Xəbərlər
Çin Azərbaycanın kosmik layihələrində iştirakda maraqlıdır
07-Sep-12 18:05.
Çin Azərbaycanın kosmik layihələrində iştirakda maraqlıdır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin Kosmik Texnologiya Akademiyasının və “Böyük Səd” sənaye korporasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Çinlə Azərbaycan arasında qurulan əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. İki ölkə arasında telekommunikasiya sahəsində münasibətlərin daha da inkişaf etdiyini vurğulayan nazir müavini deyib ki, kosmik sənaye üzrə əməkdaşlıq əlaqələri yeni yaranır.
Elektron sənəd dövriyyəsinə keçid sənədlərlə işin innovasiyalı texnologiyalar əsasında qurulmasıdır
07-Sep-12 08:49.
Elektron sənəd dövriyyəsinə keçid sənədlərlə işin innovasiyalı texnologiyalar əsasında qurulmasıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə" təsdiq edilmiş və dövlət başçısının həmin gün imzaladığı Sərəncamla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunda dəyişiklik edilərək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin tərkibində Elektron sənəd dövriyyəsinin təşkili sektoru yaradılmışdır.
Azərbaycan Prezidenti idarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməni təsdiq edib
05-Sep-12 11:33.
Azərbaycan Prezidenti idarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnaməni təsdiq edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib
05-Sep-12 11:28.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib
Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.
Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər. |