Xəbərlər

Nazir Dünya İqtisadi Forumunun “Yay Davosu” Forumunda iştirak edəcək

09-Sep-13 15:16.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun 10-13 sentyabr tarixlərində Çin Xalq Respublikasının Dalian şəhərində keçiriləcək illik “Yay Davosu” Forumunda iştirak edəcək.

Nazir Əli Abbasov Forum çərçivəsində keçiriləcək “Rəqəmli İqtisadiyyatı Qorumalı”, “22-ci Əsrin İpək Yolunu Yenidən Kəşf Edərkən” mövzularında keçiriləcək sessiyalarda məruzəçi qismində, “İqtisadi Artım üçün Yeni Sərhədlərin Yaradılması” mövzusunda keçiriləcək xüsusi iclasda və digər sessiyalarda iştirak edəcək, həmçinin bir sıra ölkələrin sahə nazirləri, informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Biometrik texnologiyalar - daha etibarlı, təhlükəsiz

09-Sep-13 10:38.
Təhlükəsizliyin təmin olunması üçün yaradılan biometrik sistemlər 11 sentyabr 2001-ci ilə qədər yalnız hərbi sirlərin və ən əhəmiyyətli ticarət informasiyasının müdafiəsi üçün istifadə olunurdu. Bütün dünyanı silkələmiş terror aktından sonra isə vəziyyət kəskin dəyişdi.

İnkişafa “səbəb” olan terror
Əvvəllər biometrik sistemlərlə ilk növbədə aeroportlar, böyük ticarət mərkəzləri, eyni zamanda insanların daha gur olduqları başqa məkanlar təchiz edilirdi. Sonradan bu sahəyə artan tələbat tədqiqatların genişləndirilməsi və yeni qurğuların, daha müasir texnologiyaların yaranmasına gətirib çıxardı.



RİTN-in dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb

06-Sep-13 14:02.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə bəndlərin icrasını davam etdirir.

Tədbirlər Planında 22-ci bənd üzrə “Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi” nəzərdə tutulur. “Vikipedia”da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.


Yaxın zamanlarda internetin qiymətləri növbəti dəfə aşağı salınacaq

06-Sep-13 11:02.
"İnternetin qiymətlərinin aşağı salınması siyasəti davam etdiriləcək". Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, yaxın zamanlarda internetin qiymətlərinin növbəti dəfə aşağı salınması baş verəcək. O, bu layihənin "İKT ili" ilə bağlı həyata keçirilən Tədbirlər Planında da nəzərdə tutulduğunu bildirdi.







Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə qrant müsabiqəsi elan edib

05-Sep-13 14:54.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə tədbirlər həyata keçirəcək.

Elmin İnkişafı Fondu 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edib.

“e-gov.az” portalı vasitəsilə təqdim edilən xidmətlərin icrasına nəzarət gücləndiriləcək

05-Sep-13 11:47.
Bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması isə “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, daha çox hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.




“Google” qeydiyyata alınmasının 15 illiyini qeyd edir

04-Sep-13 14:24.
Nəhəng internet axtarış sistemi “Google” şirkəti bu gün qeydiyyata alınmasının 15 illiyini qeyd edir. Şirkət 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatının Menlo-Park şəhərində Stenford Universitetində tanış olan Sergey Brin və Lari Peyc tərəfindən qeydiyyatdan keçirilib.

Artıq 1996-cı ildə onlar tədris layihəsi kimi sonradan “Google” sisteminin əsasını təşkil edəcək “BackRub” adlı axtarış sistemi texnologiyasını yaradıblar. “Google” adı 100 sıfırlı rəqəmi bildirən "googol" riyazi terminin dəyişdirilmiş variantından götürülb.

Şirkətin ilk investoru proqram və aparat təminatı istehsalçısı, 2010-cu ildə fəaliyyətini dayandıran “Sun Microsystems” şirkətinin həmtəsisçisi Endi Behtolşteym hesab edilə bilər. Belə ki, o, hələ mövcud olmayan şirkətə 100 min dollar məbləğində investisiya yatırıb.

İlk biometrik pasport İlham Əliyevə təqdim edildi

04-Sep-13 09:35.
Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub.

Bakıda və regionlarda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, dövlət idarələrində digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür..




Nazir ABŞ-a səfər edəcək

03-Sep-13 10:52.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 4-5 sentyabr tarixlərində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq. 67-ci sessiyada nazir Əli Abbasov, BMT Baş Assambleyasının prezidenti cənab Vuk Jeremich, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Baş katibinin müavini cənab Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.




“Elektron hökumət” portalına 6 yeni xidmət daxil edilib

02-Sep-13 15:10.
Dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqdadır. Artıq Mərkəzi Seçki Komissiyasının (MSK) altı xidməti də “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. Bu xidmətlərə “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”, “Dairə və məntəqə ünvanlarının axtarışı”, “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”,“Onlayn müraciət”, “Seçici siyahısı üçün məlumatların daxil edilməsi”, “Seçici ünvanına görə dairə və məntəqənin axtarışı” daxildir.

MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad, və ata adı üzrə dairə və məntəqələrin, dairə və məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə və məntəqənin, dairə və məntəqələrin xəritə üzrə axtarışlarını və seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.

RİTN İnformasiya Texnologiyaları Universitetinin ilk tələbələrinə “Notebook” hədiyyə edib

02-Sep-13 10:26.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 600-dən yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş hər bir abituriyentə "Notebook" hədiyyə edib.

Hədiyyələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla universitetin ilk tələbələri arasında keçirilən görüşdə təqdim edilib..

Qeyd edək ki, nazirliyin İTU tələbələri üçün hazırladığı hədiyyələr bununla məhdudlaşmır. Belə ki, bu təhsil müəssisəsini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan bir sıra üstünlüklərə də malik olacaqlar.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

30-Aug-13 14:38.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son 10 ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunduğunu qeyd edib.

Nazir ölkə başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıraraq, “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsini, sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin (İTU) yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

29-Aug-13 15:27.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında yeni Sərəncam imzalamışdır. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012, № 4, maddə 365, № 6, maddə 555) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nun mətni aşağıdakı redaksiyada verilsin:

1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar).

İKT üzrə statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üzrə müzakirələr aparılır

29-Aug-13 13:37.
Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (RITN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə tədbirlərin icrasını davam etdirir. Tədbirlər Planında yer alan “İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi bəndi” üzrə işlər həyata keçirilir.

Bu bəndə müvafiq olaraq, cari il ərzində Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təsdiq olunmuş İKT üzrə hesabat formalarının təkmilləşdirilməsi məqsədilə rəsmi statistik hesabat formalarına dair təkliflər hazırlanaraq DSK-ya təqdim olunub.

2012-ci ilin yekunlarına görə, ölkədə İKT-nin tətbiq səviyyəsinin ölçülməsi üçün DSK tərəfindən cari ilin fevral-mart aylarında ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə müşahidə keçirilib...

İnternet cəmiyyəti qlobal şəbəkədə izlənmə ilə mübarizə üçün texnologiya hazırlayacaq

28-Aug-13 13:52.
Nəhəng internet tərtibatçıları ABŞ və Böyük Britaniya tərəfindən istifadə olunan izləmə proqramlarına qarşı mübarizə aparmaq niyyətindədir. Belə ki, internet standartlarının işlənməsi ilə məşğul olan İnternet Mühəndis Şurası (Internet Engineering Task Force, IETF) internet səhifələrinin və brauzerlərin mübadilə etdiyi bütün məlumatları şifrləməyi düşünür.

Praktikada “IETF” bank və elektron ticarət mağazalarının öz müştərilərini qorumaq üçün istifadə etdikləri təhlükəsiz rabitə mexanizmini tətbiq etmək istəyir. Hazırda plan işlənmə mərhələsindədir, “IETF” nümayəndələri internet istifadəçilərini hökumət və dövlət şirkətləri tərəfindən izlənməkdən mühafizə etmək əzmindədirlər.


Görülən 256 - 270 qədər, 770 xəbərdən