Xəbərlər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 10 ili tamam olur

20-Feb-14 11:59.

Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10  ili tamam olur. Nazirlik Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.

RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub

19-Feb-14 11:31.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının  (“YT Park”) fəaliyyəti ilə tanış olub.

“YT Park”-ın yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf planları üzərində qurulan təqdimatın nümayişi olub.



“Google Glass” eynəyinin sərnişinlərə xidmət imkanları sınaqdan keçirilir

18-Feb-14 12:48.
Londonun Hitrou hava limanında “Google Glass” və “Sony SmartWatch” əlavə reallıq innovativ texnologiyalarından istifadə etməklə sərnişinlərə xidmətlərin göstərilməsi üzrə sınaqlara başlanıb.

Yeni lazer rabitə sistemi irihəcmli məlumatları bir saniyədə ötürməyə imkan verir

17-Feb-14 12:29.

Lazer rabitə vasitələrindən irihəcmli informasiyaların böyük məsafələrə ötürülməsi üçün istifadə yaxın vaxtlaradək elmi fantastika hesab edilsə də, “NASA”-nın reaktiv hərəkət laboratoriyasının tədqiqatçıları ötən həftə Kaliforniyada lazer şüaları əsasında işləyən və məlumatları yüksək sürətlə ötürən sistemin prototipini nümayiş etdiriblər.


“Aztelekom” ilə “Nec Corporation” şirkəti arasında əməkdaşlıq haqda memorandum imzalanıb

15-Feb-14 13:52.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi bu gün Yaponiyanın “Nec Corporation” şirkəti ilə əməkdaşlıq haqda memorandum imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, memorandumu “Aztelekom” tərəfindən İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev, “NEC” şirkəti tərəfindən isə şirkətin Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno imzalayıb.

Bakıda “Azərbaycan - Yaponiya İKT seminarı” keçirilib

14-Feb-14 13:07.

Yaponiyanın telekommunikasiya və peyk sahəsində aparıcı “Nippon Electric Company”  (NEC) korporasiyasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində fevralın 13-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yapon mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında

14-Feb-14 12:29.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Universal enerji toplayıcısının yaradılması reallığa çevrilir

13-Feb-14 12:33.

Simsiz enerji toplama sahəsində standartlar hazırlayan iki nəhəng təşkilat – “Alliance for Wireless Power” (A4WP) və “Power Matters Alliance” (PMA) əməkdaşlıq haqqında razılığa gələrək bir-birinin texniki spesifikasiyasını qəbul edib. İstehlakçılar üçün bu, gələcəkdə akkumulyatorları enerji ehtiyatı ilə “hava” ilə dolduran çoxsaylı qurğuların yaradılması deməkdir. 


“Flickr” 10 illiyini qeyd edib

12-Feb-14 13:07.

“Flickr” fotohostinq servisi 10 illiyini qeyd edib. Hazırda servisdən 92 milyon nəfər aktiv şəkildə istifadə edir, hər gün bir milyondan çox fotoşəkil ötürülür.

10 fevral 2004-cü ildə işə salınan “Flickr” sürətlə populyarlaşmağa başlayıb, 2005-ci ildə servis “Yahoo!” internet şirkətinə satılıb.


“DARPA” çoxdəfəli pilotsuz kosmik aparat hazırlayır

11-Feb-14 12:38.

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) çoxdəfəli istifadə üçün nəzərdə tutulan yeni hipersəsli pilotsuz kosmik aparat yaratmaq niyyətində olduğunu bəyan edib. Yaradılması “XS-1” nişanı ilə aparılacaq perspektiv aparatdan aşağı Yer orbitinə müxtəlif avadanlıqların çatdırılması üçün istifadəsi nəzərdə tutulur.

RİTN-də 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib

10-Feb-14 12:51.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.

İclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

“İKT ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib

10-Feb-14 09:48.

Bakıda 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş böyük konfrans keçirilib.
 
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.

Təbrik edirik!

07-Feb-14 10:15.

Təbrik edirik!

Azərbaycan Respublikasında informasiya-kommuni

Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-Feb-14 09:15.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif edilsinlər:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-Feb-14 09:13.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin...

Görülən 106 - 120 qədər, 770 xəbərdən