İKT Xəbərləri
Oracle-ın rüblük mənfəəti 11 faiz artıb
2013-cü maliyyə ilinin birinci rübündə (2012-ci il 1 iyun - 31 avqust) Oracle şirkətinin xalis mənfəəti 11 faiz artaraq 2,03 milyard dollar təşkil edib. Bu barədə RBK saytı şirkətin rəsmi məlumatına istinadən məlumat verib.
Ötən ilin analoji dövründə korporasiyanın xalis mənfəəti 1,84 milyard dollar olub.
2013-cü maliyyə ilinin birinci rübündə mədaxil 2 faiz azalaraq 8,18 milyard dollara çatıb.
Xalis mənfəətin 1 adi səhm üçün nisbəti 0,41 dollara yüksəlib ki, bu da 1 adi səhmin mənfəətə olan nisbətinin 0,36 dollara bərabər olduğu bir il əvvəlki göstəricini 15 faiz üstələyir.
http://mincom.gov.azXəbər 50 dəfə oxunub