Xəbərlər

“Aztelekom” İstehsalat Birliyində peşə bayramı qeyd olundu

09-Dec-13 10:45.

“Aztelekom” İstehsalat Birliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi ilə birlikdə “Aztelekom” İstehsalat Birliyində çalışanlar da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Sonra tədbir “Aztelekom” İB-nin inzibati binasında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Baş direktor Məhəmməd Məmmədov peşə bayramı münasibətilə rabitəçiləri təbrik etdi. Rabitənin yaranma tarixi və inkişafı haqqında danışan M.Məmmədov qeyd etdi ki, Bakıda telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da ilk telefon xətti çəkilmişdır.



Nazir Yaponiyada rəsmi səfərdədir

09-Dec-13 10:07.

9-12 dekabr tarixlərində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində rəsmi səfərdə olacaq.

İki ölkə arasında İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

RİTN-də rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib

06-Dec-13 17:50.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ölkə prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib.




Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər

06-Dec-13 09:56.

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

“Apple” nəhəng monoblok fərdi kompüter istehsalçısı olub

05-Dec-13 11:42.

“Digitimes Research” şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə “iMac” kompüterini yeniləyən “Apple” şirkəti böyük töhfə verəcək. 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır.

ABŞ-da “iPad” alıcılarının 40 faizi “Android” istifadəçisi olub

04-Dec-13 12:01.

“InfoScout” analitik şirkəti ABŞ-da ötən həftənin cümə günü Yeni il satışlarına başlanandan sonra araşdırma apararaq alıcıların fəallığını qiymətləndirib. Araşdırma nəticəsində müəyyən edilib ki, yerli əhali arasında ən çox tələbat müxtəlif modifikasiyalı “iPad” planşet kompüterlərinə olub (Walmart, Target və Best Buy kimi 3 iri pərakəndə satış şirkətində).


Bakıda növbəti “Azərbaycan - ABŞ İKT Forumu” keçirilib

04-Dec-13 11:54.
Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu “Bakutel” beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində “Azərbaycan - ABŞ İKT Forumu” keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçirilən forumun ilk plenar iclası Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar” mövzusuna həsr edilib.

Fəal qrup üzvləri ilə görüş keçirildi

03-Dec-13 12:44.

Bakutel-2013 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində 16 TKQ-dən dəvət olunmuş marketinq qruplarının fəal üzvləri ilə “Aztelekom” İB-nin sərgi stendində tanışlıq görüşü keçirildi. Tədbirin əsas məqsədi yerlərdəki marketinq qrupunun üzvlərini birbaşa yeni texnologiyalarla əyani tanış etmək, onlara bu istiqamətdə zəruri köməklik göstərməkdir. Dəvət olunan ən fəal qrup üzvlərinə “Aztelekom” İB-nin hədiyyələri təqdim olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


“Aztelekom” İstehsalat Birliyi “BakuTel” sərgisinin ənənəvi iştirakçılarından biridir

03-Dec-13 11:22.

Bu il keçirilən sərgidə də “Aztelekom” İstehsalat Birliyi nənnəsinə sadiq qalaraq, nailiyyət və yeniliklərini təqdim edir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir.



Azərbaycan Respublikası Prezidentinin “BakuTel-2013” sərgi və konfransının iştirakçılarına müraciəti

02-Dec-13 11:31.
Hörmətli sərgi və konfrans iştirakçıları!

“BakuTel-2013” 19-cu Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir.

Nazir: ““Bakutel-2013” çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər ölkəmizdə İKT-nin inkişafına mühüm töhfə verəcək”

02-Dec-13 11:25.
“Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi “Bakutel-2013” 19-cu Beynəlxalq sərgi və konfransının açılışı münasibətilə təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.


2014-cü ildə “Windows XP” və "Android” sistemli planşetlərin təhlükəsizlik təhdidləri artacaq

29-Nov-13 11:23.

Şəbəkə təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Fortinet” şirkətinin ekspertləri 2014-cü ildə “Windows XP” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərə haker hücumlarının artacağını proqnozlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkət ekspertlərinin proqnozlarına əsasən, hakerlər onlarda olan boşluqları sərfəli qiymətə satmaq üçün aprelin 8-ni gözləyirlər.

“ICANN” daha 9 yeni domen zonası təsdiqləyib

28-Nov-13 12:56.
“Internet Corporation for Assigned Names and Numbers (ICANN)” internetin domen sisteminin radikal genişlənməsi çərçivəsində yeni “*.bike”, “*.clothing”, “*.singles” və “*.guru” domenlərinin qeydiyyatına başlayıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, “News gTLD” proqramı çərçivəsində açılan yeni domen adları hazırda təkcə ticarət markalarının sahibləri üçün açıqdır. Onlar sərbəst qeydiyyat üçün 2014-cü ilin yanvar ayının sonunda açılacaq.

“Aztelekom.net” İSP-nin genişzolaqlı internet xidmətlərinin istifadəçilərinin sayı 100000-ni keçdi

28-Nov-13 09:10.
Genişzolaqlı internet xidmətlərinin tətbiqinin sürətləndirilməsi, abunəçilərin bu xidmətlərdən istifadəsi zamanı rahatlıqlarının təmin olunması məqsədilə “Aztelekom” İstehsalat Birliyinin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq və Satış Departamenti yaradılmış, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlamışdır. “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə, həmçinin, genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4-cü ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə”, “Tələbələrə yay sevinci”, “Gözləmə tarifi” və s. kimi kompaniyalara start verilmişdi.

BMT internet istifadəçilərinin izlənməsinə qarşı qətnamə qəbul edib

27-Nov-13 12:55.
BMT-nin insan hüquqları komitəsi internet istifadəçilərini şəxsi həyata müdaxilədən qoruyacaq qətnamə layihəsini bəyənib. Layihədə həmçinin istifadəçilərin xüsusi xidmət orqanları tərəfindən qorunması da yer alıb.

Məlumatda qeyd olunur ki, komitə üzvləri qətnaməni yekdilliklə qəbul ediblər və sənəd BMT Baş Assambleyasına səsverməyə qoyulmağa göndəriləcək. Səsvermənin dekabrda keçiriləcəyi gözlənilir.


Görülən 166 - 180 qədər, 770 xəbərdən