Xəbərlər
2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib
21-Jan-13 14:05.
2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika prezidentinin sərəncam və fərmanlarının, dövlət proqramlarının, eləcə də bu il ölkəmizdə İKT ili elan edilməsinin rabitə və informasiya texnologiyaları sektorunun inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb. 2012-ci il üzrə internet statistikası
18-Jan-13 14:07.
Pingdom xidmətinin əməkdaşları 2012-ci ildə internetdə baş verən ən mühüm hadisələri öz araşdırmalarında əhatə etməyə çalışıblar. Onlar ötən il internetin əldə etdiyi nailiyyətləri müəyyən dərəcədə göstərə biliblər. Bu işin daha maraqlı aspektləri barədə ITC.ua saytının materialından öyrənmək olar. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17-Jan-13 14:06.
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
2013-cü il Azərbaycanda İKT ili elan edilib
16-Jan-13 14:13.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclasda 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili” elan edib.
«Gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir.
Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
15-Jan-13 15:07.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat veriblər. Yeni nanoliflər poladdan 15 dəfə daha möhkəmdir
14-Jan-13 14:11.
Sauthempton Universitetinin britaniyalı tədqiqatçıları dünyada poladdan bir neçə dəfə möhkəm olan silisium nanoliflər yaradıblar. Ən möhkəm materialın karbon nanohissəciklərin olduğu hesab edilir, lakin onların yüksək dözümlüyü uzunluğu cəmi bir neçə mikron təşkil edən qısa nümunələrdə qeydə alınıb ki, bu da az praktik dəyərə malikdir.Karbon nanohissəciklərdən fərqli olaraq britaniyalı alimlərin yaratdığı silisium nanoliflər möhkəm və eyni zamanda yüngüldür və onları bir neçə min kilometr uzunluğda istehsal etmək mümkündür. Görülən 115 - 120 qədər, 394 xəbərdən |