İKT Xəbərləri
“Google Plus” sosial şəbəkəsinin auditoriyası 135 milyona çatır
"Google" şirkətinin məlumatına əsasən, "Google+" sosial şəbəkəsinin auditoriyası hazırda 135 milyona çatıb. Xatırladaq ki, "Google+" sosial şəbəkəsi 1.5 il bundan əvvəl istifadəyə verilib. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilmiş məlumata görə, 135 milyon yalnız layihədən real istifadə edənlərin sayıdır.
Əgər onun üzərinə "Gmail" və "Google Play" (bütün bu xidmətlər vahid qeydiyyat sisteminə malikdirlər) istifadəçilərini də gəlsək, o zaman bu göstərici 235 milyon təşkil edəcək.
http://ictnews.az
Xəbər 55 dəfə oxunub