Xəbərlər
BTİ-nin sammitində internetin tənzimlənməsi məsələləri müzakirə ediləcək
29-Nov-12 14:12.
İnternetin dövlət tərəfindən tənzimlənməsi 2012-ci il dekabrın 3-dən 14-dək Dubayda keçiriləcək hökumətlərarası görüşlərin əsas mövzusu olacaq. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) sammitin təşkilatçısı rolunda çıxış edir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ölkələrin əksəriyyəti BTİ-yə şəbəkənin tənzimlənməsi üzrə geniş səlahiyyətlərin verilməsini təklif edir. Ericsson şirkəti Samsung Electronics-i məhkəməyə verir
28-Nov-12 14:57.
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Ericsson şirkəti bu gün ABŞ-da məhkəmə iddiası qaldıraraq Koreyanın Samsung Electronics şirkətini patent hüququnu pozmaqda təqsirli bilir. Ericsson nümayəndələri Samsung-a qarşı iddia qaldırdıqlarını təsdiqləyərək Koreya istehsalçısının standartlaşdırılmış FRAND patentlə əlaqədar lisenziya sazişinin müddətini uzatmaqdan imtina etdiyini, bir müddət əvvəl tərəflər arasında belə sazişin imzalandığını bildiriblər.
Microsoft Avropada mağazalar şəbəkəsi açacaq
27-Nov-12 11:09.
Microsoft şirkəti Avropanın nəhəng daşınmaz əmlak sahibləri ilə mağazalarının açılmasına dair danışıqlara başlayıb. Belə ki, şirkət 2013-cü il ərzində stasionar satış nöqtələri açmaq niyyətindədir və ilk mağazaların Böyük Britaniyada işə salınması planlaşdırılır.
Bununla da Microsoft Apple şirkətinin Apple Store mağazalarında məhsullarını, xüsusilə smartfon və proqram təminatlarını satması üçün tətbiq etdiyi strategiyadan yararlanır.
Rabitə və informasiya texnologiyaları naziri Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
27-Nov-12 10:31.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.
Sudan Azərbaycanın “Elektron hökumət” sahəsində təcrübəsindən yararlanacaq
26-Nov-12 14:12.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasında Asiya Məsələləri üzrə katib Doktor Eisa Buşa Məhəmməd Həmid arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb. Ən etibarlı kompüter markaları hansılardı?
23-Nov-12 16:44.
Amerikanın “Consumer Reports” jurnalı istehlak elektronikası bazarında ən etibarlı markaların reytinqini dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış “Apple” şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik “Dell” və “Lenovo” şirkətləri yer alıb. “Acer”, “Asus”, “Emachines”, “HP”, “Gateway” və “Toshiba” şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir. Görülən 157 - 162 qədər, 394 xəbərdən |