Xəbərlər

Microsoft-un mənfəəti Windows 8-ə baxmayaraq azalıb

25-Jan-13 14:10.
Microsoft korporasiyası rüblük məlumatları dərc edərək investorların Windows 8 əməliyyat sisteminin nə fərdi kompüterlər, nə də planşetlər bazarında nəzərə çarpmayacağı ilə bağlı xəbərdarlıqlarını təsdiqləmiş olub.   
Belə ki, 2012-ci il dekabrın 31-də başa çatmış 2013-cü maliyyə ilinin ikinci rübündə şirkətin xalis mənfəəti 6,38 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlin analoji dövrünün göstəricisindən 3,7 faiz azdır. Bu barədə RİA Novosti Microsoft-un hesabatına istinadən yazır.

Beynəlxalq təcrübə öyrənilir
“Aztelekom” İB-də görüş keçirildi

24-Jan-13 14:59.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamının icrası ilə  əlaqədar aparılacaq islahatlar artıq dünyanın aparıcı İKT şirkətlərinin də diqqət mərkəzindədir. Belə şirkətlərdən biri – “Prysmian Group”la Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri arasında “Aztelekom” İstehsalat Birliyində 24 yanvar 2013-cü il tarixdə görüş keçirildi.

IBM ilin birinci rübündə mənfəətin artacağını gözləyir

23-Jan-13 14:03.
IBM korporasiyası 2013-cü ilin birinci rübündə bazar proqnozlarından yüksək olacaq mənfəət əldə edəcəyini gözləyir. Korporasiya nümayəndələrinin fikrincə, bu, analitik vasitələrin və bulud hesablamalarının daha geniş tətbiqi sayəsində mümkün olacaq. 2013-cü ildə IBM ümumilikdə 16,74 dollarlıq proqnozla müqayisədə bir səhm üçün 16,70 dollar məbləğində gəlir əldə edəcəyini düşünür. Dördüncü hesabat rübündə mənfəət göstəriciləri amortizasiya və pensiya ödənişlərini çıxmaq şərtilə 6,1 milyard dollar və ya bir səhm üçün 5,39 dollar təşkil edib.

Azərbaycanda Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək

22-Jan-13 14:23.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

RİTN “İKT ili” ilə bağlı təkliflərin qəbulunu elan edir

22-Jan-13 14:18.
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli  nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanan tədbirlər planına daxil edilməsi məqsədilə il ərzində bu sahədə həyata keçirilməsi mümkün olan əhəmiyyətli tədbirlər barədə təklifləri 30.01.2013-cü il  tarixədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilməsi xahiş olunur.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib

21-Jan-13 14:12.
Yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Görülən 109 - 114 qədər, 394 xəbərdən