Xəbərlər

Region telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqi genişləndirilir

18-Oct-12 16:18.
Regionlarda – telekommunikasiya qovşaqlarının xidmət  ərazilərində  informasiya  texnologiyalarının  tətbiqinin  genişləndirilməsi, rayon  mərkəzləri,  şəhərlər  və  qəsəbələrlə  yanaşı,  kənd  yaşayış  məntəqələrində  də  əhalinin  genişzolaqlı  internet  xidmətlərindən  istifadəsi  məqsədilə “Aztelekom” İstehsalat Birliyinin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi  işlənib  hazırlanıb.

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü

18-Oct-12 16:02.
Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı.

ITU WORLD TELECOM 2012-də Azərbaycanın təşəbbüsü yüksək qiymətləndirilib

17-Oct-12 17:57.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ITU WORLD TELECOM 2012 beynəlxalq sərgi və konfransı keçirilib. 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Həmadan Ture və Burkino-Faso Respublikasının Prezidenti Bleis Kompeao başda olmaqla ali qonaqlar Azərbaycan pavilyonuna gələrək ölkəmizdə həyata keçirilən layihələrlə yaxından tanış olublar, Azərbaycan stendini və burada nümayiş olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsul və həllərini, eləcə də təşəbbüsləri yüksək qiymətləndiriblər.           

Intel-in rüblük mənfəəti 14 faiz azalıb

17-Oct-12 15:09.
Intel korporasiyası sentyabrın 29-da başa çatmış üçüncü maliyyə rübündə görülən işlərə dair hesabat açıqlayıb.  
Üçaylıq müddət ərzində mədaxil 13,46 milyard dollar təşkil edib ki, bu da şirkətin 14,23 milyard dollar gəlir əldə etdiyi ötən ilki göstəricidən 5,5 faiz azdır.
Müştəri platformaları seqmenti 8,6 milyard dollara yaxın qazanc gətirib. Bu, 2011-ci ilin üçüncü rübü ilə müqayisədə 8 faiz aşağıdır. Məlumat emalı mərkəzləri üçün nəzərdə tutulan avadanlıqların satışından əldə olunan mədaxil 2,7 milyard dollar olub ki, bu da illik hesablamada 6 faiz çoxdur, rüblükdə isə 5 faiz azdır.

BTİ yenidən Azərbaycanı İKT-nin inkişafı üzrə ən sürətli inkişaf edən ölkələr sırasına daxil edib

16-Oct-12 14:11.
Azərbaycan 2011-ci il üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində beş pillə irəliləyərək 73-cü yerdən 68-ci yerə yüksəlib.    
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib. İKT-nin inkişafı indeksində 155 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır, eləcə də 2010-2011-ci illər üzrə göstəricilər müqayisə edilir.

Dünyada 6 milyard mobil telefon istifadəçisi var

15-Oct-12 15:31.
Apple şirkətinin kapitallaşması iPhone 5 smartfon modeli sentyabrın 21-də bir sıra ölkələrin mağazalarında satışa çıxarıldıqdan sonra təxminən 60 milyard dollar azalıb.
Hazırda şirkətin səhmlərinin qiyməti bir ədəd üçün 640,91 dollar təşkil edir ki, bu da yeni qurğunun bazara çıxarılmasına iki gün qalmış nail olunan yüksək qiymətlə müqayisədə 8,7 faiz azdır.
Məzənnənin aşağı düşməsi istehsalçı tərəfindən modelin arxa panelini alümindən düzəltmək qərarından sonra yeni smartfonlara yaranmış çatışmazlıqla əlaqədardır, CNews yazır.  

Görülən 193 - 198 qədər, 394 xəbərdən