Xəbərlər

Azərbaycanda keçirilən IGF Forumu əksər ölkələr üçün əhəmiyyətlidir – Vinton Sörf

09-Nov-12 10:37.
Bakıda keçirilən İnternet İdarəçilik Forumu (IGF) çox vacibdir, belə ki, internet əksər ölkələr üçün əhəmiyyət kəsb edir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Google korporasiyasının vitse-prezidenti, daha çox “internetin atası” kimi tanınan Vinton Sörf deyib.
“İnternet əksər ölkələr üçün əhəmiyyət kəsb edir ki, bunun da biz burada şahidi oluruq”, V.Serfin sözlərini Trend agentliyi sitat gətirir.

Bakutel 2012 sərgisi işini davam etdirir

08-Nov-12 11:09.
BakuTel-2012 XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi işini davam etdirir.
Bu gün hər il keçirilən əhəmiyyətli tədbirlərdən biri olmaqla Azərbaycanda İKT sektorunun dinamik inkişafını nümayiş etdirən sərginin üçüncü günüdür.
Sərgi iştirakçıları yeni əlaqələrin qurulması və biznesin inkişafı baxımından sərginin əhəmiyyət daşıdığını qeyd edirlər. Bu il burada dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir.

Azərbaycan və ABŞ İKT sektorunda əməkdaşlığa dair Memorandum imzalayıblar

08-Nov-12 11:03.
Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Amerika Ticarət Palatası (AmCham) və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ İKT Forumu keçirilib.
Tədbir çərçivəsində Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, qarşı tərəfdən ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vervir imzalayıblar.

Azərbaycan Prezidenti: İKT gələcəyə aparan yol deməkdir

07-Nov-12 11:37.
BakuTel-2012 XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində olan Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verib.  >Müsahibənin mətnini AzərTac təqdim edib:
- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib.

Prezident İlham Əliyev BTİ-nin baş katibini qəbul edib

07-Nov-12 11:32.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Tureni qəbul edib.
Hamadun Ture 2003-cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulayıb. Prezident İlham Əliyevin BTİ-nin Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan qonaq həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd edib.

BakuTel 2012 sərgi və konfransının iştirakçılarına

06-Nov-12 12:23.
Sizi “BakuTel-2012” 18-ci Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə təbrik edirəm, hamınıza can sağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Bu mötəbər ənənəvi tədbir ölkəmizdə İKT-nin ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması, təşəbbüskarı və bilavasitə iştirakçısı olduğumuz regional və beynəlxalq İKT layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Görülən 175 - 180 qədər, 394 xəbərdən