Xəbərlər

Nokia smartfonlar bazarında 7-ci yerə düşüb

15-Nov-12 13:58.
Gartner analitik şirkətinin son məlumatlarına əsasən, Finlandiyanın Nokia şirkəti üçüncü rübün yekunlarına görə dünya smartfonlar bazarında üçüncü yerdən yeddinci yerə düşüb. Bazarın liderləri – Samsung və Apple şirkətləri ümumilikdə smartfonlar bazarının 46,5 faizinə nəzarət edirlər. Gartner nümayəndələri bildirilər ki, Nokia rüb ərzində cəmi 7,2 milyon smartfon və 82,3 milyon mobil telefon satıb. Bir il əvvəl Finlandiya istehsalçısı 105 milyon aparat satmışdı.  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları talassemiyalı uşaqlar üçün qan veriblər

14-Nov-12 15:13.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Yeni Azərbaycan Partiyasının (YAP) RİTN ərazi təşkilatının təşkilatçılığı ilə YAP-ın 20 illiyi ilə əlaqədar talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında məqsəd idarənin əməkdaşları arasında bu xəstəliyə diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanla köməklik göstərməkdir.

Görmə qabiliyyəti zəif olan insanlara mini-kompüterlər hədiyyə edilib

14-Nov-12 15:00.
Noyabrın 13-də dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə xüsusi olaraq kor və görmə qabiliyyəti zəif olan insanlar üçün hazırlanan və səs komandaları ilə idarə olunan 100 ədəd Dilmanc D01 mini-kompüter hədiyyə edilib.    
Qurğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondunun sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən hazırlanıb.   

Microsoft-un rəhbərlərindən biri istefa verib

13-Nov-12 14:33.
Microsoft korporasiyası Windows and Windows Live bölməsinin rəhbəri Stiven Sinofskinin istefaya getdiyini açıqlayıb.
Noyabrın 13-dən etibarən S.Sinofskinin səlahiyyətləri iki qadın – Culiya Larson-Qrin və Temi Reller arasında bölüşdürüləcək. Culiya Larson-Qrin Windows və aparat təminatı üzrə bütün məhsulların işlənib hazırlanmasına, T.Reller isə platformanın biznes inkişafına məsul olacaq. Hər iki rəhbər korporasiyanın baş direktoru Stiv Balmerin tabeçiliyi altında çalışacaq.

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

12-Nov-12 14:26.
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Google şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

09-Nov-12 10:41.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün Azərbaycana gələn Google şirkətinin vitse-prezidenti, internetin yaradıcılarından biri Vinton Sörflə görüşüb.

Azərbaycanda internetin yaranma tarixi barədə qonağı məlumatlandıran nazir ölkədə ilk BİTNET-in 1989-cu ildə yaradıldığını, daha sonra 90-cı illərdə inkişaf etdiyini vurğulayıb.

Görülən 169 - 174 qədər, 394 xəbərdən