İKT Xəbərləri
Science jurnalı ilin elmi irəliləyişlərini açıqlayıb
Dünyanın ən nüfuzlu Science elmi jurnalının versiyasına əsasən, ilin əsas elmi irəliləyişləri siyahısında Hiqqs bozonunun kəşfi, Denisovlar genlərinin dəqiq oxunması, neytrinonun xüsusiyyətləri barədə yeni məlumatların əldə edilməsi, Curiosity gəmisinin Marsa enişi və beyin protezlərinin siqnallar vasitəsilə idarə edilməsində irəliləyişə nail olunması yer alıb.
Jurnalının redaksiyası hər il 10 ən əhəmiyyətli elmi nailiyyətləri seçir, eləcə də növbəti il üçün elmi irəliləyişləri proqnozlaşdırmağa çalışır, RİA Novosti yazır.
Sona yetməkdə olan ilin başlıca elmi irəliləyişi elementar hissəciyin - Hiqqs bozonunun mövcudluğu olub. Nəzəri cəhətdən mövcudluğu təxminən 40 il bundan əvvəl deyilən hissəciyin kəşfi bütün digər elementar hissəciklər kütləsinin necə əmələ gəlməsini anlamaq üçün əsasdır.
İyulda Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) fizikləri Hiqqs bozonunun mövcudluğunun təsdiq edilməsinin mümkünlüyü barədə açıqlama verəndə, əsas irəliləyişlə bağlı məsələ öz-özlüyündə arxa plana keçdi. Fiziklərin fikrincə, 13,7 milyard il bundan əvvəl Yer kürəsinin əsasını qoyan böyük partlayışdan sonra bu bozunu törədən qüvvə ilkin xaos vəziyyətində qalaktika, ulduz və planetlərin yaranmasının başlanğıcı olub. Hələ 1964-cü ildə ingilis fiziki Piter Hiqqs tərəfindən deyilən hissəciyin aşkar edilməsi əksər alimlərin fikrincə “son yarıməsr ərzində ən böyük elmi kəşfdir”.
Lakin onun kəşf edilməsi üçün dünyanın ən iri gücləndiricisinin – dəyəri 5 milyard dollar təşkil edən və 27 kilometr uzunluğa malik Böyük Adron Kollayderinin layihələndirilməsinə və inşasına onilliklər lazım olub. Kollayderin tikintisində və sınaqlarında dünyanın 100-dən çox ölkəsinin alim və mütəxəssisləri iştirak edib.
http://mincom.gov.az
Xəbər 60 dəfə oxunub