Xəbərlər

Apple-ın kapitallaşması 60 milyard dollar azalıb

12-Oct-12 16:59.
Apple şirkətinin kapitallaşması iPhone 5 smartfon modeli sentyabrın 21-də bir sıra ölkələrin mağazalarında satışa çıxarıldıqdan sonra təxminən 60 milyard dollar azalıb.
Hazırda şirkətin səhmlərinin qiyməti bir ədəd üçün 640,91 dollar təşkil edir ki, bu da yeni qurğunun bazara çıxarılmasına iki gün qalmış nail olunan yüksək qiymətlə müqayisədə 8,7 faiz azdır.


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

11-Oct-12 14:26.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən Prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb.

“.az” domen zonasında qeydiyyatdan keçən domenlərin sayı 16 minə yaxınlaşır

10-Oct-12 14:36.
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

"İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 15505 domen adı qeydiyyatdan keçib.
İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1898, qeydiyyata düşən domenlərin sayı isə 4216-ya bərabərdir.

HTC-in mədaxil və mənfəəti azalır

09-Oct-12 14:45.
Tayvanın HTC şirkəti cari maliyyə ilinin üçüncü rübünün yekunları üzrə hesabat açıqlayıb.
Hesabata əsasən, üç ay ərzində şirkət təxminən 2,4 milyard gəlir əldə edib ki, bu da mədaxilin 4,6 milyard dollara bərabər olduğu ötən ilki göstəricidən 48 faiz azdır.
Xalis mənfəət 80 faiz azalaraq 133,2 milyon dollar təşkil etdiyi halda bir il əvvəl Tayvan istehsalçısı 635 milyon dollara yaxın qazanc əldə etmişdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

08-Oct-12 14:09.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, o cümlədən dövlət proqramlarında RİTN-ə aid olan bəndlərin icrası ilə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib...

RİTN-də “Thomson Reuters” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

05-Oct-12 14:26.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.     
Qonaqları salamlayan nazir Əli Abbasov qeyd edib ki, 92 ölkədə 6500-dən çox elm ocağını birləşdirən “Thomson Reuters”in “Bilik şəbəkəsi” dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır. 

Görülən 199 - 204 qədər, 394 xəbərdən