Xəbərlər
RİTN-nin 2012-ci ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi
17-Jul-12 16:59.
RİTN-nin 2012-ci ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır, siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin maddi rifah halı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xəttini qeyri-neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar yaratmaqdır. Yahoo! 450 min parolun sızdığı boşluğu aradan qaldırıb
16-Jul-12 14:45.
Yahoo! 450 min parolun sızdığı boşluğu aradan qaldırıb
Yahoo! internet-şirkəti hakerlərə 450 mindən çox istifadəçinin login və parolunu oğurlamağa imkan verən boşluqların mütəxəssislər tərəfindən aradan qaldırıldığını açıqlayıb.
Şirkət onu da bildirib ki, istifadəçilərin xəbərdar edilməsinə və gələcəkdə belə insidentlərin baş verməməsinə istiqamətlənən əlavə tədbirlər görüb. Eyni zamanda Yahoo! nümayəndələri hücuma aid konkret məlumat verməkdən, eləcə də hücumun kim tərəfindən və nə vaxt edildiyini açıqlamaqdan imtina ediblər, Cybersecurity yazır. Azərmarka 20 illiyi yubiley marka buraxmaqla qeyd edib
13-Jul-12 11:52.
Azərmarka 20 illiyi yubiley marka buraxmaqla qeyd edib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti 20 illik yubileyinə həsr edilmiş markanı dövriyyəyə buraxıb. Marka üzərində yubiley tarixinə həsr edilən xüsusi loqotip təsvir olunub. Həmçinin suvenir vərəqin sağında və solunda şirkətin 10 və 15 illiyi münasibətilə buraxılan markalar təsvir edilib. Yeni markanın nominal dəyəri 1 manata, tirajı 15 min suvenir vərəqə bərabərdir. RİTN-də “elektron hökumət” üzrə seminar keçirilib
12-Jul-12 14:16.
RİTN-də “elektron hökumət” üzrə seminar keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Koreya Respublikası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “elektron hökumət” mövzusuna həsr olunmuş seminar keçirilib. Seminarda Koreya tərəfindən Xarici İşlər və Ticarət Nazirliyinin 3-cü katibi xanım Jung Ji-Seungun və Hökumətin innovasiyası və mərkəzləşdirilməsi üzrə prezident yanında Elektron hökumət komitəsinin üzvü və əsas məsləhətçisi, Cunbuq Dövlət Universitetinin professoru Kim Sanq-Ookun rəhbərliyi ilə informasiya texnologiyaları mütəxəssislərdən ibarət nümayəndə heyəti, Azərbaycandan isə dövlət qurumlarının nümayəndələri iştirak edib.
Intel yarımkeçirici avadanlıq istehsalçısına 4,1 milyard dollar sərmayə yatıracaq
11-Jul-12 11:20.
Intel yarımkeçirici avadanlıq istehsalçısına 4,1 milyard dollar sərmayə yatıracaq
Intel korporasiyası çip istehsalı prosesində yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi məqsədilə Niderlandın yarımkeçiricilərin buraxılışı üzrə avadanlıq istehsalçısı ASML Holding NV şirkətinə təxminən 4,1 milyard dollar sərmayə yatıracaq.
Sazişin şərtlərinə əsasən, Intel ilkin olaraq Niderland şirkətinin səhmlərinin 10 faizini, daha sonra 5 faizini müvafiq olaraq 2,1 milyard və 1 milyard dollara alacaq. “Elektron Naxçıvan” illik beynəlxalq simpoziumu keçirilib
10-Jul-12 14:16.
“Elektron Naxçıvan” illik beynəlxalq simpoziumu keçirilib |