Xəbərlər

Azərbaycan Prezidenti: XXI əsr yüksək texnologiyalar əsridir

17-Sep-12 15:58.

Azərbaycan Prezidenti: XXI əsr yüksək texnologiyalar əsridir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də “Bilik Günü”ndə Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli məktəbin açılışında iştirak edib.
Prezident nitqində uşaqları “Bilik Günü” münasibətilə təbrik edərkən müasir texnologiyalara toxunaraq deyib: “Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir.

Rabitə və informasiya texnologiyaları naziri Dünya İqtisadi Forumunun Regional Sammitində iştirak edib

14-Sep-12 12:44.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib. Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib. 

Televiziya bazarının həcmi azalmaqda davam edir

13-Sep-12 14:48.


NPD DisplaySearch tədqiqat şirkəti dünya televiziya bazarının ikinci rübdə ardıcıl olaraq azalmaqda davam etdiyini bildirib. Şirkətin məlumatına əsasən, ikinci rübdə dünya bazarında 51,6 milyon yeni televizor satılıb ki, bu da ötən ilin analoji dövründən 8 faiz azdır.  

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

12-Sep-12 20:57.
Sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. 
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu”nu imzalayıblar. 

Bu il İT-xərclər 6 faiz artacaq

11-Sep-12 19:41.
IDC analitik şirkəti 2012-ci ildə dünya üzrə informasiya texnologiyaları xərclərinin 6 faiz artaraq təxminən 2 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır.  
Telekommunikasiya servislərinə çəkilən xərclər nəzərə alınmaqla dünya bazarının həcmi 3,6 trilyon dollara çata bilər ki, bu da 2011-ci illə müqayisədə 5 faizlik artıma bərabər olacaq.


Rabitə və informasiya texnologiyaları naziri Çində səfərdədir

10-Sep-12 11:44.

Rabitə və informasiya texnologiyaları naziri Çində səfərdədir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun direktoru Borge Brendenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir. Səfər cari ilin 10-13 sentyabr tarixlərində Çinin Tiancin şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində Azərbaycanı təmsil etmək məqsədi daşıyır.

Görülən 217 - 222 qədər, 394 xəbərdən