İKT Xəbərləri

Nazir WCIT-12 konfransında iştirak edib

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edib.

Konfransda 1988-ci ildə Avstraliyanın Melbrun şəhərində qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılmış və son illər ərzində telekommunikasiya sektorunun sürətli inkişafı nəticəsində texnologiya və xidmətlərin beynəlxalq miqyasda göstərilməsinin nizamlanması üçün yeni Reqlamentə əhəmiyyətli əlavə və dəyişikliklər edilib.

Beynəlxalq Telekommunikasiya İttifaqına üzv dövlətlər tərəfindən beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi üçün bağlanacaq xüsusi sazişlərin əsas şərtləri, mobil rabitədə rouminq şəffaflığı, xidmətlərin qənaətbəxş keyfiyyətinin təmin edilməsi, nömrə və ünvan resurslarından səmərəli istifadə edilməsi, beynəlxalq telekommunikasiya şəbəkəsində təhlükəsizlik və dayanıqlığın təmin edilməsi və s. aktual məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Konfransda həmçinin qloballaşan dünyada internet xidmətlərinə giriş imkanlarının təmin edilməsi, məhdud imkanlı şəxslərə telekommunikasiya xidmətlərinin lazımi səviyyədə göstərilməsi, arzuolunmaz məlumatların qarşısının alınması yolları, dənizə çıxışı olmayan ölkələrin beynəlxalq fiber-optik şəbəkələrə qoşulmasına imkan yaradılması, enerji effektivliyinə diqqətin artırılması, elektron tullantıların idarə olunması və bir sıra digər məsələlər üzrə qətnamələr qəbul edilib.

Səfər çərçivəsində nazir Əli Abbasov və nümayəndə heyətinin üzvləri ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Dubay şəhərində təşkil olunmuş və bu ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin də qatıldığı mərasimdə iştirak ediblər.

Konfrans müddətində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, ABŞ, Rusiya və digər ölkələrin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Konfransın sonunda Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətni Azərbaycan Respublikası adından nazir Əli Abbasov tərəfindən Xarici İşlər Nazirliyinin təqdim etdiyi qeyd-şərtlərlə imzalanmışdır.   

Reqlament Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Konfransın bağlanış mərasimində nazir Əli Abbasov Regional Rabitə Birliyinə üzv ölkələrin administrasiyaları adından çıxış edib.

http://mincom.gov.az

Xəbər 37 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

buy newport cigarettes in uk levitra niederlande viagra was kostet