jul-12 14:21.

Yahoo! və Facebook patent mübahisələrini həll ediblər

Yahoo! və Facebook şirkətləri reklam sahəsində strateji əməkdaşlıq və patentdən istifadəyə dair qarşılıqlı iddialardan imtina edildiyini elan ediblər. 
Sazişə uyğun olaraq şirkətlər mübahisəli patentlər üçün bir-birinə lisenziyanın verilməsi, eləcə də reklam satışı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Bundan başqa, saziş iki internet nəhənginin servislərinin daha sıx inteqrasiyasını nəzərdə tutur, Lenta

Bazar ertəsi yüz minlərlə istifadəçi internetsiz qala bilər

06-Jul-12 14:55.

Bazar ertəsi yüz minlərlə istifadəçi internetsiz qala bilər

Bazar ertəsi, iyulun 9-da dünyada bir neçə yüz min istifadəçi internetə çıxışdan məhrum ola bilər. Həmin gün  ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) DNS Changer virusuna yoluxan kompüterlərə xidmət göstərən müvəqqəti DNS-serverləri şəbəkədən ayıracaq. Bu, ümumilikdə dünya üzrə 300 mindən çox istifadəçiyə aid ola bilər.  
Ötən ilin noyabrında FTB əməkdaşları altı Estoniya vətəndaşını internet şəbəkəsində fırıldaqçılıqda və dünyada minlərlə kompüterin DNS Changer virusuna yoluxdurmaqda şübhəli bilərək həbs edib.

Google Galaxy Nexus-un məhkəmə qadağasını proqram təminatını yeniləməklə aradan qaldıracaq

05-Jul-12 14:25.

Google Galaxy Nexus-un məhkəmə qadağasını proqram təminatını yeniləməklə aradan qaldıracaq

Google şirkəti Apple-a məxsus patent hüququnun pozulması ilə bağlı ittihamı aradan qaldırmaq məqsədilə Galaxy Nexus smartfonu üçün proqram təminatının yenilənmiş variantını buraxacaq.
Proqram təminatının yenilənməsi aparat ekranında yerləşən sürətli axtarış panelinə aid olacaq. İstifadəçilər bundan sonra onun köməyi ilə smartfondakı məlumatların axtarışını edə bilməyəcəklər. Bunun əvəzində isə yalnız internetdəki nəticələri tapmaq mümkün olacaq.

Android əsaslı smartfonlar gözdən əlillərə olduğu yeri müəyyənləşdirməyə kömək edəcək

04-Jul-12 13:57.

Android əsaslı smartfonlar gözdən əlillərə olduğu yeri müəyyənləşdirməyə kömək edəcək

Fujitsu şirkəti və Yaponiya Milli İnformasiya Texnologiyaları və Rabitə İnstitutu (NICT) gözdən əlillərə və görmə qabiliyyəti zəif olanlara olduğu yerin səmtini müəyyən etməyə kömək edəcək sistem yaradıblar.
Sistem bina, mobil stansiya (stansiyanın biri istifadəçidə, qalanı təyinat məntəqələrində olur), Android əməliyyat sisteminin əsasında işləyən kompüter və smartfonlarda yerləşdirilən baza stansiyalarından ibarətdir.

Nazir SIVECO şirkətinin prezidenti ilə görüşüb

03-Jul-12 14:59.

Nazir SIVECO şirkətinin prezidenti ilə görüşüb

İyulun 2-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın SIVECO şirkətinin prezidenti xanım İrina Sokolla görüşüb. Görüşdə Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə qonağa ətraflı məlumat verərək son illər İKT sektorunda Rumıniya ilə əlaqələrin daha da genişləndiyini bildirib və birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Elektron dərslər” layihəsini yüksək qiymətləndirib, eləcə də layihənin II mərhələsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.    

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

02-Jul-12 14:05.

RİTN yeni e-xidmətlərin tətbiqinə başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası məqsədilə yeni elektron xidmətlərin tətbiqinə başlayıb.
Bu elektron xidmətlər nazirlik tərəfindən qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdı­rılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

Görülən 265 - 270 qədər, 394 xəbərdən