İKT Xəbərləri

Azərbaycan Prezidenti təcrübə-sınaq zavodunun açılışında iştirak edib

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsib. 

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Daha sonra dövlət başçısı müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, 2012-ci ildən etibarən Nazirliyin sifarişi ilə Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi yaradıl;b. Yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silah və silah sistemləri, optotexnika, priotexnika vasitələrinin istehsal, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların hazırlanması texnologiyaları, çoxkanallı trapasfer rabitə cihazlarının istismar və təmiri ixtisasları tədris olunur.

Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlayıb. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşıb. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.

Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra büronun işi təkmilləşdirilmiş, bənzəri olmayan ilk milli “İstiqlal” snayper tüfənginin yaradılması başa çatdırılmış və istehsalı təmin edilmişdir. Hazırda burada “İstiqlal-2”, “İstiqlal-4”, “İstiqlal-1T”, “Şimşək-9” və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasının təmin edilməsi ilə əlaqədar müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün Konstruktor Bürosunun fəaliyyət çevikliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə konstruktorların daha məhsuldar çalışmalarını təmin edən yeni inzibati bina və müasir istehsal, sınaq nümunələrini yığma sahələri yaradılmış və digər zəruri vasitələrlə təmin edilmişdir. Konstruktor Bürosu da müasir avadanlıqla təmin olunub. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı frez və torna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulub.

Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxıb. Zavodda hazırlanan xüsusi təyinatlı “Gürzə” patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12” modelinin bazasında yaradılıb və yalnız Azərbaycanda yığılır.

Dövlət başçısı sükan arxasına əyləşib xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə edib.

Məlumat verilib ki, 2012-ci ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanıb. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatın çeşidinin sayı isə 700-ə çatdırılıb.

Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verib. MəlumatıAzərTac yayıb. 

http://mincom.gov.az

Xəbər 134 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

us shop cigarettes online cialis 20mg generika