İKT Xəbərləri

“Aztelekom” İB-nın kollektivi ümummilli liderin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından doqquz il keçir.
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, and yerinə çevrilmişdir. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının doqquzuncu ildönümü günü – dekabrın 12-də “Aztelekom” İB-nın kollektivi də Fəxri xiyabanı ziyarət edərək, xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad etmiş, onun məzarı önünə gül dəstələri qoymuş, müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər

Xəbər 75 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

levitra eu apotheke bank atm location near Tennessee, TN cialis and alcohol