Xəbərlər

İnsan həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilən superkompüter yaradılıb

06-Feb-14 12:37.

“IBM” şirkətinin mühəndisləri “Watson” superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar. Belə ki, indi “Twitter” və “Facebook” şəbəkələrindəki yazıları təhlil edən kompüter insanın şəxsiyyət tipini müəyyənləşdirə və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilir.


Nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-ci Avrasiya İqtisadi Sammitində iştirak edir

05-Feb-14 11:07.

Fevralın 4-də Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 17-ci Avrasiya İqtisadi Sammiti öz işinə başlayıb. Sammitdə Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.



Bu gün Lütfi Zadənin 93 yaşı tamam olur

04-Feb-14 11:47.

Lütfi Zadə - dünya şöhrətli alim, dahi mütəfəkkir!

Onun dünya elmi üçün gördüyi işlərin miqyası o qədər böyükdür ki, haqlı olaraq adı İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir..


Optik-lif şəbəkələri üçün lazer yaradıcısı mükafatlandırılıb

03-Feb-14 13:01.

Tokio Texnologiya İnstitutunun fəxri professoru 81 yaşlı Yasuxaru Suemasu Yaponiyada elektronika, informasiya və rabitə sahəsində hazırda internet magistrallarında istifadə olunan böyük tutumlu optik-lif şəbəkələri üçün yarımkeçirici lazerlərin tədqiqinə görə mükafata layiq görülüb.

1980-ci illərdə Y. Suemasu optik-lif bağlantıları üçün optimal işıq mənbəyi kimi təklif edilən yüksəktezlikli modullaşdırma ilə birmodullu lazer konsepsiyasını inkişaf etdirib.

Gənlər günü qeyd olundu

31-Jan-14 14:12.

Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində  qeyd olundu. Bu münasibətlə yanvarın 31-də birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə  "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri “Fəxri Xiyaban”a gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.

64 bitlik server prosessorları istehsal ediləcək

30-Jan-14 15:15.

.Hazırda “AMD” “Opteron A” seriyasına daxil olan və 28 nanometrlik texnoloji proses üzrə istehsal olunan sınaq çipi nümayiş etdirib. “Open Compute Project” standartını dəstəkləyən və server həllərində eyni anda “x86” və “ARM” prosessorlarından istifadəyə imkan verən çip dörd və ya səkkiznüvəli “ARM Cortex-A57” prosessoru ilə iki variantda buraxılacaq. Bundan başqa, “AMD” tərtibatçılar üçün sınaq sistem lövhəsi və proqram paketinin daxil olduğu platforma da buraxıb.

2013-cü ildə birbaşa qlobal investisiyaların həcmi 1,46 trilyon dollara çatıb

29-Jan-14 12:17.

2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə və iqtisadiyyatı keçid dövrünü yaşayan dövlətlərdə birbaşa qlobal investisiyaların həcmi yeni rekord səviyyəyə çatıb, həmçinin sənayesi inkişaf etmiş ölkələrə investisiyalar bərpa olunmağa başlayıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) ticarət və inkişaf üzrə konfransının (UNCTAD) ekspertləri bildirib. .



Mobil nömrə daşınması xidməti fəaliyyətə başlayır

28-Jan-14 14:21.

Respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayır.

Bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb.

“Apple” mikroelektronika komponentlərinin alışına görə dünya birincisidir

27-Jan-14 14:25.

“IHS Technology” şirkətinin hesablamasına əsasən, 2013-cü ildə “Apple” şirkəti mikroelektronika komponentlərinin alışına 30,3 milyard dollar sərf etməklə bütün dünya şirkətləri arasında lider olub. İkinci yeri 22,8 milyard dollar dəyərində mikrosxem alan “Samsung” şirkəti tutub. Bundan başqa, “HP”, “Lenovo” və “Dell” şirkətlərinin bu məqsədlər üçün xərcləri müvafiq olaraq 10,1, 9,2 və 7,7 milyard dollar təşkil edib.

Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib

27-Jan-14 09:56.

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə yaradılmış genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib.Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib.


Azərbaycan Prezidenti İlham Əliyev “Hewlett-Packard” şirkətinin rəhbərliyi ilə görüşüb

24-Jan-14 17:39.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Hewlett-Packard” şirkətinin idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

 

3 ildə ilk dəfə “Microsoft” və “Samsung” istifadəçilərin “Apple”dan daha çox xoşuna gəlir

23-Jan-14 11:57.
“Sony”, “Samsung” və “Microsoft” ABŞ istehlakçıları arasında ən sevimli şirkətlər reytinqində “Apple”ı üstələyib. Bu barədə “Wall Street Journal” nəşri "Forrester Research” şirkəti tərəfindən 7,5 min amerikalı arasında keçirilən sorğuya istinadən məlumat verib. 

“Forrester Research” illik sorğusunu üçüncü dəfə keçirib və üç il ərzində ilk dəfə “Apple” əvvəlki mövqeyini itirib.


“Intel” işçi heyətini 5 faiz azaldacaq

22-Jan-14 12:43.

“Intel” şirkəti dünya üzrə işçi heyətini 5 faiz azaltmaq niyyətində olduğunu bildirən bəyanat yayıb. Hazırda şirkətdə 107 000 nəfərin çalışmasını nəzərə alsaq, bu, 5 min nəfər deməkdir.

“Intel”  resurslarını cari il üçün xərclərə uyğunlaşdırır. Bura işçi qüvvəsinin planlaşdırılan ixtisarı da daxildir. Biz işçi sayını ildə 5 faiz azaltmağı nəzərdə tutsaq da, kütləvi işdən azadolma kampaniyası keçirmirik.

Nazir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı icrası üzrə əmr imzalayıb

21-Jan-14 15:12.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrası məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, “Açıq Hökumətin təşviqinə dair 2012-2015 illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı”, eləcə də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı” təsdiq edilib. RİTN-in Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının təmin edilməsi tapşırılıb. Əmrin icrasına nəzarət RİTN-in Ümumi şöbəsinə tapşırılıb.

Kollektivimiz “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

21-Jan-14 11:16.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu.



Görülən 121 - 135 qədər, 770 xəbərdən