Xəbərlər

19-cu “Bakutel” sərgi və konfransında təşkil olunacaq tədbirlərin tarixləri müəyyənləşib

31-Oct-13 12:50.
2013-cü ilin birinci yarısının sonuna dünyada “IPTV” servisi abunəçilərinin sayı 87,2 milyona çatıb. Ötən 12 ay ərzində dünyada “IPTV” abunəçilərinin sayı 24 faiz artıb, xalis artım isə 17 milyon istifadəçi təşkil edib. Bu məlumatları “Point Topic” şirkətinin analitikləri açıqlayıb.

Tədqiqat müəlliflərinin fikrincə, Şimali Amerika, Qərbi Avropa və Asiyada “IPTV” servisi bazarının artım tempi inkişaf etməkdə olan Şərqi Avropa, Cənubi Amerika və Mərkəzi Amerika və Okeaniya regionları ilə müqayisədə daha ləng gedir.

2013-cü ilin ortalarında dünyanın “IPTV” abunəçilərinin yarıdan çoxu Asiya, üçdə iki hissəsindən çoxu isə Çin sakinləri olub. Maraqlıdır ki, “IPTV” bazasının artım dinamikasının mənfi olduğu ölkələrə də rast gəlinib. Bunlar bu yaxınlarda “Yahoo!” şirkətinin yerli “IPTV” servisinin fəaliyyətini dayandırdığı Yaponiya, eləcə də İspaniya və İtaliyadır.

BTİ yeni vakansiya elan edir

30-Oct-13 12:08.

Beynəlxalq Telekommunikasiya İttifaqı  (BTİ) İKT-nin Tətbiqi və Kibertəhlükəsizlik bölməsinin rəhbəri postunun tutulması barədə vakansiya elan edir

Namizədlərə verilən tələblər:

Təhsil:

Telekommunikasiya, informatika, yaxud mühəndislik və s. uyğun texniki sahələr üzrə  ali təhsil və  yaxud qeyd olunan  sahələrdən biri üzrə universitet dərəcəsinə bərabər tanınmış ali təhsil müəssisəsinin diplomu.

Dünyada “IPTV” servisi abunəçilərinin sayı 87,2 milyona çatıb

29-Oct-13 14:04.
2013-cü ilin birinci yarısının sonuna dünyada “IPTV” servisi abunəçilərinin sayı 87,2 milyona çatıb. Ötən 12 ay ərzində dünyada “IPTV” abunəçilərinin sayı 24 faiz artıb, xalis artım isə 17 milyon istifadəçi təşkil edib. Bu məlumatları “Point Topic” şirkətinin analitikləri açıqlayıb.

Tədqiqat müəlliflərinin fikrincə, Şimali Amerika, Qərbi Avropa və Asiyada “IPTV” servisi bazarının artım tempi inkişaf etməkdə olan Şərqi Avropa, Cənubi Amerika və Mərkəzi Amerika və Okeaniya regionları ilə müqayisədə daha ləng gedir.

2013-cü ilin ortalarında dünyanın “IPTV” abunəçilərinin yarıdan çoxu Asiya, üçdə iki hissəsindən çoxu isə Çin sakinləri olub. Maraqlıdır ki, “IPTV” bazasının artım dinamikasının mənfi olduğu ölkələrə də rast gəlinib. Bunlar bu yaxınlarda “Yahoo!” şirkətinin yerli “IPTV” servisinin fəaliyyətini dayandırdığı Yaponiya, eləcə də İspaniya və İtaliyadır.

Kitabxanalar simsiz internetlə təchiz olunacaq

28-Oct-13 12:23.
“Azərbaycanın kitabxanalarında simsiz internet olacaq. Hazırda biz kitabxanalarda “wi-fi” şəbəkəsinin yaradılması üzərində işləyirik. Düşünürəm ki, bu layihəni yaxın vaxtlarda həyata keçirə biləcəyik”.

Bu barədə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda regionlarda mövcud imkanlar bu tədbirləri həyata keçirməyə əsas verir:

“Bizim regionlarımızdakı kitabxana-informasiya mərkəzlərində bu imkanlar mövcuddur. Artıq Bakının bir neçə kitabxanasında bu işə başlamışıq və bunu genişləndirəcəyik. Nəinki kitabxanalar internetlə təmin olunmalıdır, biz hesab edirik ki, onlar yalnız kitabxana funksiyasını daşımamalıdırlar. Kitabxanalar eyni zamanda kitab klubları olmalıdır, insanlar həmin məkanlarda görüşüb fikir mübadiləsi aparmalıdırlar”.

Azərbaycanda ən çox hansı şirkətin smartfonlarına tələbat var?

28-Oct-13 12:06.
Azərbaycan mobil telefon bazarında “Nokia” şirkətinin bazar payı bu ilin yanvar-sentyabr aylarında 21,8%-dən çox azalıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin bazar payı 36%-dək azalıb.

Buna baxmayaraq, hazırda bu şirkətin telefon satışları lider mövqeyini itirmir və ölkənin mobil qurğu bazarında 36,79% təşkil edir. Avqust göstəriciləri ilə müqayisədə, sentyabrda “Nokia”nın bazar payı 4,4% artıb.

“Global Stats”ın proqnozlarına əsasən, sentyabrda “Samsung”un bazar payının 2,5% azalması müşahidə olunub. Buna baxmayaraq koreyalı istehsalçılar mobil qurğularına olan tələbata əsasən, 29,95% bazar payı ilə ikinci yerdə qərarlaşıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vətəndaşlara elektron müraciətlərin icrasının yoxlanılmasına imkan yaradıb

25-Oct-13 13:03.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə vətəndaşlara elektron müraciətlərin icra vəziyyətinin yoxlanılmasına imkan yaradıb.

Belə ki, RİTN-in portal vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətləri arasında “Elektron sifarişlərin icra olunması barədə məlumat” adlı xidmət yer alır. Xidmət vasitəsilə vətəndaşın PİN koduna uyğun e-ərizələrin icra olunması barədə məlumat almaq mümkündür.

Bunun üçün “Elektron hökumət” portalına daxil olub, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Elektron sifarişlərin icra olunması barədə məlumat” xidmətinin adı seçilməlidir.

2017-ci ilədək dünyada “LTE” şəbəkəsi abunəçilərinin sayı 9 dəfə artacaq

24-Oct-13 11:24.
2017-ci ilədək dünyada “LTE” dördüncü nəsil rabitə standartı abunəçilərinin sayı 900 milyona çatacaq. Bu barədə proqnoz telekommunikasiya və İT bazarında ixtisaslaşan “J’son & Partners Consulting” şirkəti tərəfindən verilib.

Tədqiqata əsasən, 2012-ci ildə operatorların “LTE” şəbəkəsi infrastrukturuna ümumi xərcləri 8,7 milyard dollar dəyərində qiymətləndirilib, 2013-cü ilin mayına abunəçilərin sayı 100 milyon nəfər təşkil edib. Proqnozlara görə, 2013-cü ildə xərclərin həcmi 24,3 milyard dollaradək, 2015-ci ildə 36,1 milyard dollaradək artacaq. 2013-cü il sentyabrın əvvəlinə olan vəziyyətə görə, dünyanın 81 ölkəsində 213 “LTE” kommersiya şəbəkəsi fəaliyyət göstərib. Proqnozlara əsasən, 2017-ci ilədək dünyanın 120 ölkəsində artıq 400 şəbəkə mövcud olacaq.

Analitiklərin fikrincə, operatorlar mobil OTT-servislərinin (multimedia kontentinin çatdırılması texnologiyası) populyarlığının artması, dövlətlərin tənzimləyici orqanları tərəfindən təzyiqlərin güclənməsi və iqtisadi vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar gəlirlərdə itkilərin qarşısını almaq məcburiyyəti ilə üzləşəcəklər.

Azərbaycan nümayəndə heyəti 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir

23-Oct-13 13:07.
Azərbaycan nümayəndə heyəti Balidə (İndoneziya) keçirilən “Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu” mövzusunda 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir.

Oktyabrın 22-də baş tutan açılış mərasimində, 7-ci “IGF” toplantısına ev sahibliyi etmiş Azərbaycanı təmsil edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

Elmir Vəlizadə çıxışında indiyədək keçirilmiş toplantılar arasında öz nəticələrinə görə ən yüksək göstəriciləri olan Bakı toplantısının “IGF” prosesinə müsbət töhfə verdiyini vurğulayıb. Nazir müavini İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb. E. Vəlizadə “IGF - Bakı” toplantısından sonra ölkədə bu sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkənin ilk telekommunikasiya peykini orbitə çıxarması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılmasını, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlamasını diqqətə çatdırıb.

Telefon və digər rabitə xidmətlərinin tariflərinin aşağı salınması ilə bağlı təkliflər verilib

22-Oct-13 12:29.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) telefon və digər rabitə xidmətlərinin tariflərinə yenidən baxılması üçün tarif paketi hazırlanıb. Qiymətlərin aşağı salınması ilə bağlı hazırlanan təkliflər Tarif Şurasına təqdim edilib. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında məlumat verib. Nazir qeyd edib ki, təkliflər şəbəkələrin səmərəliliyi, təhlükəsizliyinin artırılmasına, eyni zamanda yeni xidmətlərin göstərilməsinə təkan verəcək.

Qeyd edək ki, sözügedən tədbirlər “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı”nda da əks olunub. Belə ki, Tədbirlər Planında “Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya də­yə­rinə uyğunlaşdırılması üzrə tədbirlə­rin görülməsi”...

Tezliklə “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış”lardan istifadə olunacaq

21-Oct-13 11:11.
Müxtəlif səbəblərlə bağlı tələb edilən arayışları əldə etmək və onları müvafiq quruma təqdim etməyin ən qısa yolu “Elektron hökumət” portalından keçir. Belə ki, portalın fəaliyyətinin təkmilləşdirilməsi üzərində işləri davam etdirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) artıq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” sistemini işləyib hazırlayıb.

Arayışın hazırlanması və verilməsi üçün əsas kimi Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının müvafiq bəndlərinə istinad edilib. Belə ki, mülkiyyətçi və ya operator ödənişsiz olaraq vətəndaşa onun haqqında məlumatları təqdim etməlidir. Həmçinin qanuna fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin - yəni vətəndaşın yazılı razılığı ilə yol verilir.


18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

18-Oct-13 10:19.
70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil elan etmişdir. Həmin aktda, həmçinin Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun sürmək hüququ təsbit olunmuşdur.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi.

“Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı 8 yeni elektron xidmət inteqrasiya edilib

17-Oct-13 11:43.
“Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı yeni elektron xidmətlər inteqrasiya edilib.

Əmək Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təqdim edilən xidmətlərə “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “ Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Ümumilikdə yeni səkkiz xidmətini portal vasitəsilə təqdim edən komitənin digər xidmətləri sırasında “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”...

RİTN-də 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib

14-Oct-13 11:37.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda 9 oktyabr prezident seçkilərində 84,55 % səslə qalib gəlmiş İlham Əliyevə qələbə münasibətilə rabitəçilər adından ünvanlanmış rəsmi təbrik məktubu oxunduqdan sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki sistemində İKT-nin tətbiqinə toxunaraq, bu addımın prosesin daha şəffaf, ədalətli və mütərəqqi qaydada keçirilməsinə yönəldiyini vurğulayıb.

Daha sonra nazir prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.


Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

14-Oct-13 09:07.

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar.
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!

3-cü rübün yekunlarını “Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti birgə təşkil olunmuş müşavirədə müzakirə etdilər.

11-Oct-13 12:47.
“Aztelekom” İB-nin “konfrans zalı”ndan canlı video-görüntü üzərindən və naqilli qoşulmaqla bütün yerli telekommunikasiya və poçt müəssisələrinə yayımlanan müşavirədə 9 ayın yekunları müzakirə olundu. “Aztelekom” İB-nin Maliyyə və İqtisadi İnkişaf şöbəsinin rəisi Faiq Cəfərov və “Azərpoçt” MMC-nin Mühasibat Uçotu və Hesabat şöbəsinin rəisi Vüqar Əfəndiyev geniş məruzələrlə çıxış etdilər. Sonra “Aztelekom” İstehsalat Birliyi və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli müəssisələrinin qarşılıqlı fəfliyyətlərinin vəziyyəti və perspektivləri müzakirə olundu.

Müşavirədə həmçinin, son günlərin ən əlamətdar hadisəsi - Azərbaycan Respublikasında Prezident seçkilərinin inkişaf etmiş ölkələrə belə nümunə olacaq qədər yüksək səviyyədə keçirilməsi, Yeni Azərbaycan partiyasının sədri İlham Əliyev cənablarının prezident seçkilərində möhtəşəm qələbəsi mövzusunda müzakirələr aparıldı.

Görülən 211 - 225 qədər, 770 xəbərdən