“Yeni nəsil İnformasiya texnologiyalarının regionlarda geniş tətbiqində gənclərin rolu”

“Aztelekom” İB-nin inzibati binasında“Yeni nəsil inormasiya kommunikasiya texnologiyalarının regionlarda geniş tətbiqində gənclərin rolu” mövzusunda  tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin Baş direktoru Məhəmməd Məmmədov öncə gənc rabitəçiləri peşə bayramı münasibətilə təbrik edərək bildirdi ki, bu gün dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı ölkəmizin ictimai-siyasi, mədəni həyatında, beynəlxalq tədbirlərdə və idman yarışlarında öz nəticəsini göstərməkdədir. “Müasir dövrdə informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amilə çevrilib. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını sosial-iqtisadi sahələri,elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edib” deyən Baş direktor gəncləri dövlət quruculuğu işində daha da yaxından iştirak etmələrini, bu işdə səmərəli fəaliyyət göstərmələrini tövsiyə etdi.

YAP Gənclər Təşkilatının sədr müavini Samirə Quluyeva, YAP Gənclər Təşkilatının baş koordinatoru Vüsalə Niftəliyeva, «Aztelekom”» İstehsalat Birliyinin gənclər təşkilatının sədri Emin Rzayev, birliyin Beynəlxalq əlaqələr şöbəsinin mühəndisi Aysel Həsənli çıxış edərək bildirdilər ki, ümummilli lider Heydər Əliyevin daim diqqət və qayğısını görən gənclik, bu gün də, prezident İlham Əliyevin qayğısını hər zaman həyatlarında hiss edirlər. Gənclər vurğuladılar ki, internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biridir. Azərbaycanda ölkənin təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir. Müvafiq texniki, kadr potensialı var və hər hansı müdaxilə əlaqədar strukturlar və mütəxəssislər tərəfindən dəf edilir. Qeyd olundu ki, ölkəmizdə sosial şəbəkələr tam müstəqil fəaliyyət göstərir. İnformasiya şəbəkələrinin müsbət cəhəti çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Çıxışçılar bidirdilər ki, informasiya şəbəkəsindən düzgün istifadə etmədikdə problemlər yaranır. Xüsusən, ictimai şüurun manipulyasiyası, yad və zərərli ideologiyaların təsiri baş verir. Buna görə də, vətəndaşlar bu sahədə maarifləndirilməlidir.

Tədbirin gedişatında “Aztelekom” İB-nin rayon TKQ-lərdəki Gənclər Təşkilatları ilə canlı video bağlantı yaradıldı, onların fikirləri dinlənildi.Tədbir iştirakçıları ”Aztelekom” İB-də onların müasir texnologiyalara yiyələnməyində yaradılan şəraitə görə, rəhbərliyə minnətdarlıqlarını bildirdilər.

Xəbər 210 dəfə oxunub