İKT Xəbərləri

İnternetlə ən çox alış-veriş edən britaniyalılardır

Ofcom şirkəti internet bazarı daha çox inkişaf etmiş 17 ölkə arasında tədqiqat apararaq Böyük Britaniya sakinlərinin dünyada internet vasitəsilə alış-veriş edən ən fəal alıcılar olması qənaətinə gəlib.

Şirkətin hesablamalarına əsasən, Böyük Britaniya alıcıları internetlə alış-verişə ildə orta hesabla 1083 funt (1743 dollar) xərcləyirlər. Reytinqdə ikinci yeri alış-verişə ildə 842 funt xərcləyən Avstraliya sakinləri tutub.

Ofcom qeyd edir ki, Böyük Britaniyada internet vasitəsilə alış-verişin populyarlığının artması mobil telefon və onların hissələrinə olan yüksək tələbatla əlaqədardır. Bununla yanaşı, internet trafikinin təxminən 16 faizi mobil telefon və smartfonların payına düşür. Ölkə bu göstərici üzrə də digər Avropa ölkələrini geridə qoyur, Lenta yazır.

http://mincom.gov.az

Xəbər 66 dəfə oxunub