Xəbərlər

Samsung Galaxy Note smartfonunun yeni modelini nümayiş etdirib

30-Aug-12 12:56.

Samsung Galaxy Note smartfonunun yeni modelini nümayiş etdirib

Koreyanın Samsung şirkəti avqustun 29-da Berlində keçirilən IFA beynəlxalq məişət elektronikası sərgisi çərçivəsində Galaxy Note II smartfonunu təqdim edib.
Yeni Galaxy Note əvvəlki modellə müqayisədə bir qədər nazik və uzadılmış olmaqla 1300 milliamper/saatlıq daha böyük tutumlu akkumulyatora malikdir. Smartfonda 5,5 düym diaqonallı və 1280x720 meqapiksel təsvir ölçülü Super HD AMOLED ekrandan istifadə olunur. Bundan başqa, aparat 3G və LTE şəbəkələrinə də qoşula bilir.

IBM Kenexa şirkətinin alınmasına 1,3 milyard dollar ödəyəcək

29-Aug-12 12:10.

IBM Kenexa şirkətinin alınmasına 1,3 milyard dollar ödəyəcək

IBM korporasiyası işçi heyətinin idarə edilməsi üzrə alətlərin hazırlanmasında ixtisaslaşan Kenexa şirkətinin alınmasına dair sazişin imzalandığını elan edib. Kenexa-nın proqram həlləri korporativ sifarişçilərə kadrların seçilməsində, əmək məhsuldarlığının optimallaşdırılması ilə əlaqədar məsələlərin həllində kömək edir. Şirkətin əczaçılıq, maliyyə servisləri, pərakəndə satış sahələri daxil olmaqla müxtəlif biznes-sahələrdə 8 900-ə yaxın müştərisi var. Kenexa-nın xidmətlərindən Fortune 500 reytinqinə daxil olan şirkətlərin yarısı istifadə edir.

Apple-ın səhmləri tarixi maksimum həddini yeniləyib

28-Aug-12 12:33.

Apple-ın səhmləri tarixi maksimum həddini yeniləyib

Apple şirkətinin səhmlərinin dəyəri məhkəmənin Samsung ilə patent mübahisəsinə dair qərarından sonra tarixi maksimum həddini yeniləyib.    
Hərracların başlanğıcında Apple-ın səhmlərinin dəyəri 1,8 faiz artıb və hazırda səhmdarlar tərəfindən şirkətə məxsus bir səhmin qiyməti təxminən 675,13 dollar qiymətləndirilir. Beləliklə, dünyanın nəhəng şirkətinin dəyəri 633 milyard dollar təşkil edir.    
ABŞ istehsalçısının əvvəlki tarixi maksimum həddi bir səhm üçün 674 dollar olub.

Samsung-un səhmlərinin dəyəri məhkəmənin Apple ilə patent mübahisəsinə dair qərarından sonra azalıb

27-Aug-12 12:18.

Samsung-un səhmlərinin dəyəri məhkəmənin Apple ilə patent mübahisəsinə dair qərarından sonra azalıb

Samsung şirkətinin səhmlərinin dəyəri bazar ertəsi, avqustun 27-də Seul birjasında keçirilən hərracların ilk saatında 7,7 faiz aşağı düşüb. Koreya istehsalçısının səhmlərinin dəyərində 2008-ci ilin oktyabrından bəri ilk dəfə azalma müşahidə olunub.
Samsung-un səhmlərinin dəyərinin kəskin azalması cümə günü gecə, avqustun 24-də Cənubi Koreya şirkəti və Apple arasında patent mübahisəsini araşdıran Kaliforniya ştatının San-Hose Məhkəməsi ABŞ istehsalçısının xeyrinə qərar çıxardıqdan sonra baş verib, Lenta yazır.

Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunub

24-Aug-12 12:08.

Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemlə görüşüb.  
Ölkəmizdəki diplomatik missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində mövcud əlaqələri yüksək qiymətləndirərək əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərin artırılacağına əminliyini vurğulayıb.

Facebook şirkətinə Instagram-ı almağa icazə verilib

24-Aug-12 09:16.

Facebook şirkətinə Instagram-ı almağa icazə verilib

ABŞ Federal Ticarət Komissiyası Facebook sosial şəbəkəsi tərəfindən Instagram şirkətinin alınmasına dair sövdələşməni bəyənərək sazişin həyata keçirilməsinə mane olmayacağını bəyan edib. Bununla da dünyanın iri sosial şəbəkəsi populyar fotoservisin alınmasına bir addım yaxınlaşıb.
Xatırladaq ki, cari ilin aprelində, səhmlərin buraxılmasına bir ay qalmış Facebook Instagram-ı 1 milyard dollara alacağını elan edib.  

Görülən 229 - 234 qədər, 394 xəbərdən