Xəbərlər
RİTN-də İKT sahəsində ixtisaslaşan universitet rəhbərləri ilə görüş keçirilib
22-Nov-12 16:02.
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İstanbul Bilgi Universitetinin idarə heyətinin sədri Rifat Sarıcaoğlu, idarə heyətinin üzvü Ural Ağüzüm, Avropa Laureatı Beynəlxalq Universitetinin baş direktoru Miguel Carmelo və CENAY inşaat sənayesi və ticarət şirkətinin idarə heyətinin rəhbəri Çingiz Güldamlası ilə görüş keçirilib. Qonaqları salamlayan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycan Türkiyənin, eləcə də Avropanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq edir.
“Rabitə dünyası” qəzetinin 20 illiyinə həsr olunan tədbir keçirilib
21-Nov-12 14:21.
Noyabrın 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub.
1992-ci ildə yaradılan nəşrin ilk nömrəsi dörd səhifədən ibarət olmaqla işıq üzü görüb və həftədə bir dəfə dərc edilib.
Tədbirdə dövlət orqanlarının nümayəndələri, rabitə müəssisə və birlik rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu il dünyada 104 milyon planşet satılacaq
20-Nov-12 15:46.
Digitimes Research şirkətinin analitikləri tərəfindən məşhur şirkətlərin istehsal etdikləri planşet kompüterlərin dünya satışlarının 64 faiz artacağını bildirən hesabat dərc olunub. Şirkətin proqnozlarına əsasən, 2012-ci ildə dünyada 104 milyon planşet satılacaq. Aparıcı şirkətlər reytinqində liderlik ABŞ-ın Apple şirkətinə məxsusdur, ikinci yerdə Amazon, üçüncüdə isə Nexus 7 və Nexus 10 modelləri sayəsində Google şirkətləri qərarlaşıb. Bundan başqa, dördüncü yerdə Microsoft, beşincidə Samsung Electronics, altıncıda Barnes & Noble şirkətləri yer alıb.
Rabitə və informasiya texnologiyaları naziri ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb
19-Nov-12 17:40.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiqanla görüşüb. Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan nazir Əli Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb.
Noyabrın 6-9-da BMT-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Mobil qurğular üçün zərərli proqramların sayı 2 dəfə artıb
19-Nov-12 14:47.
“McAfee” şirkətinin 2012-ci ilin üçüncü rübü üzrə təhdidlər haqqında dərc etdiyi hesabatda kibercinayətkarların istifadə etdiyi metodlar və kibertəhlükələrin beynəlxalq miqyasda təkamül prosesi təhlil edilib. Mobil qurğular üçün zərərli proqramların sayı təxminən 2 dəfə və verilənlər bazasının “sındırılması” hadisələrinin sayı rekord dərəcədə artıb. “Mac” əməliyyat sistemi (ƏS) üçün rutkit və zərərli proqramların yayılması tempi artmağa davam edib.
|