Xəbərlər
Bu gün yeni İKT müsabiqəsinə start verilib
14-Nov-13 12:54.
Cari il, 5 sentyabr tarixində Elmin
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü birgə İKT üzrə mükafat müsabiqəsi keçirir. Müsabiqə çərçivəsində isə İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur. Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə onlara İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcək. Təbliğat və təşviqat işində “Nar Mobile” mobil operatoru şirkəti yaxından iştirak edəcək. İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq
14-Nov-13 12:11.
Cari il, 5 sentyabr tarixində Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə elan etdiyi 2-ci İKT qrant müsabiqəsinin nəticələri dekabr ayında açıqlanacaq. Hazırda müsabiqəyə daxil olmuş 60-dan çox layihənin elmi ekspertizası işi həyata keçirilir.
Qeyd edək ki, sözügedən müsabiqə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat xarakterli, elmi tədbirlərin təşkili və bu tipli layihələrin dəstəklənməsini nəzərdə tutur. Müsabiqənin maliyyələşdirilməsi üçün bir milyon iki yüz min manat nəzərdə tutulub. Vətəndaşların NƏZƏRİNƏ!
14-Nov-13 10:30.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayının 16-da saat 10:00-da Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Nazir Macarıstanda rəsmi səfərdə olub
13-Nov-13 13:02.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
İki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlanıb. Azərbaycanlı nazir burada yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya Universitetinin qonağı olub. Universitetin rektoru, professor Ferens Friedler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barəsində geniş məlumat verib. Pannoniya Universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları Universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilib. Sonra nazir Əli Abbasov tələbə və müəllim heyəti qarşısında "İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib. Maraqla qarşılanan mühazirədən sonra o, universitet əməkdaşlarının çoxsaylı suallarına cavab verib. Rektor Ferens Friendler akademik Əli Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirərək Pannoniya Universiteti elmi şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim edib. İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artıb
12-Nov-13 11:28.
Cari ilin üçüncü rübündə planşet kompüterlərin dünya üzrə satış həcmi ötən rüblə müqayisədə 7 faiz artaraq 47,6 milyon ədəd qurğuya çatıb. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin ilkin məlumatlarında deyilir.
Nəticə tədqiqat şirkəti nümayəndələrinin proqnozlarından bir qədər aşağı olub. Belə ki, 2012-ci ilin üçüncü rübünə nisbətdə göstərici 36,7 faiz artıb. “IDC”-nin məlumatına görə, bazarda aparıcı mövqeyi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular tutub. ABŞ-ın “Apple” şirkəti dünyanın nəhəng planşet istehsalçıları arasında lider olaraq qalır. Lakin şirkətin nə ikinci, nə də üçüncü rübdə bazara yeni qurğu çıxarmaması səbəbindən “iPad” modelinin tədarükündə ötən illə müqayisədə cüzi artım qeydə alınıb. Bununla yanaşı, ABŞ istehsalçısının bazar payı 29,6 faizlik tarixi minimuma enib. "Aztelekom" İstehsalat Birliyində perspektivli gənc mütəxəssislərlə növbəti görüş
08-Nov-13 15:26.
Regionlarda İKT sahəsi üzrə bilik səviyyələri ilə fərqlənən gənc mütəxəssislərin aşkar edilməsi, onların bilik səviyyələrinin artırılması daim "Aztelekom" İstehsalat Birliyinin rəhbərliyinin diqqəti mərkəzində olub. Fərqlənən gənc mütəxəssislər üçün "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun tövsiyyəsi ilə həm ümumi kursların keçirilməsi, həm də hər biri ilə fərdi hazırlıqların aparılması mütəmadi təmin olunur. "Aztelekom" İstehsalat Birliyinin inzibati binasında daha bir hissə modernləşdi
08-Nov-13 12:26.
Bu gün "Aztelekom" İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyasının inzibati hissəsinin yenidən qurulduqdan sonra təqdimatı keçirildi. Modern dizayn üslubunda qurulmuş iş otaqları, foye və konfrans zalı təntənəli mərasimlə istifadəyə verildi. "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov yeni inzibati hissə ilə tanışlıqdan sonra görülən işləri yüksək qiymətləndirdi.. Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir
08-Nov-13 09:20.
Müsahibimiz "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədovdur 2015-ci ilədək “Samsung” elastik displey buraxacaq
07-Nov-13 11:44.
2015-ci ilədək Cənubi Koreyanın “Samsung Electronics” şirkəti elastik displey istehsalına başlamağı düşünür. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Heyn Seulda keçirilən istehsalçının orta və uzunmüddətli planlarına həsr olunan təqdimatda bildirib.
Onun sözlərinə görə, şirkətə mobil rabitə sahəsində bəzi texnologiyaları tamamlaması üçün 2 il vaxt lazım olacaq. Vitse-prezident həmçinin şirkətin bazarda köklü dəyişikliklərə səbəb ola biləcək ən yeni texnologiyalara təchiz olunan qurğular təqdim etməyi planlaşdırdığını qeyd edərək informasiya texnologiyaları sahəsinin həndəsi tərəqqidə inkişaf potensialına malik olduğunu əlavə edib. “Samsung” 2014-cü ildə 360 milyon mobil telefon satmağı planlaşdırır
06-Nov-13 12:33.
2014-cü ilin yekunları üzrə Cənubi Koreyanın "Samsung Electronics” şirkəti 360 milyon mobil telefon satmağı planlaşdırır ki, bu da bir il əvvəl qeydə alınan göstəricidən 20 faiz çoxdur. “Galaxy S4”, “Galaxy Note” və digər bahalı smartfon modellərinin payı mobil qurğuların ümumi payının təxminən 35 faizini (126 milyon ədəd) təşkil edəcək.
Rəsmi məlumatlara görə, “Galaxy S4” modelinin satışına başlandığı 6 ay ərzində dünyada təqribən 40 milyon ədəd bu qurğudan satılıb ki, bunun da təxminən 30 milyon ədədi ilk 4 ayda satılıb. Qeyd etmək lazımdır ki, “Galaxy S3” modelinin 3 milyon ədədinin satılmasına 21 gün, 10 milyonuna isə 50 gün lazım olub.
Kanadanın Vaterloo Universiteti Azərbaycan İnformasiya Texnologiyaları Universiteti ilə əməkdaşlıq edəcək
06-Nov-13 11:00.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Kanadanın Vaterloo Universitetinin (VU) prezidenti Feridun Hamdullahpurla görüşüb. Azərbaycan prezidentinin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə diqqət çəkən nazir İKT sahəsində görülən işlər, bu sahədə aparılan islahatlar və perspektivlər barədə qonağı məlumatlandıraraq, sektorun inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Ölkəmizdə İKT sahəsinin prioritet elan edilməsini, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirən Feridun Hamdullahpur qarşılıqlı təcrübə imkanlarına da toxunub. Vaterloo Universitetində təhsil alan 30-a yaxın azərbaycanlı tələbənin əldə etdiyi göstəricilərdən məmnunluğunu ifadə edən qonaq rəhbərlik etdiyi təhsil müəssisəsində informasiya texnologiyaları, innovasiyalar sahəsində müxtəlif ixtisaslar üzrə təhsil alan gənclərin gələcəkdə öz ölkələrinin iqtisadi inkişafına töhfə verə biləcəyinə əminliyini vurğulayıb. RİTN-də “Bakutel-2013 sərgi-konfransına hazırlıq müzakirə olunub
05-Nov-13 12:07.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Bakutel-2013” telekommunikasiya sərgi-konfransı ilə bağlı qrup rəhbərlərinin növbəti hazırlıq iclası keçirilib.
İclasda Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Bakutel-2013” telekommunikasiya sərgi-konfransının ölkə, region və ümumilikdə dünya üçün kəsb etdiyi əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan sözügedən tədbirlər əhəmiyyət baxımından digərlərindən fərqlənir. 2013-cü ilin “İKT ili” olduğunu xatırladan nazir müavini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də dünyaya hərtərəfli çatdırılmasının vacibliyini qeyd edib: “Bu il keçirilən “Bakutel-2013” sərgisi mahiyyət və tərkib baxımından da fərqlənir. “Bakutel” çərçivəsində 12-yə yaxın paralel tədbirin keçirilməsi planlaşdırılıb. Bununla belə, çox əhəmiyyətli bir mövzuda – kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş konfrans keçiriləcək. “HP” şirkəti bazara yeni brend çıxarıb
04-Nov-13 20:03.
ABŞ-ın "Hewlett-Packard” (HP) kompüter istehsalçısı 2002-ci ildə satın aldığı “Compaq” şirkətinin eyniadlı brendini bazara qaytarıb.
Bu əmtəə nişanı ilə bir vaxtlar satışdan çıxarılan noutbuklar istehsal olunub, lakin indi Çin bazarında satılan ucuz planşet kompüterlər bu brendlə təqdim edilir. Təqdim olunan “Compaq 7”, “Compaq 7+” və “Compaq 8” modelləri dördnüvəli “Allwinner A31S” prosessoru və “Android 4.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğular həmçinin 8 və ya 16 giqabaytlıq quraşdırılmış və 1 giqabaytlıq operativ yaddaşla təchiz olunub. Bundan başqa, “Compaq 7” və “Compaq 7+” planşetləri 1024х600 piksel təsvir ölçülü 7 düymlük displeyə malikdir. Ekranlar matrisaları ilə fərqlənir, belə ki, “Compaq 7”-də “TN” texnologiyasından, digərində daha təkmil “IPS”-dən istifadə edilib. “Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib
04-Nov-13 17:59.
“Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə göndərilmiş arayışları əldə etməyin və onları müvafiq quruma təqdim etməyin qısa yolu portala əlavə edilmiş “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və “Portal üzərindən verilən arayışların yoxlanılması” adlı elektron xidmətlərdən keçir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycanda internet tam azaddır”
01-Nov-13 11:52.
"Yüksək texnologiyalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilibdir. Birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır. Bu gün "Azərspace-1" Azərbaycan peyki dövlətimizə, xalqımıza xidmət edir. Bu gün internet texnologiyalarının inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu, böyük üstünlüyümüzdür. Qeyd etməliyəm ki, Azərbaycanda internet tam azaddır və əhalimizin 70 faizi internet istifadəçisidir. Belə olan halda azad medianın inkişafı əlbəttə ki, əsas şərtdir".Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üçüncü Beynəlxalq Humanitar Forumun açılış mərasimindəki nitqindən. Görülən 196 - 210 qədər, 770 xəbərdən |