Xəbərlər
Kollektivimiz iməclikdə
06-Apr-13 14:33.
Yaşıllıqların qorunması və yeni yaşıllıqların salınması həmişə "Aztelekom" İstehsalat Birliyi rəhbərliyinin diqqəti mərkəzində olmuşdur. Hava rabitə xətlərinin, kabel magistrallarının və digər rabitə qurğularının tikintisi zamanı ağac və yaşıllıqlara maksimum həssas yanaşılması, inzibati və ATS binalarının ətrafında yaşıllıqların salınması və daim qulluq göstərilməsi, yerlərdə keçirilən yaşıllaşdırma aksiyaslarında rabitəçilətin fəal iştirakı buna sübutdur.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar olaraq, aprelin 6-da paytaxt Bakının Səbayel rayonu ərazisində yerləşən "Şıx" massivində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi yaşıllaşdırma aksiyasında "Aztelekom" İstehsalat Birliyinin işçiləri də fəal iştirak etdilər. Prezident: İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir
05-Apr-13 14:42.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Buisness Year” jurnalına müsahibə verib. Ölkədə iqtisadiyyatın inkişafından danışan dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları sektoruna da toxunub.“Keçən il BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Hesab edirəm ki, bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmamışdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli seqmentidir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir”, - Prezident İlham Əliyev deyib. Nazir The Business Year jurnalının xüsusi buraxılışının təqdimatında iştirak edib
05-Apr-13 14:12.
Aprelin 4-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və The Business Year jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan-2013” xüsusi buraxılışının (The Business Year-Azerbaijan 2013) təqdimat mərasimi keçirilib.AzərTac-ın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri jurnalın “The Business Year-Azerbaijan 2013” adlı xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Britaniya jurnalı Prezident İlham Əliyevi dünyada “İlin adamı” elan etmişdir
04-Apr-13 14:21.
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etmişdir.AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev “İlin adamı” mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülmüşdür. Samsung və Mozilla “gələcəyin” brauzerini hazırlayırlar
04-Apr-13 14:08.
Firefox brauzerinin tərtibatçısı Mozilla və Samsung şirkətləri Servo adlı yeni nəsil brauzer bazası üzərində iş apardıqlarını bəyan ediblər.Layihənin əsas məqsədi sürətli, çoxnüvəli, geterogen kompüter arxitekturalarından və paralel hesablama sistemlərindən istifadə edən və eyni zamanda təhlükəsizlik məsələlərini nəzərə alan həllin yaradılmasından ibarətdir, Lenta yazır. Başlanğıc nöqtədən işlənən proqram Mozilla-da yaradılan və indiyədək hazırlanma mərhələsində olan Rust proqramlaşdırma dilində yazılır. Servo ilk növbədə Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ARM prosessorlu qurğular üçün nəzərdə tutulur və belə qurğuların istehsalı ilə Samsung məşğul olur. Nazir Gəncədə vətəndaşları qəbul edəcək
04-Apr-13 14:02.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Gəncə Telekommunikasiya İdarəsində keçiriləcək qəbula yazılmaq istəyən vətəndaşlardan elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Görülən 1 - 6 qədər, 371 xəbərdən |