Xəbərlər

Nazir sabah Hacıqabulda vətəndaşlarla görüşəcək

17-Jan-14 12:32.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yanvar ayının 18-i saat 11:00-da Hacıqabul rayonunda (Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “qaynar xətt”, 598 38 18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Nazir Hacıqabulda vətəndaşlarla görüşəcək

16-Jan-14 12:34.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yanvar ayının 18-i saat 11:00-da Hacıqabul rayonunda (Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “qaynar xətt”, 598 38 18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

"Windows 8”-in əməliyyat sistemləri bazarında payı 10 faizi ötüb

15-Jan-14 12:06.

“Net Applications” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında “Windows 8” və “Windows 8.1” əməliyyat sistemlərinin masaüstü qurğular bazarında payı müvafiq olaraq 6,89 və 3,6 faiz təşkil edib. Bununla, hazırda bazarın 10,49 faizi bu sistemlərə məxsusdur. “Windows 8”-dən bir il sonra buraxılan “Windows 8.1” sisteminin payı son ayda təxminən 1 faiz artıb.

20 YANVAR FACİƏSİ - XALQIMIZIN QAN YADDAŞIDIR

15-Jan-14 08:55.
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi.

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı RİTN-in Tədbirlər Planı təsdiq edilib

14-Jan-14 10:54.

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən təsdiqlənən Tədbirlər Planında rabitəçi şəhid ailələrinə yardımlar edilməsi, “Rabitə dünyası” qəzetində və rabitə müəssisələrinin elan tablosunda rabitəçi şəhidlər haqqında geniş məlumatın verilməsi, eləcə də matəm günü ilə əlaqədar müəssisələrdə yığıncaqların keçirilməsi nəzərdə tutulur.



“Windows 9” 2015-ci ilin aprelində buraxılacaq

13-Jan-14 12:58.

“Microsoft” korporasiyası “Windows 9” əməliyyat sistemini 2015-ci ilin aprelində buraxmağı planlaşdırır. Bu barədə rəsmi məlumatın korporasiyanın tərtibatçılar üçün aprelin 2-4-də ABŞ-da keçiriləcək “Build 2014” tədbirində veriləcəyi gözlənilir. 



Yeni telefon rabitəsi tariflərinin tətbiqinə başlanılıb

10-Jan-14 09:42.

Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2013-cü ilin “İKT ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq, Tarif (qiymət) Şurasında telefon rabitəsi tariflərinə baxılmışdı..



Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

10-Jan-14 09:24.

- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü ilin yekunlarını müzakirə edəcək, 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq.
Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.
Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı.

2014-cü ildə İT xərcləri 3,1 faiz artacaq

09-Jan-14 12:40.

“Gartner” şirkəti analitiklərinin son qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada informasiya texnologiyalarına (İT) 3,8 trilyon dollar xərclənəcək ki, bu da 3,7 milyard dollara bərabər olan bir il əvvəlki göstəricidən 3,1 faiz çoxdur. 2013-cü ildə İT xərclərdə cəmi 0,4 faizlik artım qeydə alınıb.

“Elektron hökumət” portalına yeni e-xidmətlər inteqrasiya edilib

08-Jan-14 12:28.

“Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilən müxtəlif fəaliyyət sahələrinə dair elektron xidmətlərin sayı davamlı olaraq artır.

Növbəti olaraq Səhiyyə Nazirliyinin daha 6 elektron xidməti portal istifadəçilərinə təqdim edilib.



Las-Veqasda illik “CES” sərgisi işə başlayır

07-Jan-14 14:34.

Yanvarın 7-də ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri hesab edilən “Consumer Electronics Show 2014” (CES) sərgisi start götürür. 

Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.


YENİ İLİNİZ MÜBARƏK!!!

30-Dec-13 13:12.
Əziz rabitəçilər!
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dəyərli fəaliyyətinizdə Sizlərə yeni-yeni uğurlar arzulayırıq!
Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü ilin Azərbaycanın rabitə sahəsi üçün ən əlamətdar hadisələrlə zəngin il yaddaşlarda qalacağı şübhəsizdir.

İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi başa çatıb

29-Dec-13 13:10.

Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən mühüm səbəblərdən biridir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi, İKT-nin inkişafı istiqamətində də görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirib.

Bu il “Google” KİV-də ən çox müzakirə olunan şirkət olub

28-Dec-13 11:27.
“Dow Jones” portalı 2013-cü ildə “Google”un KİV-də ən çox müzakirə edilən şirkət olması barədə məlumat verib. Belə ki, beynəlxalq ingilisdilli mətbuat ABŞ şirkətinin adını cari il ərzində 123 769 dəfə qeyd edib.
Ötən il dünya KİV-i tərəfindən diqqətin həcminə görə lider olan “Apple” şirkətinin göstəricisi bu dəfə rəqibinkindən az (120 451) olub.

Rabitə birlik və müəssisələri bayram günlərində əhalini keyfiyyətli rabitə xidmətləri ilə təmin edəcək

27-Dec-13 12:02.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il Bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar vermişdir.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin...

Görülən 136 - 150 qədər, 770 xəbərdən