İKT Xəbərləri

“Aztelekom” İstehsalat Birliyində növbəti yenilik – “sifarişlərin elektron qəbulu, emalı və nəzarət” sistemi (SİNS) istismara verildi.

Yeni sistem ölkə rəhbərliyinin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı “Elektron Azərbaycan”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi barədə tapşırığının regionlarda icrası kontekstində mühüm əhəmiyyət kəsb edəcək.

“Aztelekom” İB-nin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunun, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarətin, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsinin, icranın tam başa çatdırılmasının, göstərilmiş xidmət haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsi üçün vahid bir kompleksdə işləyən bir sistem yaradılmışdır.  

Vətəndaşlardan sifarişərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi  vasitəsi ilə təşkil olunur.   Sabit telefon şəbəkəsi vasitəsi ilə hər hansı xidmət haqda Respublikanın istənilən bölgəsindən sifariş verildikdə sistem həmin sifarişi qəbul edərək mərkəzləşdirilmiş bazaya daxil edir.   Mobil telefon şəbəkəsindən sms (mesaj) vasitəsi ilə sifariş verilməsi üçün vətəndaş mətnində nasaz telefon nömrəsini, qeydini (irad və təklifini), ad və soyadını yazmaqla əvvəlcədən müəyyən edilmiş prefiksə sms göndərir. Göndərilmiş sms yaradılmış proqram təminatı vasitəsi ilə təhlil olunaraq avtomatik olaraq sistemin mərkəzləşdirilmiş bazasına işlənir. (Hal-hazırda mobil telefon şəbəkəsindən sms vasitəsi ilə sifarişlərin göndərilməsinin istismara verilməsi işləri son mərhələdədir). Qəbul edilmiş sifarişlər yaradılmış proqram təminatı vasitəsi ilə əvvələr istifadə edilən “nəzarət vərəqəsi”nə uyğun olaraq təsdiqlənmiş müvafiq formada bütün TKQ-lərdə müvafiq əməkdaşların kompüterində (yalnız hər müəssisə üzrə özlərinə aid olanlar) monitora avtomatik olaraq ONLİNE rejimdə ötürülür. Daxil olan sifarişçilərin yoxlanması, icra üçün xətt  və ya stansiya xidmətinlərindən birinə ötürülməsi, nəzarətdə saxlanması və zədələnmə növünü şifrələrlə qeyd etməklə tam icrasının təmin edilməsi proqram təminatı vasitəsi ilə həyata keçirilir.

Yaradılmış proqram təminatı vasitəsi ilə “abunəçi kartotekası” tam elektronlaşmışdır. Yaradılmış elektron abunəçi  kartotekaları abunəçiyə aid məlumatların və telefon nömrələrinin texniki göstəricilərinin, həmçinin telefon nömrələrində baş vermiş nasazlıqların tam uçotunun aparılması və arxivləşdirilməsinin, statistik məlumatların alınmasının həyata keçirilməsinə imkan verir.

Abunəçi siqnalizasiyasına çıxan nömrələrin yerli mütəxəssislərin iştirakı və müdaxiləsi olmadan mərkəzdən müstəqil şəkildə götürülməsi və sistemə daxil edilməsi həyata keçirilir.

SİNS vasitəsi ilə mərkəzdən hər bir TKQ-də abunəçi sifarişlərin, həmçinin digər vətəndaşların Birliyin bütün xidmət sahələri üzrə təklif və müraciətlərinin qəbul olunmasından tam icra olunmasına qədər bütün prosses boyu bütün  mərhələlərdə nəzarət, zəruri təhlillərin həyata keçirilməsi və operativ müdaxiləyə imkan yaranır.

“Aztelekom” İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlərin haqqının “vahid kart” vasitəsi ilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayır.      

Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha Telekommunukasiya Qovşaqlarına getmədən, bir başa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsi ilə çatdıra bilərlər.  

Yeni sistemin ən vacib üstünlüyü istifadıçilərin rahatlığını təmin etmək, vaxt itkisinin qarşısını almaq, bürokratik əngəllərə birmənalı olaraq son qoymaq, xidmətlərin təşkilində tam şəffaflıq mühiti yaratmaqdır. Eyni zamanda, yeni sistem “kağızsız texnologiya”nın tətbiqi sayəsində rabitə müəssisələrində çalışanların da  işlərinin nəzərə çarpacaq ölçüdə yüngülləşdirəcək.

 

Xəbər 128 dəfə oxunub

 

 

 

 

 

 

prix de cialis en pharmacie