Xəbərlər
Bu gün kosmosa ilk insanın uçduğu gündür
12-Apr-13 13:51.
Bu gün kosmosa ilk insanın uçduğu gündür. 52 il əvvəl ilk sovet kosmonavtı Yuri Qaqarin orbitə üçüb. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan “Vostok” (“Şərq”) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövrə vurur.BMT Baş Assambleyası 12 aprel tarixini İnsanın kosmosa uçuşu günü elan edir. Assambleyanın müvafiq qətnaməsində bu barədə qeyd olunur ki, 12 aprel günü “hər il dünyada beynəlxalq səviyyədə bəşəriyyət üçün kosmik eranın başlanğıcı kimi qeyd olunacaq”.
Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən XVI Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir
11-Apr-13 12:43.
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 58 ölkədən gəlmiş 450-dən çox prezident, baş nazir, nazirlər və digər rəsmi şəxslərin iştirak etdikləri "Azərbaycan gecəsi" keçirilib. Gecədə müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiqlənib
10-Apr-13 14:11.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araş-dırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Sənəd dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsini... “Elektron təhsil” müsabiqəsi start götürüb
09-Apr-13 13:58.
Aprelin 9-da Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinə start verib.Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə Dr. Web, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi - www.musabiqe.edu.az saytıdır. Müsabiqə iki istiqamət üzrə təşkil olunub:“Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları”. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını aşkar etmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Azərbaycan ilə Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
08-Apr-13 13:26.
Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemətin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə Azərbaycan ilə Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçiriləcək yeni layihələr, “Elektron hökumət” layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Kollektivimiz iməclikdə
06-Apr-13 14:33.
Yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması həmişə "Aztelekom" İstehsalat Birliyi rəhbərliyinin diqqəti mərkəzində olmuşdur. Hava rabitə xətlərinin, kabel magistrallarının və digər rabitə qurğularının tikintisi zamanı ağac və yaşıllıqlara maksimum həssas yanaşılması, inzibati və ATS binalarının ətrafında yaşıllıqların salınması və daim qulluq göstərilməsi, yerlərdə keçirilən yaşıllaşdırma aksiyaslarında rabitəçilətin fəal iştirakı buna sübutdur.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar olaraq, aprelin 6-da paytaxt Bakının Səbayel rayonu ərazisində yerləşən "Şıx" massivində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi yaşıllaşdırma aksiyasında "Aztelekom" İstehsalat Birliyinin işçiləri də fəal iştirak etdilər. Görülən 19 - 24 qədər, 394 xəbərdən |