Xəbərlər
“Windows Phone” populyarlığına görə Cənubi Amerikada ikinci yeri tutub
26-Nov-13 13:36.
2013-cü ilin ikinci rübündə Cənubi Amerikada “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların tədarük həcmi “iPhone” smartfon modelinin tədarükünü geridə qoyub. “IDC” analitik şirkətinin “Mobile Tracker” hesabatında deyildiyinə görə, 2013-cü ilin üçüncü rübündə “Windows Phone” sistemli qurğuların tədarükü yenidən 20 faiz artıb. ABŞ-da təyyarələrdə mobil qurğulardan istifadə imkanı müzakirə ediləcək
25-Nov-13 10:24.
ABŞ Federal Rabitə Komissiyası (FCC) təyyarə göyərtəsində mobil rabitədən istifadəyə qoyulan qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirəcək. Uçuş müddəti ərzində mobil şəbəkələr vasitəsilə səsli rabitə və məlumatların ötürülməsinə qoyulan məhdudiyyət 1991-ci ildən qüvvədədir. Bu, onunla izah edilir ki, mobil rabitədən istifadə hava limanlarının yerüstü dispetçer xidmətlərinin işində maneələr yarada bilər ki, bu da uçuşların təhlükəsizliyinə öz mənfi təsirini göstərə bilər. Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb
22-Nov-13 13:15.
Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU TelecomWorld 2013” sərgi-konfransı öz işini başa çatdırıb. Qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. “Ultra HD” mobil prosessor təqdim olunub
22-Nov-13 12:04.
“Qualcomm” şirkəti sistem səviyyəsində “Ultra HD” təsvir ölçüsünün dəstəklənməsini nəzərdə tutan “Snapdragon 805” mobil prosessorunu nümayiş etdirib. Belə ki, yeni çip istehsalçılara smartfon və planşet kompüterləri “4K” formatlı ekranlarla (3840х2160 piksel) təchiz etməyə imkan verəcək.
“Snapdragon 805” prosessorunun tərkibinə qrafik emal sürəti 40 faiz artırılan “Adreno 420 GPU” çipi daxildir. “Qualcomm” mühəndislərinin sözlərinə görə, çip videonu “4K” formatında yazmağa imkan verir. “Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır
22-Nov-13 10:10.
“Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır. Təşkilat Komitəsindən verilən məlumata görə, 2-3 dekabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 17-dən az olan şəxslər 4-5 dekabr tarixində daxil ola bilərlər. Yaşı 17-dən az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgiyə daxil ola bilərlər.Hazırda sərginin rəsmi saytı “http://www.bakutel.az/” üzərindən qeydiyyat həyata keçirilir. Yeni Azərbaycan Partiyası - dünənin, bu günün və gələcəyin partiyası
21-Nov-13 12:18.
Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir.Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan və fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 21 il ötür. “Meizu” şirkəti smartfonların tutumuna görə "Apple” və “Samsung”u geridə qoyub
20-Nov-13 12:59.
Çinin “Meizu” smartfon istehsalçısı bazarı təəccübləndirməkdə davam edir. Belə ki, 1800x1080 piksel təsvir ölçüsünə malik unikal displeydən sonra yeni qabaqcıl “Meizu MX3” modeli 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunacaq. Bununla bu samartfon sənaye tarixində ilk ən tutumlu model olacaq. Lakin modelin 128 giqabaytlıq versiyasından yalnız “China Mobile” rabitə operatoru ilə müqavilə əsasında əldə etmək mümkün olacaq.Bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq
20-Nov-13 09:18.
Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinə tapşırıq verib. 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb. Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Ayrılmış nömrələrin yalnız 123-124 (Tac kart) prefiksinə çıxışı təmin ediləcək. Banqkoqda “ITU Telecom World 2013” konfransı keçirilir
19-Nov-13 14:27.
Cari ilin 19-22 noyabr tarixlərində Taylandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu “ITU Telecom World 2013” sərgi-konfransı keçiriləcək. Qlobal telekommunukasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Buenos-Ayresdə “ICANN”-ın 48-ci konfransı keçirilir
19-Nov-13 12:23.
Buenos-Ayresdə (Argentina) “ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyasının say etibarilə 48-ci konfransı keçirilir. Üç ildən bir təşkilat domen bazarının ən aktual problemlərinin müzakirəsi üçün sənaye ekspertlərini bir araya gətirir. Tədbirin açılışında Argentina hökumətinin rəhbəri Xuan Manuel Abal Medina çıxış edib.Təbrik edirik! Gənclərimiz yenə də mükafatlandırıldılar
19-Nov-13 11:52.
Həmişə öndə olmağı bacaran “Aztelekom” İstehsalat Birliyinin Gənclər Təşkilatının üzvləri növbəti mükafata layiq görülüblər. IKT sahəsində də birinciliklər qazanan gənclərimiz ictimai həyatda da fəaldırlar və bu fəallıq həmişə yüksək qiymətləndirilir. Belə ki,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətində aktiv iştiraklarına görə, “Aztelekom” İB Gənclər Təşkilatının sədri Emil Rzayev, MSD -nin reklam şöbəsinin rəisi Fidan Abbasova,MSD-nin texniki Gülgün Abbasova, Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Aysel Həsənli, YAP GB-nin “Təşəkkürnamə”si ilə təltif olunublar. Əlbətdə ki, bu cür təltiflər,mükafatların arxasında gənclərə “Aztelekom” İB rəhbərliyinin göstərdiyi diqqət və qayğı durur. Avropa operatorları “LTE-Advanced” texnologiyasını sınaqdan keçirir
18-Nov-13 11:58.
Avropanın nəhəng mobil rabitə operatorları “Vodafone”, “Telefonica” və “EE” ötən həftə şirkət abunəçiləri üçün internetdən 200 Mb/s sürətində istifadə etməyə şərait yaradan “LTE-Advanced” qabaqcıl mobil rabitə standartının sınaqlarına başlayıb. Lakin “LTE-Advanced” texnologiyasını dəstəkləyən qurğuların çatışmazlığı bu cür şəbəkələrin gələcək perspektivlər üçün nəzərdə tutulduğunu deməyə əsas verir. London internetdə yüksəksəviyyəli domenə malik olacaq
18-Nov-13 11:34.
Böyük Britaniya paytaxtı internetdə yüksəksəviyyəli domenə malik olacaq. Burada saytlar 2014-cü ilin yazından etibarən qeydiyyatdan keçmək imkanı əldə edəcək.Londonun dünya biznes məkanında maraqlarını təmsil edən “London & Partners” təşkilatı ötən il “.london” domeninin qeydiyyata alınması üçün müraciət edib. Londonda dünyanın ən sürətli “4G” şəbəkəsi işə salınıb
15-Nov-13 11:29.
“Huawei” şirkəti Böyük Britaniyada “EE” rabitə operatorunun dünyanın ən sürətli “4G” (LTE-A) şəbəkəsinin işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib. Hazırda bu xidmət növündən Londonun “Tech City” “Yüksək Texnologiyalar Parkı”nda istifadə etmək mümkündür. 2014-cü ildə xidmətin bütün London ərazisini əhatə etməsi nəzərdə tutulur. Genişzolaqlı mobil rabitənin sürəti 300 Mbit/saniyəyədək təşkil edəcək.
Şəbəkənin sürəti və imkanlarını gələcək nəsil simsiz mobil rabitə şəbəkələrinə sürəti ən müasir “LTE” şəbəkələri ilə müqayisədə təxminən iki dəfə artırmağa imkan verən tezlik daşıyıcılarının birləşməsi texnologiyası (Carrier Aggregation, CA) təmin edir, - "Huawei”in məlumatında deyilir. “EE” dekabrda şəbəkənin rəsmi sınaqlarına başlamaqla "Tech City” ərazisində yerləşən ofislərə mobil “Wi-Fi” təqdim edəcək. Nazir Ucar rayonunda vətəndaşlarla gələn ay görüşəcək
15-Nov-13 09:06.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayının 16-da saat 10:00-da Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Görülən 181 - 195 qədər, 770 xəbərdən |