İKT Xəbərləri
Dövlət başçısı İKT sektorunun prioritetliyini təsdiq edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə verib.
Müsahibədə dövlət başçısı informasiya-kommunikasiya texnologiyalarının inkişafına da toxunaraq bir daha sektorun Azərbaycan iqtisadiyyatı üçün prioritetliyini təsdiq edib: “Texnoloji istiqamətlərin inkişafı baxımından bizim üçün prioritet sahə, əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorudur”.
“Əgər bütün işlər plan üzrə getsə, o cümlədən hava şəraiti imkan versə, fevral ayında biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq, bunun üçün bütün hazırlıq işlərini tamamlamışıq. Biz artıq kosmik sənaye yaratmışıq və bu istiqamətdə çox fəal irəliləyirik”, - ölkə Prezidenti deyib.
Müsahibədə dövlət başçısı genişmiqyaslı sənayeləşmə proqramının həyata keçirilməsi barədə də danışıb. “Yaxın vaxtlarda texnoparkların yaradılması üçün olduqca güzəştli vergitutma paketi qəbul ediləcəkdir. Hesab edirik ki, orta və kiçik sahibkarlıqla yanaşı, böyük sənaye komplekslərinin də inkişaf etdirilməsi gələcəkdə neft-qaz sektorundan asılılığı tamamilə aradan qaldırmağa imkan verəcəkdir", - Prezident İlham Əliyev əlavə edib.
Müsahibənin tam mətnini AzərTac-ın saytında oxumaq olar.
http://mincom.gov.az
Xəbər 76 dəfə oxunub